Azərbaycanda kitablar niyə bahadır ? - ARAŞDIRMA

Azərbaycanda kitablar niyə bahadır ? - ARAŞDIRMABiz insanlar da həyatı həm yaşayaraq öyrənirik, həm də oxuyaraq. Qədim tarixə, zəngin mədəniyyətə, köklü mənəvi dəyərlərə malik Azərbaycan xalqı bəşəriyyətin təşəkkül dönəmindən bu günədək maddi mədəniyyət nümunələri ilə bərabər, mənəvi tərəqqisi ilə də dünya xalqları arasında özünəməxsus yer tutur. Bu baxımdan insanların ən önəmli maddi-mənəvi nemətlərindən sayılan kitab və kitaboxuma vərdişləri Azərbaycanda da vacib amil kimi qiymətləndirilir. Lakin bu gün kitab oxumaq bəzi insanların maraqlı məşğuliyyəti olsa da, kitaba münasibət hər halda dəyişib. O mənada ki, ölkədə kitab oxuyanların sayı sovet dövrü ilə müqayisədə xeyli azalıb. Nəşr olunan, idxal edilən kitabların sayına görə ölkəmiz bəzi MDB dövlətlərindən geri qalır. Gənclər kitab oxumama səbəbini kitabların qiymətlərinin baha olması ilə əlaqələndirirlər.

Bu iddia nə qədər doğrudur ? Azərbaycanda kitab qiymətləri yüksəkdirmi ?

Mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verən kulturoloq Aydınxan Əbilov bildirib ki, əgər gənclər həqiqətən kitab oxumaq istəsələr, bunun üçün faydalana biləcəkləri müxtəlif resurslar var:

"İntellektual estetik məhsul sayılan kitab nəşrləri dünyanın hər yerində bahalı sayılır. Azərbaycanda kitab satışı bərbad olduğuna görə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi kitabları elektron variantda milli virtual kitabxana portalında yerləşdirib. Məgər ordakı kitabları bizim gənclər oxuyurlarmı ki, kitab qiymətlərindən şikayətlənirlər? Bunlar hamısı bəhanədir. İstək olsa oxucu kitabxanaya da axın edər. Ölkəmizin hər yerində kitabxanalar var. Orada istədikləri kitabı tapıb oxuya bilərlər. Hal-hazırda Bakıda kitab kafeləri var ki, orada gənclər istədikləri kitabı seçib pulsuz oxuya bilərlər. Bəhanəni kənara qoymaq, hansı formada olur olsun kitab oxumaq lazımdır. Qiymətlərə gəldikdə isə nəzərə almaq lazımdır ki, bizdə nə kağız istehsal olunur, nə mürəkkəb, nə də mətbəə avadanlığı. Ona görə də bu normaldır. Biz çox mübarizə apardıq 18 faiz ƏDV yalnız mətbəə kağızları üzərindən götrülsə də, qiymət heç də aşağı düşmədi. Çünki ölkədə kitab nəşri ilə məşğul olan azsaylı mətbəə, poliqrafiya müəissiələri var. Onlar da sanki hərşeyi inhisara alıblar. Ya bazarın zəifliyini tutub öz inhisarçılıqlarını davam etdirirlər ya da sadəcə tələb və təlabat mütənasibliyi pozulduğuna görə öz istədiklərini edirlər".

Azərbaycanda kitab çapı necədir?

"Müəllif nəşriyyat evinə gəlir, yaxşı, pis, redaktə olunmuş və ya olunmamış kitabını təqdim edir, pulunu ödəyir, kitabını çap edir. Sonra həmin o kitabları dost-tanışa satır, pulla reklam etdirir. Bununla da işi həll olunur. Amma dünyada bu belə deyil. Dünyada həm qonorar sistemi var, həm mətbəə və çap məsələsində nəşriyyat və müəlliflər arasında çox dəqiq münasibətlər formalaşıb"

Dövlət gənclərdə mütaliə mədəniyyətini formalaşdırmaq üçün hansı tədbirləri görməlidir ?

"Mütaliə mədəniyyətinin inkişafı ilə bağlı dövlətin, xüsusən də Ali təhsil ocaqlarının çox böyük bir sosial-kreativ proqramı olmalıdır. Universitet bir semesterdə 3000 tələbədən pul ala bilir, amma tələbələrin intellektual təlabatına uyğun olaraq öz kitabxanalarını zənginləşdirmirlər. Aztəminatlı ailələrdən olan gənclər üçün yeni kitabları alıb kitabxanalarına yerləşdirmirlər. Bizdə mətbəə və nəşriyyatlarla bağlı Mədəniyyət Nazirliyi, özəl təşkilatlar tərəfindən tez-tez kitab yarmarkaları keçirilir. Bu zaman endirimli kitabların satışı təşkil olunur. Amma həmin endirimli kitabları belə almağa maddi imkanı çatmayan gənclər var. Dövlətin və humanitar mədəni fondların kitabın inkişafı, gənclərin mütaliəyə cəlb edilməsi kimi məsələlərlə bağlı xüsusi proqramları olmalıdır".

Yazıçı Ülviyyə Tahir Sonxeber.az -a açıqlamasında qeyd edib ki, Azərbaycanda kitab qiymətləri digər qiymətlərə nəzərən elə də baha deyil:

"Kitablar ümumi qiymətlərlə müqayisədə elə də baha deyil. Əgər paralel olaraq kağız, mətbəə və kitabın ərsəyə gəlməsi üçün keçdiyi proseslərin bahalanmasını da nəzərə alsaq, hazırki qiymətlər mağazalarla uzlaşmada ən optimal qiymətlərdir. Qiymətlərin bahalığı oxucuları razı salmayanda çarələr də var. Oxucular bookcafelər, kirayə verilən kitablar və ikinci əl kitabların satışından faydalana bilərlər. Hazırda özüm də Bukinistlərin fəaliyyətindən geniş istifadə edirəm. Düşünürəm, hədəf mütaliədirsə, yol və çarələr tükənməzdir".
Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 742   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr