Piyada zolağında ana və iki övladını vuran "Avromed" şirkətinin sürücüsü yoxa çıxıb - ŞİKAYƏT
Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində piyada zolağı ilə keçən ana və iki uşağını vuran "Avromed" şirkətinin sürücüsü yoxa çıxıb.
Bununla bağlı Oxu.Az-a şikayət məktubu ünvanlayan 39 yaşlı zərərçəkmiş xanımın həyat yoldaşı Anar İsmayıl məlumat verib.
O qeyd edib ki, hadisə bu il iyunun 1-i, təxminən saat 12 radələrində Bəhruz Nuriyev küçəsində, "Xalqlar Dostluğu" yarmarkasına yaxın ərazidə baş verib.
"Yoldaşım və biri səkkiz, digəri iki yaşında olan iki övladım yolu keçərkən piyada zolağının üstündə onları "Avromed" şirkətinə məxsus avtomobili etibarnamə ilə idarə edən sürücü Afiq Rafiq oğlu Abışov vurub. Qəza nəticəsində yoldaşım və böyük oğlum xəsarət alıblar. Hadisə yerinə gələrək sürücü ilə birlikdə onları xəstəxanaya çatdırmışam, lazımi müayinələr aparılıb və yoldaşımın ayağında, dizdən aşağı hissədə sınıq olduğu müəyyən olunub.
Qəzanı törədən şəxs həmin gün xəstəxana xərclərini çəkdi, həkim də onun yanında sümükdə prosesin necə getdiyini müəyyən etmək üçün on gündən bir müayinəyə gəlmək lazım olduğunu bildirdi.
Həmin adam hadisədən on bir gün sonra yoxa çıxdı. İlk günlər telefona cavab versə də, qəza törətdiyi maşınını cərimə meydançasından çıxarandan sora tamamilə itdi.
Hadisədən altı gün sonra polis gəlib izahat almağa, 24 gün sonra isə tibbi ekspertiza ediblər. Qəzadan iki ay yarım qədər vaxt keçib, işlər avtoekspertizaya gedib, oradan da heç bir cavab ala bilmirik. Onlar deyirlər, qərar verilib, göndərmişik polisə, polis də deyir, bizə qərar gəlməyib.
Baxmayaraq ki, yoldaşımı vuran avtomobil "Avromed"ə məxsusdur və sürücü həmin şirkətin işçisidir, şirkət olaraq da maraqlanmadılar ki, işçilərinin vurduğu adamın taleyi necə oldu?
Bu səbəbdən şirkətə qarşı da hüquqi qaydada iddia qaldıracağam", - deyə şikayətçi bildirib.
Vətəndaşın şikayətini Daxili İşlər Nazirliyinə (DİN) ünvanladıq.
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qəzanın baş verməsi halı təsdiqləndi:
"Cari il iyunun 1-də paytaxtın Nizami rayonu ərazisində "Hyundai" markalı avtomobillə piyada Ülviyyə İsmayılın vurularaq xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə polis orqanına məlumat daxil olub. Məlumat əsasında təhqiqat araşdırması başlanılıb.
Təyin olunmuş müvafiq ekspertizanın rəyinə əsasən, piyadanın az ağır dərəcəli bədən xəsarəti alması müəyyən edilib.
Hazırda araşdırmalar davam etdirilir. Toplanmış materiallar əsasında qanunvericiliyə uyğun qərar qəbul ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 791 Tarix: 13 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrTarixi hadisələr və milli yaddaş
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ
Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen
26 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr