Deputatlığa namizədlər niyə təşviqatı sosial şəbəkələrdə aparırlar ? - AÇIQLAMA
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulub. Seçki qabağı namizədlərin təşviqat seçimləri maraq doğurur. Belə ki onlar, vətəndaşlarla real görüşlər keçirməkdən daha çox sosial mediada ünsiyyətə üstünlük verirlər. Bəs görəsən buna səbəb nədir ?
Mövzu ilə bağlı Sonxeber.az- a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, namizədlərin sosial şəbəkələrdə təşviqat aparmalarına səbəb sosial şəbəkələrin pulsuz olmasıdır:
"Sosial şəbəkələrdə daha ucuz və ya pulsuz təbliğat imkanları var. Əvvəllər daha baha başa gəlirdi. Müxtəlif tədbirlər, görüşlər keçirmək, plakatlar asmaq böyük xərc aparırdı. İndi sosial şəbəkələrin imkanlarından istifadə etməklə tamamilə pulsuz şəkildə təbliğatlarını qurub apara bilirlər. Bir digər səbəb isə bütün əhalinin sosial şəbəkələrdən istifadə etməsidir. Bir tədbirə 100 nəfər yığa bilirsən, amma sosial şəbəkələrdə 10 minlərlə insana çatmaq mümkündür. Bu iki səbəbdən namizədlər çalışırlar təbliğatlarını sosial şəbəkələrdə aparsınlar. Çünki həm interaktiv imkanlar var, həm birbaşa hər kəsin sual verib, cavab almaq imkanı var. Görüşlərdə bunu adətən eləmək olmur. Yüzlərlə suala cavab vermək üçün bir gün belə bəs eləməz, amma sosial şəbəkələrdə daha interaktiv şəkildə insanlarla əlaqə saxlamaq, müzakirələr aparmaq, fikirlərini çatdırmaq, çoxsaylı səhifələrdə, qruplarda, kanallarda yaymaq mümkündür və bütün bu imkanlar pulsuzdur".
O qeyd edib ki, sosial şəbəkələrdə təşviqatların aparılması namizədlər üçün sərfəli olsa da vətəndaşlar üçün mənfi haldır:
"Bunlar təbii səbəblərdir. Düzdür, bu optimal vəziyyət daha effektli olsa da real ünsiyyətdən yaxşı deyil. Əvvəllər daha yaxşı idi ki, birbaşa insanlarla görüşlər təşkil edirdilər. Kəndlərdə, qəsəbələrdə, müəissiələrdə, müxtəlif ictimai yerlərdə canlı ünsiyyət olurdu, amma indi bir növ robotlaşmış bir sistem var. Onlar heç çox vaxt bunları sosial şəbəkələrdə özləri etmir, köməkçiləri edir. Bu namizədin özü üçün bir tərəfdən rahatdır - az xərc çəkir və daha çox effekt əldə edir. Digər tərəfdənsə canlı sosial görüşlərin olmaması vətəndaşlar üçün mənfi haldır. İnsanların birbaşa ünsiyyəti, namizədlə dialoqu, canlı görüşlərinin olmaması qeyri-təbii bir haldır. Baxmayaraq ki, vətəndaşlar sosial şəbəkədə yazır, sual verə bilir, amma canlı ünsiyyət daha təbii və effektivdir. Bu cəhətlərdən baxsaq, texnologiyanınn imkanları getdikcə tək bu sahədə yox, bütün sahələrdə fəaliyyətləri də, ünsiyyətləri də elektronlaşdırır və təbii olaraq insanlar real həyatdan kənar düşür. Necə ki, əvvəllər etirazlarını aksiyalarda bildirirdilər, amma son dövrlərdə bu sosial şəbəkələrdə olur. Eyni proses bu seçki təbliğatında da gedir".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 710 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr