Cavanşir Feyziyevin böyük qorxusu: London məhkəməsinin qərarı haqda yazılanlar niyə pozulur?
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək sabiq deputatlardan biri də Cananşir Feyziyevdir.
AFN.az xəbər verir ki, bu dəfə də 115 saylı Şəki kənd ikinci seçki dairəsindən namizədliyini verən C.Feyziyevin sosial mediadakı kampaniyasında maraqlı hallar yaşanır. Daha doğrusu, onun feyzbuk hesabında paylaşdığı təbliğat materiallarının altında seçiciləri maraqlı rəylər yazır, həssas məsələlərə toxunurlar. Maraqlıdır ki, deputatın statusuna yüzlərlə rəy yazılır. Etiraf etməliyik ki, bu rəylərin əksəriyyəti ona dəstək ifadə edir. Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, C.Feyziyev daha çox bir deputat kimi yox, məhz xeyriyyəçi kimi təriflənir. Rəy yazanlar onun kasıb, imkansız ailələrə maddi dəstək olduğunu, tələbələrin təhsil haqlarını ödədiyini, kasıblara ərzaq yardımları etdiyini və s. yazırlar. Bir sözlə, bütün təqdirlər C.Feyziyevin məhz xeyriyyəçilik fəaliyyətinə görə səslənir. Onun deputatlıq fəaliyyəti dövründə vətəndaşların, seçicilərin rifahının yüksəldilməsi istiqamətində etdiyi hansısa təklifdən, ölkənin ictimai-siyasi həyatında gördüyü hansısa əhəmiyyətli bir işdən danışan yoxdur. Bu isə onu deməyə əsas verir ki, C.Feyziyev insanların səsini pulla alır. Bəs bu qədər pul bir deputatda haradandır? Bu barədə geniş yazmağa ehtiyac yoxdur, hər kəs C.Feyziyevin çoxşaxəli biznesinin olduğunu bilir.
Sosial şəbəkələrdə diqqətimizi çəkən başqa bir məqama toxunacağıq. Bu, C.Feyziyevin yaralı yeri olan London hadisələridir. Diqqətli oxucular xatırlayarlar, ötən il London məhkəməsi deputatın ailəsinə məxsus olduğu bildirilən 63 milyon dollarlıq əmlakına həbs qoydu. Bura Cavanşir Feyziyev və onun həyat yoldaşının "qanunsuz davranışdan əldə edilən gəlirlər" hesabına satın almaqda şübhəli bilinən 22 mülk daxil idi. Həmin yazı iləBURADAN tanış ola bilərsiniz. Maraqlıdır ki, Feyziyev, yaxud onun səhifəsini idarə edən şəxs bu məsələ haqda yazılan rəyləri pozurlar. Lakin diqqətli oxucularımız həmin rəyləri skrin edərək redaksiyamıza yollayıblar. Görünür, seçicilər də deputatın nəhayət əsl üzünün görünməsini, xalqın aldanmamasını istəyirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 499 Tarix: 14 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir
"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021