Bu ailələrə məktəbli formaları PULSUZ VERİLƏ BİLƏR? - AÇIQLAMA

Bu ailələrə məktəbli formaları PULSUZ VERİLƏ BİLƏR? - AÇIQLAMAYeni tədris ili ərəfəsində məktəbli formaları və məktəb ləvazimatları hər zaman gündəm mövzulardan biri olub. Dərs ilinin başlanmasına bir aydan az vaxt qalıb. Belə olan təqdirdə məktəbli formaları və ləvazimatları mağazalarında alıcı sıxlığını müşahidə etmək mümkündür. Məktəb formalarının qiymətlərində ucuzlaşma olsa da, məktəbli ləvazimatları üçün bunu deyə bilmərik. Ötən il ilə müqayisədə dərsliklərdə və digər ləvazimatlarda artım müşahidə olunur.

Bu gün ölkəmizdə sosial təminatı aşağı olan ailələr övladının məktəb ehtiyaclarını qarşılaya bilmir. Qiymətlərdə ucuzlaşma olsa da, buna məktəb formaları da daxildir. Bu baxımdan Azərbaycanda sosial təminatı aşağı olan ailələrin övladlarına məktəb formaları pulsuz verilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, hər il məktəblərin başlanması ərəfəsində məktəbli formaları, məktəb ləvazimatları kimi mövzular gündəmə gəlir:
Bu ailələrə məktəbli formaları PULSUZ VERİLƏ BİLƏR? - AÇIQLAMA"Burada sosial təminatı zəif olan ailələr üçün bu cür imtiyazların olması kimi istiqamətlər mətbuatda və sosial şəbəkələrdə müzakirə olunur. Düşünürəm ki, bu müzakirə üçün problem xarakterli məsələ deyil. Yəni bu həyata keçirilməsi baxımından çoxdan ediləcək bir məsələ idi. Vahid məktəbli formaları ödənişlidir. Valideynlər hər il öz övladları üçün məktəbli forması almalıdır. Bunun özü ayrıca bir vəsaitdir. Elə məktəbli ləvazimatları var ki, bu əlavə vəsait tələb edir. Ola bilsin ki, bu kimin üçünsə problem kimi görünməyə bilər. Bu gün sosial vəziyyəti aşağı olan elə ailələrimiz var ki, onlar üçün övladlarını məktəbə yola salmaq həqiqətən böyük problemə çevrilir".

Ekspertin sözlərinə görə, xarici ölkələrdə sosial təminatı aşağı olan ailələr üçün müxtəlif təcrübələr var. Həmin ailələr məktəb, dövlət yaxud yerli inzibati orqanlar tərəfindən müəyyən güzəştlər ilə təmin olunur:

"Mən də düşünürəm ki, bu cür ailələrə belə güzəştlər paketi olmalıdır. Məsələn bir məktəb tərəfindən həmin təhsil müəssisəsində oxuyan şagirdlərin arasından sosial təminatı zəif, valideynlərin heç birisinin rəsmi işi olmayan, valideynlər bir yaxud ikisinin əlillik dərəcəsi olan və digər problemlər ilə əmək qabiliyyətini itirmiş valideyni olan şəxslərin siyahısı hazırlanmalıdır. Həmin siyahı əsasında şagirdlərə müəyyən yardımlar olunmalıdır. Biz bunu edə bilərik. Zaman-zaman bu yardımlar edilib. Müəyyən fondlar tərəfindən yardımlar həyata keçirilib. Müəyyən cəmiyyət və QHT-lər tərəfindən layihələr təşkil edilib. Fərdi şəxslərin, özəl şirkətlərin və biznes obyektləri tərəfindən belə yardımlar göstərilib".

Elmin Nuri qeyd edib ki, bununla əlaqədar daha sistemli və mərkəzləşdirilmiş proqram olsa çox yaxşı olar:

"Bunu sentyabr ayının əvvəllərində daha bariz nümunəsini görəcəyik. Həqiqətən müəyyən xərc tələb edən bir prosesdir. Ona görə də hər şeyi dövlətin üzərinə yıxmayaq. Dövlətə dəstək ola biləcək xüsusi layihələr olmaldır. Müəyyən fondlar, müstəqil cəmiyyətlər və mərkəz bu istiqamətdə layihələr ilə çıxış etməlidir. Böyük şirkətlər özlərinin sosial sərmayələr paketinə bunu əlavə etməlidir. Tutaq ki, X adlı böyük bir şirkət özü üçün 10 məktəb limitini seçməlidir. Həmin məktəbdə bu cür sosial cəhətdən ağır ailələrə məxsus uşaqlar üçün müəyyən yardım kampaniyası həyata keçirməlidir. Bu həm də bizim təhsilimizə dəstəkdir. Qaldırılan mövzu təhsildən çox, sosial problemdir. Amma bu cür addımların atılması bizim üçün mənəvi və maarifçilik baxımından gözəl bir iş ola bilər".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5786   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr