Bəzi provayderlər internet tariflərini 15 gün tez qaldırıb? (AÇIQLAMA)

Bəzi provayderlər internet tariflərini 15 gün tez qaldırıb? (AÇIQLAMA)Xəbər verdiyimiz kimi, Azərbaycanda avqustun 15-dən etibarən internetin sürəti artırıldığına görə, minimum ödəniş qiyməti də artırılacaq.

Qaynarinfo-nun məlumatına görə, bəzi internet provayderləri tərəfindən qiymət artımı 02.08.2024-cü il tarixindən həyata keçirilməyə başlanıb.

Bu da bəzi müştərilər arasında narazılığa səbəb olub.

Qaynarinfo-ya müraciət edən Zaur Hüseynov adlı müştərinin sözlərinə görə, "Uninet" MMC ("CityNet" ticarət nişanı) 2 avqust tarixində ona internet verilişini dayandırıb: "İyul ayının 28-də növbəti ay üçün nəzərdə tutulmuş 18 manatlıq ödənişi etsəm də, cəmi 4 gün sonra, 2 avqust tarixində şirkət internet verilişini dayandırıb, əlaqə saxladıqda isə mənim şirkətə 7 manat borcumun olduğu deyildi. Buna etiraz olaraq, şirkətin xidmətindən imtina etdim".

Zaur Hüseynov bildirir ki, sözügedən şirkətlə aylıq 18 manat abunə olmaqla xidmətlərindən yararlanıb: "Aylıq ödənişi qəbul etdikdən 4 gün sonra xidmətin dayandırılması qanuna ziddir. Dövlət ölkə ərazisində internet qiymətlərinin 15 avqust tarixindən qaldırılması barədə qərar veribsə, şirkət də xidmət haqqlarını həmin tarixdə qaldırmalı idi. Yox, şirkət bu tarifləri özü vaxtından əvvəl qaldırırsa, bu barədə müştəriyə məlumat verməli idi".

Şirkətdən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, dəyişiklərlə bağlı hələ 12 iyulda müştərilərə müraciət ünvanlanıb və şirkətin saytında dərc edilib:

"Müraciətdə müştərilərə məlumat verilərək bildirilib ki, tariflər 02.08.2024-cü il tarixindən etibarən dəyişəcək. Qeyd edilib ki, fiber optik internetdən yararlanan abunəçilərin internet sürəti 100 Mb/s-ə qədər artırılacaq. Fiziki şəxslər üçün internet paketinin qiyməti 25 AZN, "İnternet + TV" paketinin qiyməti 31 AZN, "İnternet + TV + Telefon" xidmətinin qiyməti isə 33 AZN təşkil edəcək. Hüquqi şəxslər üçün 100 Mb/s internet paketinin qiyməti 30AZN, 150 Mb/s internet paketinin dəyəri 36 AZN, 250 Mb/s internet paketi üçün qiymət 44 AZN olacaq. Bu dəyişikliklər yalnız sosialyönümlü və güzəştli paketlərə şamil edilmir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1602   Tarix: 08 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr