Suda boğulma halları niyə artıb ? - AÇIQLAMA
Bəzi vətəndaşlar, xüsusilə uşaq və yeniyetmələr nəzarətsiz qeyri-çimərlik ərazilərdən, müxtəlif su hövzələrindən istifadə edir. Son vaxtlar çimərlik üçün nəzərdə tutulmayan su hövzələri, süni göllər, su anbarlarında boğulan vətəndaşların sayı artıb.
Bəs bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir ?
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nuraliyev Sonxeber.az -a açıqlamasında bildirib ki, çimmək üçün nəzərdə tutulmayan ərazilərdə çimmək vətəndaşların həyat və sağlamlıqları üçün risklidir:
"Su anbarlarında, kanallarında, göllərdə - çimmək üçün nəzərdə tutulmayan ərazilərdə vətəndaşların çimməsi təhlükəsizlik baxımından yolverilməzdir. Nəzərə almaq lazımdır ki, çimmək üçün nəzrədə tutulmayan yerlərdə çimmək onların özlərinin həyat və sağlamlıqlarını təhlükəyə atmaq deməkdir. Ona görə də hansı çimərliklərin fəaliyyətinə icazə verilibsə, yalnız həmin ərazilərdə çimmək olar. Bu təhlükəsizlik baxımından da məqbul sayılır. Çünki çimmək üçün nəzərdə tutulmuş yerlərdə aidiyyatı qurumlar tərəfindən suyun fiziki, kimyəvi, bioloji xüsusiyyətləri, sanitar normalar tənzimləndikdən, sualtı baxışlar həyata keçirildikdən və su təmizləndikdən sonra həmin çimərliklərin fəaliyyətinə icazə verilir. Amma çimmək üçün nəzərdə tutulmayan yerlərdə əlbəttə həyati təhlükə riskləri qalmaqdadır. Ona görə fəaliyyətinə icazə verilməyən yerlərə getməmək lazımdır. Hər il Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidməti tərəfindən yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilərək həyata qaytarılır. Bu da onu deməyə bir daha əsas verir ki, hansı çimərlikdə ki, xilasetmə xidməti var, həmin çimərliyə getmək lazımdır. Xilasetmə xidməti olmayan çimərlikdə boğulma təhlükəsi ilə üzləşəndə həmin şəxsə ilkin müdaxilə edən, onu həyata qaytaran heç kəs olmur və bu təqdirdə həmin şəxsin həyatı təhlükə altında qalır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR