Elektron siqaretlərin zərərləri nələrdir ? - ARAŞDIRMA
Son zamanlar insanların əlində tez-tez elektron siqaretlər görürük. Çəkənlərin fikrincə, elektron siqaret adi siqaretdən ziyansızdır və ondan siqareti tərgitmək üçün istifadə edirlər.
Elektron siqaretlərdən istifadə niyə artıb?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Sonxeber.az -a açıqlamasında bildirib ki, son dönəmlər elektron siqaretlərdən istifadənin artma səbəblərindən biri də ölkədə elektron siqaretlərin aktiv reklam olunmasıdır:
"Dəfələrlə elektron siqaretin reklamının qadağan olunmasını, məhdudiyyət qoyulmasını tələb etsək də, buna nail ola bilmirik. İnsanlar elektron siqaretdən uzaq durmalıdır. Çünki bu siqaretlər heç də tütünlü məhsullardan az zərərli deyil. Azərbaycanda bəzi şirkətlər elektron siqaretlə bağlı böyük yalanlar yayırlar, insanları cəlb edir, aldadırlar. AİB bütün gücü ilə elektron siqaretlərin Azərbaycanda tütün səviyyəsində dərk olunması üçün çalşır".
Onun sözlərinə görə, Azərbaycan dünyanın yeganə ölkələrindən biridir ki, burada elektron siqaret açıq reklam olunur və dövlət buna nəzarət etməlidir.
Bəs elektron siqaretlərdən istifadənin insan sağlamlığa zərərləri nələrdir?
Pulmonoloq Əsəd Beydullayev Sonxeber.az -a açıqlamasında bildirib ki, siqareti tərgitmək üçün elektron siqaretdən istifadə etmək bir zəhəri başqa biri ilə əvəz etməkdir:
"Gün keçdikcə daha geniş vüsət alan elektron siqaretlərin formaları ənənəvi siqareti tərgitməyə kömək edən bir xilaskar vasitə kimi insanlara təqdim olunur, amma çox təəssüf ki, bu belə deyil. 100 ildən artıqdır insanların istifadə etdiyi ənənəvi tütün məhsullarının vurduğu zərərlər çox ciddi şəkildə araşdırılıb. 2006-cı ildən satışa çıxan elektron siqaretlərinsə içindəki maddələrin tərkibi dadlandırıcılardan, qoxu və çoxlu kimyəvi əlavələrdən ibarətdir ki, bunların bəziləri hələ də araşdırılmayıb. Bunun adi siqaretdən daha yaxşı olduğunu söyləmək böyük yanlışlıqdır. Siqareti tərgitmək üçün elektron siqaretdən istifadə etmək bir zəhəri başqa bir zəhərlə əvə etməkdir. Bu siqaretlər ağciyərdə emfizema, xərçəng kimi xəstəliklərin yaranmasına səbəb olur"
Elektron siqaret nədir ?
Elektron siqaret nikotin, müxtəlif aromatik maddələr və qatqılardan ibarət mayedən ibarətdir. İstifadə zamanı bu maye qızıb buxara çevrilir və nəfəs borusu vasitəsilə ağciyərə yayılır. Mütəxəssislər bunun ağciyər reaksiyalarına, tənəffüs çatışmazlığına və reanimasiya şəraitində müalicə tələb edən problemlərə səbəb olduğunu söyləyirlər. Türkiyə Toraks dərnəyinin araşdırmasına görə, elektron siqaretlərin tərkibində müxtəlif kimyəvi maddələr var:
Propilen
Qlikol
Qliserin
Etilen spirti
Polietilen qlikol (PEG400)
Diasetil dietilen qlikol
Amino-tadalafil
Rimonabant
Kannabibinoid
Nitrozaminlər
Formaldehid
Asetaldehid ketonu
Merkuri
Tetrametilpirazin
Qurşun
Nikel
Xrom
Nikotin
Süni qoxular
Azərbaycana idxal olunan elektron siqaretlərin 98% Çindən gətirilir. Bu siqaretlərin satışına 2004-cü ildə Çin də başlanılıb, 2006-cı ildə isə Amerika və Avropa bazarlarına da keçib.
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq