Türkiyəsiz NATO-nu gözləyən perspektiv: Ankaranı razı salmaq niyə vacibdir?

Türkiyəsiz NATO-nu gözləyən perspektiv: Ankaranı razı salmaq niyə vacibdir?Son zamanlar Türkiyənin perspektivdə NATO-dan çıxacağı ilə bağlı davamlı iddialar irəli sürülür. Bu ehtimalları şərtləndirən başlıca amil kimi Türkiyənin blok üzrə bəzi müttəfiqləri, o cümlədən ABŞ və Fransa ilə fərqli xarici siyasət kursuna malik olması göstərilir. NATO ölkələri radikal şəkildə Rusiya əleyhinə mövqe tutduğu halda, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə münasibətini eyni səviyyədə saxlayır.

İkincisi, Yaxın Şərqdə cərəyan edən proseslərdə də Türkiyə ilə NATO-dakı müttəfiqlərinin mövqeyi toqquşur. Vaşinqton İsraili birmənalı dəstəkləyir, Ankara isə HƏMAS və Fələstinin tərəfindədir.

Üçüncüsü, tərəflər Cənubi Qafqazda da fərqli yanaşma ortaya qoyurlar. Türkiyə Azərbaycan və Ermənistan arasında sülh prosesini, regional əməkdaşlığı dəstəkləyir və prosesə töhfə verməyə hazır olduğunu bildirir. ABŞ isə bundan fərqli olaraq Ermənistanı silahlandırır və forpostuna çevirmək istədiyi bu dövlət vasitəsilə regionda gərginliyi artırmağa səy göstərir.

Bundan başqa, nəzərə almaq lazımdır ki, NATO-da təmsil olunan Türkiyə və Yunanıstan arasında uzun illərdir, siyasi gərginlik səngimək bilmir. Nəticədə bu ölkələr arasında gərginlik az qala müharibə həddinə qədər yüksəlir.

Belə bir şəraitdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin "Reuters" agentliyinə müsahibəsində NATO ilə bağlı səsləndirdiyi fikirlər diqqət çəkir. O bildirib ki, rəsmi Ankara NATO-nun daha da güclü olmasını istəyir: "Prioritetimiz önəmli müttəfiqimiz olan NATO-nu dəstəkləmək, ona töhfə verməkdir. Fokus nöqtəmiz alyansın güclü, qətiyyətli olmasıdır".

Şübhəsiz, Türkiyə NATO-nun əsas üzvlərindən biridir. Rəsmi Ankara alyansa hərbi-siyasi baxımdan ciddi dəstək verir. Amma yuxarıda vurğulandığı kimi, Türkiyənin xarici siyasət kursu bəzi müttəfiqlərindən xeyli dərəcədə fərqlənir. Bu, Türkiyənin müstəqil, başqa dövlətlərdən asılı olmayan xarici siyasət kursu seçməsinin qəti təzahürüdür.

Xatırlatmaq yerinə düşər ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı ən prinsipial məsələ məhz Türkiyənin qərarı idi. Türkiyə NATO qarşısında konkret şərtlər qoydu və yalnız qaneedici cavab addımlarının atılmasından sonra İsveçin bloka üzvlüyünə mane olmadı.

Bu gün dünyada çox ciddi qütbləşmə prosesi gedir. Ayrı-ayrı aktorlar öz tərəflərini seçirlər. O halda Y.Gülerin dediyi kimi, NATO-nun güclü olması, təbii, bütün üzv dövlətlərin marağına uyğundur. Bu, xarici təhdidlərə qarşı bütövlükdə NATO-nu və deməli, həm də blok üzvlərinin hər birini daha güclü, təhlükəsiz edə bilər.

Amma onu da nəzərə almaq lazımdır ki, rəsmi Ankara zaman-zaman NATO-dakı müttəfiqlərinin ünvanına sərt ritorika ilə tənqidi fikirlər səsləndirməkdən çəkinmir. Bu, beynəlxalq nizamın pozulması, terrorizmə qarşı mübarizə kontekstlərində özünü daha çox göstərir. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl açıq mətnlə bəyan etmişdi ki, NATO rəsmi Ankaranın gözləntilərini doğrultmur.

Əksər təhlilçilərin fikrincə, Türkiyənin Şimali Atlantika Alyansında üzvlüyünü saxlaması həm bu dövlətin özünün, həm də NATO-nun xeyrinədir. Əslində, bu məsələdə NATO, ABŞ daha çox maraqlı olmalıdırlar. Çünki Türkiyə Rusiya ilə "dil tapmaq" imkanı olan yeganə NATO üzvüdür. Bu, blok üçün son dərəcə mühüm məqamdır. İkincisi, Türkiyə NATO-nun ciddi regional proseslərin getdiyi Cənubi Qafqazdakı təmsilçisidir. Üçüncüsü, Türkiyə ilə Çin, İran kimi Şərq ölkələri arasında normal əlaqələr də əslində, alyans üçün ciddi əhəmiyyət daşıyır. Əgər Türkiyə NATO-dan çıxsa, Şərq ittifaqı (xüsusilə, Rusiya, Çin, İran) NATO üçün daha ciddi təhlükəyə çevrilə bilər. Bu isə alyansa lazım deyil.

Odur ki, NATO Türkiyəni itirməməyə çalışmalıdır. Bunun üçün isə rəsmi Ankaranın təhlükəsizlik qayğılarının nəzərə alınması ilə yanaşı, həm də "damarına basılmaması" vacibdir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 762   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr