Bakı Şəhər Mədəniyyət Baş İdarəsində aşkarlanan nöqsanlarla bağlı RƏSMİ AÇIQLAMA

Bakı Şəhər Mədəniyyət Baş İdarəsində aşkarlanan nöqsanlarla bağlı RƏSMİ AÇIQLAMAHesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində audit yoxlaması aparıb və çoxsaylı nöqsan aşkarlayıb.

Hesabatda bildirilib ki, 01.01.2022- 01.01.2024-cü illəri əhatə edən audit yoxlaması zamanı xüsusilə dövlət satınalmalarında, əməkhaqqının hesablanmasında, dərslərin tarifləşdirilməsində ciddi nöqsanlar aşkar edilib. Eyni zamanda məlum olub ki, dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası zamanı bir neçə halda vəsaitin təyinatının dəyişdirilməsi, həmçinin artıq istifadəsi hallarına yol verilib.

Dərs saatları və əməkhaqqı şişirdilib

Hesabatda qeyd olunub ki, idarənin əhatəsində ümumilikdə 36 musiqi məktəbi fəaliyyət göstərib. Həmin məktəblərdə dərs saatlarının tarifləşdirilməsinin hüquqi aktlara uyğunluğu vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə fərqli audit prosedurlarının tətbiq edilməsi yolu toplanmış audit sübutları bir sıra hallarda şagird axınının düzgün idarə olunmaması, dərslərin artıq tarifləşdirilməsi səbəbindən artıq qrupların yaradılması ilə dərs saatlarının daha çox tarifləşdirilməsinə yol verildiyini qeyd etmək imkanı verib.

Bu hallar 6 musiqi məktəbi üzrə müəyyən edilməklə 37.9 min manat dövlət vəsaitinin artıq istifadəsinə şərait yaranıb. Eyni zamanda, təqdim olunmuş dərs saatlarının hesabı cədvəli və tarifləşmə cədvəlləri əsasında seçmə qaydada 18 musiqi məktəbi üzrə toplanmış audit sübutları ilə 146.5 saat artıq dərslər hesabına 39 041.63 manat artıq əməkhaqqı hesablanaraq ödənilməsi müəyyən olunub.

Bundan başqa, əməyin ödənişi qruplarının müəyyənləşdirilməsi prosesində mədəniyyət müəssisələrinin fəaliyyətini xarakterizə edən hesabat göstəricilərinin hüquqi aktlarla müəyyən edilmiş dövr üçün nəzərə alınmaması əməyin ödənişi qrupunun yüksək təyin edilməsi hesabına tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsinə, bununla da vəsaitin artıq istifadəsinə səbəb olub. 10 mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) üzrə ümumilikdə 362 halda cəmi 99.4 min manat əməkhaqqı düzgün ödənilməyib, əvvəlki auditin nəticələri ilə müqayisədə 5 MKS üzrə həmin nöqsan cari auditlə müəyyən edilib. Analoji nöqsan digər müəssisələr üzrə də müəyyən olunub, 22 mədəniyyət evi, klub, mərkəz və mədəniyyət sarayı üzrə cəmi 21.7 min manat, 4 teatr, konsert təşkilatları, bədii kollektivlər üzrə 200 min manat, 3 xatirə muzeyi və muzey tipli digər müəssisələr üzrə cəmi 1.3 min manat əməkhaqqı düzgün ödənilməyib.

Sənədə görə, ödənişli kurs və dərnəklərin fəaliyyətinin təşkilində bir sıra nöqsanlara yol verilib. Məsələn, ödənişli kurs və dərnəklərə təyin olunmuş rəhbərlərin təhsili və peşə-ixtisas hazırlığının bəzi hallarda tədris olunan peşə və sənətin növünə və spesifik xüsusiyyətlərinə uyğun olmadığı müəyyən edilib.

Tender keçirilmədən satınalma müqavilələri bağlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən 2022-2023-cü illərdə həyata keçirilmiş dövlət satınalmaları həmin dövrə qüvvədə olan hüquqi aktların tələblərinin bir sıra hallarda pozulması ilə müşayiət olunub. 2022-ci il üçün satınalma planı müvafiq qaydada tərtib edilərək yerləşdirilsə də, 2023-cü ildə bu həyata keçirilməyib.

2022-ci il üçün nəzərdə tutulan və icra edilən satınalmalar fərqlənib. 2023-cü ildə isə satınalma metodları tətbiq edilməyib, həyata keçirilən alışlar satınalma metodlarının tətbiqini tələb edən məbləğdən aşağı olmaqla bağlanan müqavilələr əsasında icra olunub. İdarə tərəfindən 2023-cü ildə dövlət tələbatının ödənilməsi məqsədilə bağlanan müqavilələr dövlət büdcəsinin və büdcədənkənar fəaliyyətdən gələn vəsaitlər üzrə olmaqla ayrı-ayrılıqda icra edilib. Bəzi hallarda bu yanaşma eyni predmetlər üzrə alışların satınalma metodlarının tətbiqindən yayınmağa şərait yaradıb. Bir halda müvafiq razılıq alınmadan müqavilə bağlanılmaqla vəsait icra edilib. Auditor Vəfa Mütəllimovanın fikrincə, İdarə tərəfindən funksional, o cümlədən büdcədənkənar fəaliyyətin təşkili, dövlət satınalmalarının həyata keçirilməsi, dövlət əmlakının idarə olunması fəaliyyəti qüvvədə olan hüquqi aktlara uyğun deyil.

Nöqsanlarla bağlı hansı tədbirlər görülüb?

"Qaynarinfo" xəbər verir ki, hesabatdan aydın olur ki, nöqsanlarla bağlı müəyyən tədbirlər həyata keçirilib. Lakin nöqsanlara yol verən vəzifəli şəxslərlə bağlı hər hansı tədbirin görülməsi barədə bilgi yoxdur.

Nöqsanlara yol verən vəzifəli şəxslər barəsində tədbir görülüb-görülməməsini öyrənmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxlanılıb.

Nazirliyin açıqlamasından məlum olub ki, nöqsanlara yol verənlərə sadəcə yazılı xəbərdarlıq edilib:

"Yoxlamanın nəticələri üzrə 1 may 2024-cü il tarixində kollegiya qərarı və auditor hesabatı hazırlanıb. Bakı Şəhər Mədəniyyət Baş İdarəsində müvafiq struktur bölmələrin rəhbər və məsul əməkdaşlarının iştirakı ilə kollegiya qərarı və auditor hesabatına baxılıb. Audit qrupu tərəfindən təqdim edilən qərarın bütün bəndləri əsasında müzakirələr aparılıb. Qərarda göstərilən nöqsan və çatışmazlıqlar, eləcə də tövsiyələrlə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən bir sıra konkret tədbirlər həyata keçirilib. Qərarda göstərilən nöqsanların aradan qaldırılması məqsədilə adı keçən müəssisələrin direktorları və müəssisə direktoru vəzifəsini müvəqqəti icra edənlərə işlərində yol verdikləri nöqsanlara görə yazılı xəbərdarlıq edilib".

Qeyd edək ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevdir. O, 2022-ci ildən bu vəzifədədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 657   Tarix: 13 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr