Məşhur Məmmədov deputat seçilmək üçün öz işçisi ilə mübarizə aparır
Xəbər verdiyimiz kimi, sentyabrın 1-i keçiriləcək növbədən kənar parlament seçkilərinə deputatlığa namizədlərin siyahısı ötən günlərdə ictimaiyyətə təqdim edilib. Siyahıda 1030 namizəd var.
Bizim.Media xəbər verir ki, 74 saylı Masallı seçki dairəsindən isə deputatlığa 7 namizəd var. Onlardan biri də Məşhur Məmmədovdur.
Mediada Məşhur Məmmədovun adı "biznesmen-deputat" kimi hallanır.
Hətta onun "Embawood"un sahibi olduğu ilə bağlı iddialar da var. O, 28 oktyabr 2016-cı ildə keçirilən "Qeyri-neft sahələrinin inkişafı: mebel sənayesi" mövzusunda tədbirdə "Embawood" MMC"nin sədri kimi çıxış edib. 2017-ci ilin sonuna olan məlumata görə isə, Məşhur Məmmədov "Embawood" MMC"də 32 faizlik paya sahibdir.
Maraqlısı odur ki, Məşhur Məmmədovun namizəd olduğu dairədə rəqiblərindən biri məhz "Embawood"un satış meneceri Cavid Xalıqzadədir.
Qeyd edək ki, "Embawood" 1996-cı ildə qurulub. Şirkətin kağız üzərində rəhbəri Elşad Abbasovdur. Bu gün "Embawood" şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə "Embawood" şirkətinə məxsus satış nöqtələri vardır. Azərbaycanda toplam sahəsi 85 000 kv.metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.
Onu da bildirək ki, Məşhur Məmmədov VI çağırış Milli Məclisin deputatı olub. O, həm də Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədridir.
Qeyd edək ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, Məşhur Məmmədov bir müddət əvvəl "Embawood" MMC"dəki hissələrini təhvil verib. O hazırda "Perla" mağazalar şəbəkəsi, "Foriella" istehsal şirkəti və "Ofissa" ofis mebeli şirkətinin sahibidir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 964 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr