Bakıda kafedə qan töküldü

Bakıda kafedə qan töküldüBakının Qaradağ rayonunda 2006-cı il təvəllüdlü Namid şəxsi münasibətlər zəminində yaranan dava zamanı onunla birlikdə "Məkan" kafesində ofisiant işləyən Nurlanı bıçaqlayıb.

Demokrat.az-ın məlumatına görə, hadisə 30 sentyabr 2023-cü ildə, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində baş verib.

Namid işdə olarkən həmin kafedə ofisiant işləyən Nurlanın onunla kobud zarafat edərək baldırına şillə vurmasından hiddətlənib.

O, Nurlanı söyüb təhqir etdiyinə görə kafenin inzibatçısı tərəfindən ofisə dəvət olunub və barışmaları təklif olunub.

Bu zaman Nurlan ondan nalayiq İfadələr işlətməsinə görə üzr istəməsini tələb edib. Namid isə üzr istəməyib. Nurlan onun üzünə şillə vurub və aralarında dava başlayıb. Namid üzərində gəzdirdiyi cib bıçağı ilə onun sağ sinə nahiyəsinə bir zərbə vurub.

Hadisəni törədən Namidin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Namid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində yerləşən "Məkan" kafesində ofisiant işləyir:

"Nurlan da həmin kafedə ofisiant işləyir, əvvəllər münasibətlərimiz yaxşı olub. Hadisə günü, saat 08:00-da həmin kafedə idim. Saat 17:20-də kafenin həyətində əyləşən müştərilərə yemək aparırdım. Həmin vaxt Nurlan kafenin mətbəxindən çıxdı. Ümumi zala tərəf gəldi. Mənim yanımdan keçərkən şillə ilə arxa nahiyəmdən vurdu. Müştərilərin masalarına yeməyi qoyub mətbəxə tərəf qayıdarkən Nurlanın mətbəxin yanında yerləşən pivə aparatından pivə süzdüyünü gördüm. Nurlana yaxınlaşaraq ona "mən elə zarafatı xoşlamıram, bir də belə eləmə" sözlərini dedim. Buna cavab olaraq Nurlan kinayəli şəkildə yaxşı etdiyini dedi, buna cavab olaraq Nurlana qələt etdiyini bildirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu zaman aralarında mübahisə baş verib, Nurlan qərəzli şəkildə ona badalaq ataraq yerə yıxıb, sonra isə yumruqla bədəninin müxtəlif nahiyələrinə vurub:

"Mən də Nurlanı təpiklə vurdum. Orada olan müştərilər və kafenin inzibatçısı Sahib adlı şəxs bizə yaxınlaşaraq aralaşdırdı. Köynəyim cırıldığı üçün içəri keçdim. Oradan gödəkcəmi götürdüm və zala çıxarkən Nurlan yenidən mənə yaxınlaşaraq söhbət etmək istədiyini bildirdi, onunla iş çıxışı söhbət edəcəyimizi dedim. Bu zaman Sahib bizə yaxınlaşdı. Hər ikimizi kafenin dördüncü otağına apardı. Orada Sahib bizi barışdırmaq üçün söhbətə başlayarkən Nurlan mənə "məndən üzr istəməlisən" sözlərini dedi. Mən də cavab olaraq Nurlana "mən səndən üzr istəməyəcəyəm" sözlərini dedim".

Namid qeyd edib ki, daha sonra Nurlan onun üstünə gəlməyə cəhd edib:

"Lakin Sahib Nurlanı aralaşdırmaq üçün onu kənara çəkməyə çalışdı. Nurlanın üstümə gəlməsində qorxduğum üçün şalvarımın belində saxladığım cib bıçağını çıxardım, sol əlimlə Nurlanın bədəninə bir dəfə vurdum. Nurlanı bıçaqla vurduqdan sonra həyəcanlandım. Qeyri-ixtiyari olaraq bıçağı yerə atdım. Bu zaman kafedə olan polis əməkdaşları bizə yaxınlaşdılar. Məni Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə apardılar. Polis bölməsində olarkən məlum oldu ki, vurduğum bıçaq zərbəsi Nurlanın döş qəfəsinə dəyib, onu xəstəxanaya aparıblar".

İş üzrə zərərçəkmiş Nurlanın sözlərinə görə, hadisə günü saat 17:00-da kafedə işdə olub:

"Həmin vaxt aparatdan müştərilərə pivə süzürdüm. İş yoldaşım Namid yanımdan keçərkən zarafat etmək məqsədi ilə əlimlə onu itələdim. Namid isə məni təhqir etdi. Bundan sonra Namidin yaxasından yapışaraq ona "sözlərinə diqqət et" dedim. Bu səbəbdən də aramızda dava yarandı. Oradakı müştərilər bizi aralaşdırdılar. Bir qədər sonra Namidi yanıma çağırdım. Həmin vaxt kafenin inzibatçısı Sahib də yanımızda olub. Hər üçümüz birlikdə kafenin ofisinə getdik. Orada olan zaman Sahib hər ikimizə iradlar bildirdi, barışmağımızı tələb etdi. Namidə "sən mənim ünvanıma nalayiq ifadələr işlətmisən" sözlərini dedim, məndən üzr istəməyi tələb etdim. Namid isə üzr istəməyəcəyini dedi və aramızda münaqişə yarandı. Namidə bir dəfə şillə vurdum. Sahib isə bizi aralaşdırdı. Qəfildən Namid üstümə gəldi və mən sinəmdə ağır hiss etdim. Sonra isə qanaxma olduğunu gördüm. Həmin vaxt Namidin məni bıçaqla vurduğunu anladım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Namidin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.

Ona iki il sınaq müddəti olmaqla üç il şərti cəza təyin olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 751   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bu ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanlar...

2026-cı ilin avqust ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 883 084 nəfər olub. Onların 477 042 nəfərini aylıq sosial müavinət, 406 042 nəfərini isə təqaüd alanlar təşkil edib

27 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr