Müdafiə Nazirliyinin daha bir zabiti həbs edildi
Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.
Qeyd edək ki, N.Mirzəyev bir müddət əvvəl Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda mənimsəməyə görə həbs edilmiş Maliyyə-Büdcə İdarəsinin rəisi general-mayor Nizami Məmmədov və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Hazırda DTX-də istintaqı aparılan cinayət işi üzrə Namiq Mirzəyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2223 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fırtına ilə bağlı - Gəmilərə xəbərdarlıq
Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib. xəbər verir ki, bununla bağlı Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) məlumat yayıb. "Fevralın 3-ü axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək. Həmi
2 fevralYeni sədr iki nəfəri işdən çıxardı
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-də kadr islahatları aparılıb. "Unikal"a istinadən xəbər verir ki, bu barədə ASCO-nun sədri Əfqan Cəlilov əmrlər imzalayıb. Belə ki, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar, Maliyy
2 fevralMehdiyevin qardaşının tikdirdiyi qəzalı bina - Lifti belə yoxdur...
Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin problemləri 20 ildir həll olunmur. Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yaşayan sakinlər -a şikayət məktubu ünvanlayıblar. Sakinlərin bildirdiyinə görə, bina 2005-ci ildə mənzi
2 fevralXəzər çəkildi, qəbirlər üzə çıxdı - 2040-cı ilə qədər...
Xəzər dənizinin səviyyəsinin azalması son illər ictimaiyyətdə ciddi narahatlıq doğurur. Lakin alimlərin və tarixi mənbələrin araşdırmaları göstərir ki, bu proses yeni deyil və Xəzər dənizi tarix boyu səviyyəsini dəfələrlə dəyişib. Dənizin səviyyəsində baş verən bu dəyişikliklər onun təbii inkişaf dövrünü
31 yanvar