Tələbələrin hesabına "yaşayan" UNİVERSİTETLƏR: Hansı güzəştlər EDİLMƏLİDİR? - AÇIQLAMA

Tələbələrin hesabına "yaşayan" UNİVERSİTETLƏR: Hansı güzəştlər EDİLMƏLİDİR? - AÇIQLAMAUniversitetlərdə təhsil haqları ildən-ilə artmaqdadır. Lakin bəzi müəssisələr ödənişləri artırsa da, verdikləri təhsilin keyfiyyəti həmin qiymətə cavab vermir. Yəni müəyyən universitetlərdə xərclər süni yolla artırılır. Belə bir məsələ var ki, tələbə ödənişi gecikdirirsə yaxud təhsil haqqını qarşılaya bilmirsə, imtahana buraxılmır. Eyni zamanda bu proses uzunmüddətli olarsa, tələbə dərslərə qatıla bilmir və bu da onun təhsil həyatında ciddi problemlər yaradır

Bu baxımdan universitetlər tələbələrin sosial vəziyyətini nəzərə almalıdır. Bəzi universitetlər bunu edir və tələbyə əlavə vaxt verir. Lakin tələbəyə bu şansı verməyən müəssisələrin sayı az deyil. Bəzi ekspertlərin fikrincə, universitetlər tələbənin təhsil haqqı hesabına "yaşamamalı"dır. Yəni universitetlər müəyyən mənada özünü tələbələrin təhsil haqları xaricində, özünü maliyyələşdirməyi bacarmalıdır.

Amma mövzunun əsas hissəsi tələbələr ilə bağlıdır. Təhsil haqqını gecikdirən və ödəyə bilməyən tələbələrə hansı güzəştlər edilməlidir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli deyib ki, bəzi universitetlər tələbələr təhsil haqlarını tam ödəmədikləri üçün imtahanlara buraxılmır:

"Tələbələr müəyyən ərizə ilə müraciət edirlər və müddət istəyirlər. Amma bəzi universitetlər tələbələri təhsil haqqını tam ödəmədikləri üçün imtahana buraxmırlar. Bu proses var. Eyni zamanda bir sıra universitetlər tələbələrin maddi vəziyyətini nəzərə alır və bir sıra güzəştlər tətbiq edirlər. Amma düşünürəm ki, bu universitetin tam haqqıdır. Çünki universitet rəhbərliyi müəllimlərinə əməkhaqqı ödəyir. Müəllimlərin əməkhaqqının ödənilməsi və digər xərclərin qarşılanması birbaşa universitetin öhdəliyidir".

Ekspertin sözlərinə görə, tələbə təhsil haqqını ödəməlidir ki, universitetlər özünü maliyyələşdirə bilsin. Bu və ya digər səbəbdən tələbənin sosial problemi varsa, tələbə bu zaman Tələbə Kredit Fonduna müraciət edə bilər:

"Tələbə artıq bununla əlaqədar müəyyən məbləğdə kredit götürə bilər. Hamımız yaxşı bilirik ki, təhsil investisiyadır. Təhsil maliyyə tələb edir. Burada valideynləri başa düşmək olar. Ailədə bəzən maddi sıxıntılar yarana bilir. Amma bundan heç kim sığortalanmayıb. Bəzən universitetlər belə halları nəzərə alırlar. Amma düşünürəm ki, burada universitetlərin heç bir günahı yoxdur. Universitetlər özlərini maliyyələşdirən müəssisələrdir. Tələbələrın ödədiyi təhsil haqlarının yarısı müəllimlərin əməkhaqqına yönəldilir. Bu zaman universitet öz öhdəliklərini icra edə bilmədikdə məcburən bu yollara əl atır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1034   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr