Qəfil ölümlərin artmasının ŞOK SƏBƏBİ: Sağlam insanlar belə...

Qəfil ölümlərin artmasının ŞOK SƏBƏBİ: Sağlam insanlar belə...Avqustun 8-də Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb. Rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib. Avqustun 22-də Loğmanın 20 yaşı tamam olacaqmış. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda gənclər, o cümlədən tələbələr arasında xüsusilə də ürək tutmasından qəfil ölüm halları artıb. Səbəb nədir? İnfarktın bunca "gəncləşməsi" dünya üzrə özünü göstərən bir tendensiyadır, yoxsa?
Gənclər daha çox nələrə diqqət etməlidir - yedikləri qidalara, həyat tərzinə, ya nəyə? Qəfil infarktın yaxınlaşdığını bilmək mümkünmü?

Qeyd edək ki, ötən il Ohayo Dövlət Universitetinin tədqiqatçıları tərəfindən 2000 gənc amerikalı arasında aparılan sorğu nəticəsində məlum olub ki, 45 yaşdan aşağı olanların 47%-i ürək xəstəliyi riski altında olduqlarından xəbərsizdir. İştirakçıların üçdə biri infarkt keçirdiklərini bilmədiklərini söyləyib.

"Gənclərin ürək xəstəliyi riski hiss etməməsi narahatedicidir, lakin bu təəccüblü deyil. Onların əksəriyyəti infarktların yalnız yaşlı insanlarda baş verdiyini düşünür, lakin bu, doğru deyil", - Ohayo ştatının Wexner Tibb Mərkəzinin profilaktik kardiologiya direktoru Dr.Lakshmi Mehta bildirib. Hər il 40 mindən çox qazaxıstanlı ürək-damar xəstəliklərindən ölür. Gənclər arasında qəfil ölüm halları çoxalıb. Bütün qəfil ölümlərin demək olar ki, 90%-i ürək disfunksiyası səbəbindən baş verir. Belə halların sayı ildən-ilə artır və gənclər risk altındadır. Statistikaya görə, ölüm halları təxminən 13% artıb ki, bunun da 24%-i qəfil ölümlərdir. "Həyat ritminin sürətlənməsi, çox sayda stresslər və pis vərdişlər ürək və damar xəstəliklərinin cavanlaşmasına səbəb olur. Bu xəstəliklərin inkişaf riski bir insanın həyat tərzinin nəticəsidir, pis vərdişlər daha erkən yaşlarda ürək xəstəliyinin yaranmasına səbəb olur. Məsələn, tütündən asılılıq qan damarlarının vəziyyətini pisləşdirir və koroner ürək xəstəliyinin inkişaf riskini artırır. Oturaq həyat tərzi ürək xəstəliyinin inkişaf riskini üç dəfə artırır və artıq çəki varsa, risk daha da artır. Buna görə də ürəklə bağlı fəsadların qarşısını almaq üçün zərər anlayışından istifadə edərək pis vərdişlərdən imtina etməli və ya sağlamlığa zərəri azaltmalısınız: yağlı qidaların istehlakını məhdudlaşdırın, güclü spirti daha zəif içkilərlə əvəz edin, qızdırılan tütünlü cihazlara keçin", - deyə "Densaulyk" Milli Assosiasiyasının rəhbəri və həkimi Baxıt qeyd edib. Mütəxəssis onu da əlavə edib ki, infarkt (miokard infarktı) ürək əzələsinə qan axını kəsildikdə, toxuma oksigen aclığı yaşadıqda miokardın bir hissəsi ölür. Buna görə də infarkt əlamətlərini bilmək və dərhal təcili yardım çağırmaq həyatını xilas edə bilər. Ürək tutmasının əlamətləri və simptomları bunlardır:

Sinədə ağrı, sıxılma və ya narahatlıq;

Qollarda, beldə, boyunda, çənədə və ya mədədə ağrı və ya narahatlıq;

İstirahət zamanı və yüngül fiziki fəaliyyət zamanı nəfəs almaqda çətinlik;

Xırıltı (nəfəs alarkən hırıltı);

Soyuq tər;

Sürətli və ya nizamsız ürək döyüntüsü;

Başgicəllənmə;

Həzmsizlik (qarının yuxarı hissəsində yanma və ya narahatlıq);

Qusma ilə və ya qusma olmadan ürəkbulanma. Bu, qadınlarda tez-tez rast gəlinən infarktın ümumi simptomlarıdır.

Tanınmış kardioloq İdris Xəlilov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, qəfil ölümlər təkcə infarktla və ya ürəklə bağlı deyil: "Qəfil ölümlər təkcə infarktla və ya ürəklə bağlı olmur. Beyin və digər orqanların xəstəlikləri, zəhərlənmə, ilan və əqrəblərin çalması və s. hallarda da qəfil ölümə rast gəlinir. Konkret olaraq hər bir ölüm faktının səbəbi haqda fikir söyləmək ölümdən sonra nağıldır. Səbəb yalnız patoloq - anatomik müayinənin nəticəsi zamanı məlum ola bilər.

Əgər bütün uşaqlar və hamı praktiki sağlam olsalar belə onların 0.01%-də bu və ya digər səbəblər tapıla bilər. Buna görə də profilaktik olaraq sağlam insanların belə həkim müayinəsindən keçmələri zəruridir. Belə olarsa, simptomsuz xəstələrdə olan problemləri aşkarlamaq mümkündür.

Bir də KİV-də yəfil ölüm hallarını müzakirəyə çıxartmaqla əhali arasında çaşqınlıq və təşviş yarana bilər, bu cür müzakirələr aparılmasa daha doğru olar".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1081   Tarix: 12 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bu ərazilərdə dörd saat işıq olmayacaq

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olara

1 aprel
.

AzTV-nin aparıcısına vəzifə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran

1 aprel
.

Bakıda 2 yaşlı uşaq qəfil öldü

Bakıda səhhəti qəfil pisləşən 2 yaşlı uşaq vəfat edib. qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Ələt qəsəbəsində baş verib. Belə ki, martın 30-u saat 07 radələrində 2024-cü il təvəllüdlü qəsəbə sakini Cahangir Şəhriyar oğlu İsgəndərli naməlum səbəbdən qaytarmağa başlayıb. O, xəstəxanay

31 mart
.

Müştəriyə təslim edəcəyi şirniyyatı qapının önündə açıb yaladı- VİDEO

İstanbulda baş verən qalmaqallı hadisə həm gigiyena, həm də istehlakçı təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurub. türk mediasına istinadən xəbər verir ki, şəhərdə fəaliyyət göstərən bir kuryer sifariş edilən şirniyyatı çatdırmazdan əvvəl binanın girişində açaraq yalayıb. Hadisə anbaan müştərini

31 mart
.

Azərbaycanda 50-yə tibb müəssisəsi TƏMİR OLUNACAQ

Azərbaycanda 49 tibb müəssisəsində əsaslı təmir işləri aparılacaq. -in məlumatına görə, söhbət İnnovasiya və Təchizat Mərkəzi tərəfindən elan olunan iri satınalmadan gedir. Layihə çərçivəsində Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən xəstəxana və digər tibb müəssisələrini

31 mart
.

"1918-ci ilin mart-aprel aylarında dinc Azərbaycan əhalisi kütləvi surətdə qətlə yetirilmişdir" - DEPUTAT

"1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar

31 mart
.

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib. -ə istinadən xəbər verir ki, hadisə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) arxa həyətində qeydə alınıb. Yayılan görüntülərdən aydın olur ki, iki sahibsiz küçə iti qəfil şəkildə gənc qıza doğru qaçmağa başlayır. Gözlənilməz vəziyyətlə üzləşən tələb

1 aprel
.

Dağlıq ərazilərə qar yağır

Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edir, bəzi dağlıq ərazilərə qar yağır. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 31-i saat 09:00-a olan məlumata əsasən, qar örtüyünün hündürlüyü Şahdağda 49, Zaqatalada (Əlibəy) 11, Qaxda (Sarıbaş

31 mart
.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq

1 aprel