Azərbaycanda bir deputat öləcək - Şok proqnoz

Azərbaycanda bir deputat öləcək - Şok proqnozSon günlər əksər astroloji proqnozlar mənfi yöndədir. Bu isə proqnozlara inanan insanlarda istər-istəməz narahatlığa səbəb olur. Yalnız xəbərdarlığa köklənən astroloq neqativ proqnozuna əsas gətirmədən "öz yoluna" davam edir.

İnsanları neqativə kökləmək hansı qanuna sığır?

Məsələyə münasibət bildirən Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, kliniki psixoloq, ezoterik Zirəddin Rzayev Musavat.com-a açıqlamasında deyib ki, astroloqlar neqativ gözləntilərin səbəbini də açıqlamalıdırlar: dirnaq modelleri

"Məni həmişə çağırırlar cinayət olan yerə və yaxud uğursuz evlərə ki, gör burada necə enerji var. Mən həmişə insanlara deyirəm ki, Allah dünyanı yaradanda hər yer gözəl, təmiz olub. Biz bir-birimizi öldürmüşük, qan tökmüşük, bir-birimizə qarşı cinayət törətmişik. Olduğumuz məkanın energetik informasiyasını korlamışıq. Harada insan varsa, orada neqativ var. Son yüzillikdə neqativ enerji həddindən artıq çoxalıb. Elm, texnologiya inkişaf etdikcə biz təbiəti korlamışıq. Kişilər qadınlaşır, qadınlar kişiləşir. Dünyada neqativlər həddindən artıq çoxalıb".

"1 sentyabrda baş tutacaq parlament seçkisi ilə bağlı proqnozunuz necədir?" sualına ekstrasens belə cavab verib:

"Sualı səsləndirdiyiniz anda gördüyüm bir şey var – parlament seçkisindən sonra 2-3 il müddətində hansısa deputat ya dünyasını dəyişəcək, ya da xəstəxanaya düşəcək. Ümumilikdə isə Azərbaycanda qlobal siyasi dəyişiklik görmürəm. Deyirlər ki, seçkilərdən sonra kadr dəyişikliyi olacaq. Amma ciddi bir yenilik görmürəm".

"Sizə kimlər hansı mövzularla bağlı müraciətlər edirlər?" sualına Zirəddin Rzayevin cavabı belədir:

"Bəzən sağlamlıqla bağlı müraciət edirlər ki, ABŞ-a, yoxsa İsrailə gedək, Türkiyədə müalicə götürək. Görürsən ki, vəzifədə olan adamdır, ailəsində xəstəsi var. Bəzən işdən azad olunmuş adam mənə müraciət edir ki, yenidən vəzifəyə qayıdacammı? Bəzən öz düşmənlərini öyrənmək istəyirlər. Bəzən neqativ müdaxilələri təmizləmək istəyirlər. Ailələri, övladları ilə bağlı da müraciət edirlər. Məsələn, övladı gec evlənir, yaxud da yaşı keçib, amma hələ ailə qurmayıb. Müraciətlər rəngarəngdir. Burada status rol oynamır. Hər kəsin öz problemi var. Müraciətlər yalnız Azərbaycandan olmur, Rusiyadan, Qırğızıstandan, Türkiyədən də olur".

Zirəddin Rzayev Moskvada keçirilən forumdan da danışıb:

"Bildiyiniz qədər, Rusiyada millət vəkilinin köməkçisiyəm. Hazırda Moskvada "Ordu-2024" Beynəlxalq Hərbi-Texniki Forumu keçirilir. Dövlət Dumasından ora göndərilirəm, bu gün orada olacam".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 978   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr