"Bakıda güclü zəlzələ olsa, bu ərazidəki bütün binalar yerlə-yeksan olacaq..." - Keçmiş Baş memar

"Bakıda güclü zəlzələ olsa, bu ərazidəki bütün binalar yerlə-yeksan olacaq..." - Keçmiş Baş memarSon zamanlar zəlzələ xəbərləri ilə çox qarşılaşırıq. İstər Yaponiya, istər Türkiyə, istərsə də dünyanın digər ölkələri ilə bağlı.. Güclü zəlzələnin törətdiyi fəlakətlər isə hamıya məlumdur. Məsələn, ötən il qardaş Türkiyədə baş verən, "əsrin fəlakəti" adlandırılan Kahramanmaraş zəlzələsi nəticəsində 50 mindən çox insan həlak oldu, 120 mindən çox insan yaralandı, 40 minə yaxın bina dağıldı.

Son zamanlar Azərbaycanda da davamlı titrəyişlərin olduğunu nəzərə alaraq, güclü zəlzələnin baş verməsi fonunda 2,5 milyona yaxın rəsmi əhalisi olan Bakının taleyini düşünməmək olmur...

Beynimdəki bu suallara cavab tapmaq üçün Bakının keçmiş Baş memarı, Azərbaycan Memarlar İttifaqının indiki sədri Elbay Qasımzadə ilə müsahibəyə yollanıram.Yol boyunca Bakını, ən çox sevdiyim hissəsi olan köhnə İçərişəhəri və əhalini düşünürəm. Budur, artıq Azərbaycan Memarlar İttifaqındayam. Müsahibəyə yenə vaxtından əvvəl gəlmişəm. Fotoqrafımız da gələndən sonra İttifaqın binasına daxil olduq. Qədimi binanın üzərində əl işləməsi olan iç divarları, divarlardakı rəsmlər, heykəllər. Hər biri çox möhtəşəmdir...

Demokrat.az Elbay Qasımzadənin sfera.az-a müsahibəsini təqdim edir

- Elbay müəllim, Bakının Baş planından razısınızmı?

- Bakının Baş planı təsdiqlənəndən sonra bir çox adam, o cümlədən bizim həmkarlar hay-haray saldılar. Dedilər ki, biz Baş planı görməmişik və bilməmişik ki, Baş plan təsdiqlənib. Mən onu görsə idim, Baş plan haqqında fikirlərimi bildirərdim. Ümumiyyətlə, Baş plan nə deməkdir? Birincisi Baş plan haqqında fikir söyləmək üçün xüsusi savad və bilik lazımdır. Baş plan memarlıq deyil. Baş plan tamam fərqli bir şeydir. Baş plan şəhərin gələcəyini və inkişafını proqnozlaşdıran bir sənəddir. Bunun üçün insan gərək iqtisadiyyatı, demoqrafiyanı, iqlimi, ekologiyanı, nəqliyyatı, mühəndisliyi, avadanlıqları bilsin. Burada çox məsələlər və elmlər var ki, bunların hamısı birlikdə toplanır və Baş planın tərkibində öz əksini, həmçinin də həllini tapır. Ona görə, Baş planla bağlı "xoşuma gəlir" və ya "xoşuma gəlmir" kimi fikirlər yanlışdır. Cavab verilsə belə, səhv cavab olacaq. "Bakının Baş planı Bakının inkişafı üçün yararlıdırmı?" bax bu, yaxşı sualdır.

- Bəs yararlıdırmı?

- Bəli, çünki yararlı olmasa, dövlət tərəfindən təsdiqlənməzdi. İki ildən çox Bakının Baş planı ekspertizalardan keçdi və bu işi Nazirlər Kabinetində aparırdılar. 2 ildən sonra isə təsdiqləndi. Deməli, mükəmməl öyrəniblər və sonra təsdiqləyiblər.

- Bəs Bakının Baş planı ilə bağlı yeni fikirlər olarsa, bu fikirlərlə razılaşmaq və Baş plana daxil etmək olarmı?

- Qızım, ümumiyyətlə, Baş plan dəyişiklik edilə bilməyəcək bir sənəd deyil. Baş plan sadəcə proqnozdur ki, belə ola bilər. Az öncə də dediyim kimi Baş planla bağlı fikir bildirmək üçün gərək çox savadlı və bilikli olasan.

- Müsahibələrinizin birində demisiniz ki, 6-7 mərtəbədən yüksək olmayan binaların inşası sıxlığın qarşısını alacaq. Sizcə, buna riayət edirlərmi?

- Bəli, demişəm. Bu tələb təzəlikcə çıxıb və Bakının yeni Baş planında irəli sürülüb. Mərkəzdə tikilən yeni binalar 6-7 mərtəbədən hündür olmamalıdır. Amma gəlin etiraf edək ki, tikintisi çoxdan başlayan yeni binalar var. Onların icazəsi veriləndə və layihəsi razılaşdırılanda onlar çoxmərtəbəli olub. Ona görə də yeni tikilən həmin binalar tamamlanmalıdır. Bu gün onları dayandırıb demək olmaz ki, sən 18 mərtəbə yox, 7 mərtəbə tikəcəksən. Bu, həmin insana böyük zərbə vurmaqdır. Çünki o, iqtisadi hesablamalarını apararkən düşünüb ki, bu bina 18 mərtəbə olacaq, bura qoyulan və buradan götürülən vəsait filan qədər olacaq. İqtisadiyyat memarlığın çox vacib hissəsidir. İqtisadiyyatsız memarlıq olmur. Məsələn, kasıb ölkələrdə memarlıq inkişaf etmir, çünki əsası yoxdur. Ona görə də, çoxmərtəbəli və təməli çoxdan qoyulan, tikintisi davam edən binalar tamamlanacaq. Amma yeni icazələr, təzə plana əsasən veriləcək.

- Elbay müəllim, binalardan danışmışkən Bakıda güclü zəlzələ olsa, tamamilə yerlə-yeksan olacaq dediyiniz bir ərazi varmı?

- Bakıda yüksək ballı zəlzələnin olma ehtimalı yoxdur. Yüksək ballı zəlzələ olsa, Bakının dağılan hissəsi Allah göstərməsin, köhnə hissəsi olacaq. Yəni qədim hissəsi. Çünki həmin hissənin seysmikaya davamı yoxdur.

- Yəni İçərişəhər?

- Bəli. (Başı ilə təsdiqlədi) Gəlin düşünək ki, olmayacaq.

- Olmayacaq. (İkimiz də güldük... Bir an Bakını İçərişəhərsiz xəyal etdim. Boz və qara. Rənglərini və tarixi qoxusunu itirmiş... İçərişəhərsiz Bakı. Ölü Bakı...)

- Sizcə, Bakıda təməli qoyulan ən sağlam bina hansıdır?

- Yeni tikilmiş binaların hamısı sağlamdır. 50-60-cı illərdə tikilmiş binalarda, məsələn, seysmikaya tələb o qədər də yüksək deyildi. Seysmikaya tələb Bakıda o vaxt artırıldı ki, Ermənistanda zəlzələ oldu. Ondan sonra, ümumiyyətlə, SSRİ məkanında normalar dəyişdi. Eyni zamanda Bakıdakı binaların da seysmikaya tələbi dəyişdi. Əvvəlki norma 6-7 bal idisə, indiki tələb 9 baldır. Bu gün yeni binalar 9 bala davamlıdır. Azərbaycanda isə 9 bal gücündə zəlzələ olmur.

- Sosial şəbəkələrdə tez-tez Yaponiyadakı zəlzələ anı ilə bağlı videolar görürük. Binaların alt hissəsində xüsusi qurğular olur. Bakıda yeni tikilən binalarda bu varmı?

- Yox. Bizdə həmin qurğulara ehtiyac yoxdur. Bu qurğu şarnir adlanır. Zəlzələ olan vaxtı bina yerində gəzir. Ümumiyyətlə, Yaponiyada zəlzələ olmayan an olmur. Yaponiyada bir neçə dəfə olmuşam. Beləcə oturmuşdum, qarşımda da bir fincan çay var idi... (Əlləri ilə zəlzələ anını və fincandakı mayenin necə titrədiyini göstərdi. Sona yenə davam etdi...)

- Biz qorxurduq. Onlara bunu dediyim zaman gülməyə başladılar. Dedilər ki, bura həmişə belədir. Onlarda bu, normal haldır. Az da olsa, həmin titrəyiş hər zaman var, amma orada 12 baldır. Yəni onların norması 12 baldır. Ona görə, o şarniri edirlər ki, binalar dağılmasın. Dediyim kimi, bizdə belə güclü zəlzələnin olma ehtimalı yoxdur.

- Elbay müəllim, mövzudan bir az kənara çıxmaq istəyirəm. Elçin Əliyev adlı memar tanımıram demisiniz. Hələ də bu fikirlə razısınızmı?

- Mən tanımıram.

- Səbəbi nədir?

- Səbəbi odur ki, o, memar deyil. O, afiristdir. Bir də deyirem, o, memar deyil, o, afiristdir. Vəssalam. Başqa səbəbi yoxdur.

- Azərbaycanda fəaliyyət göstərən memarlardan razısınızmı?

- Bəli. Yaxşı və istedadlı memarlarımız var. Nəriman İmaməliyev, Kamran Musaxanov, Cahangir Axundov, Famil Ağayev, Xəlil Cəfərov. Yaxşı memarlarımız var. Gənclərimiz də çoxdur. Gənc memarlarımız da çoxdur. Ona görə də arxayınam, bilirəm ki, mənim sənətimin, ixtisasımın sabahı var, gələcəyi var.

- Yəni gənc memarlarımızdan da razısınız?

- Çox razıyam.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2934   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bugünkü gənc bilməlidir ki, harada olmasından asılı olmayaraq, o, Azərbaycan dövlətinin və xalqının səsidir" - Deputatla MÜSAHİBƏ

Milli Məclisin deputatı Şahin Seyidzadə 2 Fevral - Gənclər Günü ilə bağlı -ın suallarını cavablandırıb. - Azərbaycan gəncliyinin dünyadakı yerini harda görürsünüz?. - İlk növbədə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bütün gənclərimizi səmimi-qəlbdən təbrik edir, hər birinə sağlamlıq, uğu

2 fevral
.

"BEAUTY DERM" Mərkəzində Esmira İbrahimova necə qanunsuz estetik əməliyyatlar edir?

Bakıda fəaliyyət göstərən "BEAUTY DERM" Estetik Mərkəzi və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovanın fəaliyyəti ilə bağlı ortaya çıxan faktlar artıq tək-tək iddialar yox, ciddi sistem problemini üzə çıxarır. Pasiyent şikayətləri, media materialları, foto və video sübutlar

2 fevral
.

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. BİG.AZ -a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımı

31 yanvar
.

Fırtına ilə bağlı - Gəmilərə xəbərdarlıq

Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib. xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) məlumat yayıb. "Fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək. Həmi

2 fevral
.

İlham Əliyev: Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır

Azərbaycan bölgədəki gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazırdır. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı zamanı bildirib. Dövlət başçısı bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək

31 yanvar
.

Bu xəstəliyi olanlar əsgər aparılmır

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyəti "Xəstəliklər cədvəli" əsasında qiymətləndirilir və onurğa əyrilikləri üzrə hərbi xidmətə yararlılıq əyriliyin dərəcəsinə, struktur xüsusiyyətlərinə və funksional pozuntu yaradıb-yaratmamasına görə müəyyən olunur. -ın məlumatın

1 fevral
.

"Səfalı" MTK-dan mənzil alan sakinlər şikayətçidir (VİDEO)

"Səfalı" MTK-dan mənzil alan sakinlər binanın idarə olunmasındakı problemlərdən şikayətçidirlər. Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri "Xəzər Xəbər"ə müraciət ediblər. Onların narazılığı yaşadıqları binanın idarə olunmasındakı problemlərdəndir. İddi

2 fevral
.

Fevralda neçə gün evdəyik?

Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib. Qaynarinfo xəbər verir ki, fevralda yalnız həftəsonları (şənbə və bazar günləri) qeyri-iş günləri sayılır. Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-c

2 fevral
.

Generallar indi "polkovnik" rütbəsində işləyəcəklər

Baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki

2 fevral