Ermənistan üçün vəd olunan "qaynar payız": İrəvan düşdüyü labirintdən necə çıxa bilər?

Ermənistan üçün vəd olunan "qaynar payız": İrəvan düşdüyü labirintdən necə çıxa bilər?Ermənistan üçün vəd olunan "qaynar payız": İrəvan düşdüyü labirintdən necə çıxa bilər?Ermənistanda daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalır. Müxtəlif dairələr və fiqurlar Nikol Paşinyan hakimiyyətinə qarşı çıxışlarını davam etdirirlər. Bu özünü fərqli müstəvilərdə və təzahürlərlə açıq göstərir.

Belə bir şəraitdə yerli KİV-də məlumat yayılmışdı ki, Ermənistanda, az qala, "xalq qəhrəmanı" kimi xarakterizə edilən keşiş Baqrat Qalstanyan Qarabağ ermənilərinin "lideri" ola bilər. Həmin iddiada Baqratın Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıqlar aparmasına "liderlik" etməsinin mümkünlüyü də vurğulanıb. Əslində bu, absurd yanaşmadır.

Nəzərə almaq lazımdır ki, rəsmi Bakı daha əvvəl bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən, azərbaycanlılara qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilərlər. Keşiş Baqrat isə bu "kriteriya"ların heç birinə uyğun gəlmir. Əvvəla, o, Qarabağ ermənisidir. Həmçinin Baqrat anti-Azərbaycan mövqenin daşıyıcısı olmaqla yanaşı, həm də qatı separatçıdır.

Üstəgəl, Baqrat indiyə kimi Ermənistan hakimiyyətinin öz dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla normallaşma istiqamətində atdığı addımların əleyhinə çıxıb. Belə olan halda adıçəkilən keşişdən hansı səmimiliyi gözləmək olar?

Başqa bir məsələ ondan ibarətdir ki, Qalstanyan Ermənistanın müxtəlif regionlarına səfərlərini davam etdirir. Avqustun 4-də Şiraka səfəri zamanı "Azatutyun"a müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək yeni etiraz kampaniyası sentyabrın əvvəllərində başlayacaq.

"Azatutyun"un yazdığına görə, arxiyepiskop hər hansı spesifik aksiyadan danışmasa da, kampaniyanın ikinci mərhələsinin kütləvi tədbirlərlə deyil, tərəfdarlar arasında aparılan müzakirələrlə başlayacağını deyib.

Keşiş bu çərçivədə şəxsən Paşinyanı nəzərdə tutaraq bildirib ki, "antixrist" hakimiyyətdən "xoşluqla" getməlidir.

Qalstanyan əlavə edib ki, hökumətə qarşı "mübarizə metodları" dəyişdiriləcək, çünki onlar qarşı tərəfin sərt hərəkətlərindən nəticə çıxarıblar.

Xatırladaq ki, erməni kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə qarşı çıxmasından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. Bundan sonra ölkə daxilində hələ də bitməyən "soyuq savaş" başlayıb. Mürəkkəbləşməkdə olan bu prosesin gedişində Ermənistan hakimiyyəti üçün müəyyən risklərin yarandığı bildirilir.

Onu da deyək ki, Qalstanyan sentyabr ayından etibarən, Ermənistanda "qaynar payız"ın başlayacağını iddia edib. Ölkənin hakim "Vətəndaş sazişi" partiyası diqqətini "qaynar payız" anonsunun mümkün ssenarisinə yönəldib. Bu zaman həmin ərəfədə ilk növbədə Ermənistan parlamentinin yeni sessiyasının işə başlayacağı qeyd olunur. İndi hökumət Qalstanyanın parlamentin işini təkrar pozmasına imkan verməməyin yollarını axtarır. Bu arada hakim siyasi elitada onu da etiraf edirlər ki, Ermənistan yaxın tezlikdə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasa, hakimiyyətə qarşı daxildən və xaricdən təzyiqlər artacaq. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, kənar qüvvələrdən asılı vəziyyətdə olan Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək imkanı yoxdur. Rəsmi İrəvan artıq uzun müddətdir, Qərblə Rusiyanın maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Bu azmış kimi, daxili müxalifət də hakimiyyəti davamlı olaraq təzyiq altında saxlayır. Belə olan halda Ermənistan üçün yeni "təhlükəsizlik çətiri"nin tapılması zərurətinin aktuallığı xeyli artıb. Bu isə regionda əməkdaşlıq mühitinin təmin olunmasından, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbin təzyiq və təsirləri ilə Rusiyadan, həmçinin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmağa davam edir. Rəsmi İrəvan KTMT-nin ard-arda keçiriləcək "Qarşılıqlı fəaliyyət-2024" və "Kobalt-2024" təlimlərində iştirakdan imtina edib. Əslində bu qərarın səbəbi özlüyündə aydındır. Ermənistan ABŞ ilə nə qədər yaxınlaşırsa, Rusiyadan bir o qədər uzaqlaşmalı olur. Moskvanın bu prosesə sonsuzadək təmkinli yanaşacağı isə inandırıcı görünmür. Odur ki, hazırda Qərblə Rusiya arasında siyasi poliqona çevrilən Ermənistanın gələcəkdə hərbi poliqona çevrilərək Ukraynanın taleyini yaşaması istisna edilmir.

Bu arada Ermənistan xarici KİV-də artıq NATO-nun regiondakı plasdarmı kimi təqdim olunmaqdadır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin işi heç də asan deyil. Mövcud iqtidar üçün gerisayım, bəlkə də, başlayıb. Belə olan halda bütün yollar eyni istiqamətə - Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmasına aparır. Əks halda, İrəvanın düşdüyü labirintdən çıxmağa nəzəri şansları da qalmayacaq...

"Report" İnformasiya Agentliyi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 848   Tarix: 07 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr