Bəlkə "içib oğurlamaq" əvəzinə "içib etiraz" etsinlər...

Bəlkə "içib oğurlamaq" əvəzinə "içib etiraz" etsinlər..."Əgər yatıb yüz ildən sonra oyansam və məndən indi Rusiyada nə baş verdiyini soruşsalar, cavab verəcəm: içirlər və oğurlayırlar".

Rus yazıçısı Saltıkov Şedrinin bu məşhur ifadəsi bütün zamanlarda Rusiya cəmiyyətinin həyatını xarakterizə edir desək, yanılmarıq. Şedrin 125 ildi ölüb, amma o özünün dediyi kimi indi də ayılsa.., heç nə dəyişməyib. Rusiya-Ukrayna müharibəsini "xüsusi əməliyyat" kimi sırıyanlar elə zənn edirdilər ki, üç günə Kiyevdə duz-çörəklə qarşılanacaqlar. Alınmadı, araşdıranda məlum oldu ki, neçə illərdir bu iş üçün ayrılmış milyardlar yeyilib və cüzi bir hissəsi sərf edildiyindən artıq üç ilə yaxındır davam edən "əməliyyat", getdikcə Rusiya üçün böhran mərhələsinə qədəm qoyur. Oğurluğun fərqində olan Putin müdafiə nazirini iqtisadçı ilə əvəzləməyə məcbur oldu, amma dağın başından yumalanan daşın qabağını kəsmək mümkün olmur. Ukrayna ordusunun son Kursk əməliyyatı da "içirlər və oğurlayırlar"ın məntiqi nəticəsidir. Təkcə Rusiya mətbuatının verdiyi məlumatlara əsaslansaq bütöv bir generallar dəstəsi orduda korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb olunublar.

Rusiya Qərbin dəstəyinin parçalanması naminə indi hər cür vasitələrə əl atır, o cümlədən Yaxın Şərqdə yaranmış İran-İsrail qarşıdurmasından da fəal şəkildə yararlanmaq siyasətinə başlayıb. Avqustun 6-da Sergey Şoyqunun İrana səfərinin əsasını da məhz Tehranın müharibədə istifadə edəcəyi qanadlı və ballistik raketlər, hava hücumundan müdafiə sistemləri ilə təmin etmək dayanırdı. Həmin silahları daşıyan hərbi təyyarələr Şoyqunun təyyarəsi ilə paralel olaraq Tehrana eniş etdi. Üstəlik, İran ordusunun şəxsi heyətinə təlim keçən rusiyalı hərbi təlimatçılar da. Dünən briqada generalı Əli Şadmaninin rəhbərlik etdiyi İran hərbi heyətinin Rusiyada keçirilən "Ordu-2024" Beynəlxalq Hərbi-Texniki Forumunun açılışında iştirak etməsi də bu istiqamətdə başlanan əməkdaşlığın tərkib hissəsidir.
Və İranla belə bir sövdələşmə getdiyi vaxt Ukrayna ordusunun Rusiya ərazisinə sürətli hücumu və Kursk vilayətinin bir çox yaşayış məntəqəsini nəzarəti altına alması, 75 mindən çox mülki əhalinin evakuasiya edilməsi, 200 nəfərin itkin düşməsi və bir həftədən çoxdur ki, Ukrayna hərbiçilərini hələ də ərazilərindən çıxara bilməməsi faktı ilə Rusiya üz-üzə qalıb. Bu həm də məşhur QRU-nun da kəşfiyyat məlumatlarını vaxtında ala bilməməsi deməkdir, çünki Rusiya xüsusi xidmət orqanları FTX, XKX və QRU arasında nüfuz savaşına daha çox vaxt sərf edilir, nəinki müharibə cəbhəsindən qabaqlayıcı iformasiyanın əldə edilməsinə. Əksinə, Ukrayna MN Kəşfiyyat Baş İdarəsi müharibənin başladığı ilk gündən Rusiyanın cəbhə xəttindən hətta min kilometr dərinlikdə olan hərbi obyektlərinə dəfələrlə zərbələr endirməyə müvəffəq olub.

Kursk əməliyyatı müharibənin perspektiv inkişafına necə təsir edəcək? Əgər Ukrayna ətrafında danışıqlar indi başlasa, Kursk əməliyyatı Ukraynanın əlini gücləndirən amil olacaq. Amma, danışıqların başlanması Rusiyanın imicinə mənfi təsir edəcəyindən çətin ki, danışıqlara indi start verilsin. Qərbin və Ukraynanın bundan sonra aparacağı koordinasiyalı siyasəti öz yerində, burada vacib faktorlardan biri Rusiyadaxili vəziyyətin hansı istiqamətdə inkişaf etməsidir. Rusiyanın içərilərinə keçmiş müharibə cəmiyyətdə etiraz yarada bilərmi? Rusiya cəmiyyəti bu müharibənin mənasızlığını nəhayət anlamağa cəhd edirmi? Rusiyanın əraziləri azad etmək perspektivi hələ ki, aydın təsir bağışlamır və situasiyanın bu cür davam etməsi Rusiya cəmiyyətində narazılıq və etiraz yarada bilər, o cümlədən hakim komanda daxilində də narazılığın açıq müstəviyə keçməsi də istisna olnmur. Alınan məlumatlar göstərir ki, Rusiya cəmiyyətində imperiya ambisiyaları təfəkkürlərə nə qədər hakim kəsilsə də, bu müharibənin onlar üçün motivasiyası faktiki yox səviyyəsindədir. Sadəcə, hakimiyyətin yaratdığı xof və qorxu cəmiyyəti açıq etirazlardan çəkindirir, əksinə 37-ci ildə olduğu kimi donosçuluğa şərait yaradır. İki gün əvvəl Moskvada " FHK Vaqner"ə qoyulmuş heykəlin yanından keçən sərnişin avtobusunda 80 yaşlı bir kişi vaqnerçiləri quldur adlandırdığına görə avtobusdakı iki nəfər onu döyüb polisə təhvil veriblər.

Rusiya informasiya kanalları nə qədər təbliğat aparsalar da, hər gün Belqorod, Kursk vilayətlərindən əhalinin evaukasiyası barədə xəbərləri də gizlədə bilmirlər. Yurd-yuvasından olan əhali bəlkə bu dəfə "içib oğurlamaq" əvəzinə içib etiraz edəcək? Az inandırıcı olsa da, Rusiya əhalisinin "içib etiraz etməsi" faktları tarixdə baş verib. Putin hakimiyyətini indi ən çox narahat edən də cəmiyyətin kütləvi etirazının baş verməsidir. (Moderator.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1057   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr