Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar AŞKARLANDI

Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının istifadəsində nöqsanlar AŞKARLANDIHesablama Palatası Səhiyyə Nazirliyinə ayrılan dövlət investisiyalarının (Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə) auditi üzrə kənar dövlət maliyyə nəzarəti tədbiri aparıb.

Bu barədə Palatadan bildirilib. Nəzarət tədbiri kənar dövlət maliyyə nəzarətinin obyektində (obyektlərində) dövlət vəsaitlərinin, dövlət əmlakının idarə olunması vəziyyətinin hüquqi aktlara uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə həyata keçirilib.

Audit layihənin başlanma tarixindən 01.01.2024-cü il tarixinədək olan dövr əhatə olunmaqla 17.04.2024-cü il tarixindən 30.04.2024-cü il tarixinədək olan müddətdə keçirilib. Auditlə "Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsi üzrə dövlət əsaslı vəsait qoyuluşundan müvafiq sərəncamlarla ayrılan ümumilikdə 46631,0 min manat məbləğində vəsait əhatə olunub.

"Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsi üzrə obyektin 160 çarpayılıq nəzərdə tutulması ilə bağlı əhalinin sayı, çarpayı yeri, tibbi kadrlarla təminat və səhiyyə strukturunun düzgün optimallaşdırılması barədə məlumatlar, layihənin başlandığı illərdə onun qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri, Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün yeni layihələndirilən obyektlər üçün layihə-smeta sənədlərinin və ya texnikiiqtisadi əsaslandırmaların aparılmaması "Səhiyyə Sektorunda İslahatlar Layihəsi"nin beynəlxalq ekspertlərinin tövsiyələrinin nəzərə alınmaması ilə yanaşı, "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"nın tələblərinə riayət edilməməsi ilə nəticələnib.

"Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsinin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə "Tədbirlər Planı"nı ilə müəyyən edilmiş başa çatdırılması müddətinə əməl olunmaması layihənin icrasının gecikməsinə və layihənin icrasına müvafiq illərdə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən vəsaitin ayrılması və maliyyələşməsi məqsədi ilə əsaslandırmaların yetərli olmaması isə layihənin ümumi dəyərindən çox vəsaitin tələb olunmasına səbəb olub.

Tikinti norma və qaydaları ilə müəyyən edilmiş tələblərə riayət edilməyərək "Qəbələ rayon Mərkəzi Xəstəxanasının tikintisi" layihəsinin 1-ci və 2-ci mərhələləri üzrə smeta və satınalma müqaviləsində nəzərdə tutulan işlərin bəzilərinin həcmlərinin yerinə yetirilmiş işlərin qəbulu aktlarına az daxil edilməsi və bəzi işlərin isə tamamilə yerinə yetirilməməsi, əvəzində smeta və satınalma müqaviləsində nəzərdə tutulmayan və dövlət ekspertizasından keçməyən işlərin yerinə yetirilməsi tikinti sahəsini tənzimləyən qanunvericiliklə yanaşı dövlət satınalmalarını da tənzimləyən hüquqi sənədlərin tələblərinin də pozulması ilə nəticələnib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 527   Tarix: 06 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr