Kursk BATAQLIĞI: Putin işğal etdiyi torpaqları Ukrayna ilə DƏYİŞDİRƏCƏK? - ŞƏRH
Xəbər verdiyimiz kimi, hazırda Kurskun 28 yaşayış məntəqəsi Ukrayna hərbçilərinin nəzarətindədir. 2 minə yaxın insan var ki, hakimiyyət orqanları onların taleyindən xəbərsizdir. Həmçinin bölgədə təxliyə ediləcək 180 min insan var, 121 min nəfər isə oranı tərk edib və təxliyə edilib. Bununla yanaşı, Ukrayna ordusu Kursk vilayətinin Lqov şəhərini ələ keçirib.
Rusiya lideri Vladimir Putin daha əvvəl çıxışlarında bildirmişdi ki, Ukraynanın ələ keçirilən ərazisi Rusiyanın yeni əraziləri hesab olunur. Yəni həmin ərazilər heç bir halda danışıqlar prosesinin mövzusu ola bilməz. Görünən odur ki, Ukrayna Kursk şəhərinə yaxınlaşmağa davam edir. Əgər Ukraynanın ələ keçirdiyi ərazilərin sayı artarsa, Rusiya Ukrayna ərazilərini öz torpaqları ilə dəyişə bilər?
Mövzunu Sonxeber.az-a şərh edən politoloq Turan Rzayev deyib ki, Rusiyanın işğal etdiyi Ukrayna əraziləri ilə müqayisədə, Ukraynanın ələ keçirdiyi ərazilərin sayı çox deyil:
"Rusiya təxminən Ukraynanın 5 regionunu işğal edib. Amma Ukrayna hələki Kursk vilayətinə daxil olub və 20-ə yaxın məntəqəsini ələ keçirib. Hər ikisini müqayisə etdikdə, Ukraynanın ələ keçirdiyi əraziləri daha kiçikdir. Rusiyanın böyük bir ərazini Ukrayna ilə barter etməsi doğru olmazdı. Bu Putinin prestijinin aşağı düşməsi deməkdir. Mən proseslərin istiqamətinin bir müddət sonra dəyişəcəyini düşünürəm. Rusiya tərəfi əks-hücum əməliyyatlarına başlayacaq. Hətta Ukrayna ordusuna qarşı mühasirə əməliyyatlarına başlayacaqlar. Bu istiqamətdə Belarusun prosesə qoşulma məsələsində danışıqlar gedir. Belarus tankları şimala doğru hərəkət edir".
Politoloqun sözlərinə görə, Kurskda bir müddət sonra keçiriləcək əməliyyatlar fonunda Ukrayna ordusu geri püskürdüləcək. Bu müharibənin haqlı tərəfi Ukrayna idi. Amma Ukraynanın Kurska hücumu eynilə Rusiyanın işğalçı siyasətini Ukraynanın davam etdirdiyini deməyə əsas verir:
"Yəni hər iki tərəf işğalçı siyasət yeridirlər. Ukrayna öz haqlı mübarizəsində haqsız oldu. Bunun Rusiya tərəfindən cəzası ağır olacaq. Kurskdan çıxarılandan sonra daha geniş miqyaslı hücumun şahidi ola bilərik. Ən önəmlisi Rusiya ərazilərinin birbaşa işğal edilməsi və hücum aktı Rusiyanın taktiki ballistik raketlərdən istifadəsini leqallaşdırır. Yəni ehtimal nüvə hücumlarına hazır olmaq lazımdır. Sonuncu işğal prosesi danışıqlar prosesini kifayət qədər ləngidəcək. Əvvəl danışıqlar prosesinə ümid var idisə, Ukraynanın bu addımı həmin ümidləri aradan qaldırdı. Danışıqların barter tərzində getməsi üçün ən azında Ukraynanın bir neçə ərazini işğal etməsi lazımdır. Həmin ərazilərdə möhkəmlənməlidir".
Qeyd edək ki, Kursk şəhərinə 50, Kursk AES-ə 20 km qalıb.
Sevda Səfərova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR