Avtobuslarda gediş haqqı düzgün hesablanmır?
Sərnişinlər şəhərətrafı və qəsəbələrarası avtobuslarda gediş haqqının düzgün hesablanmamasından narazıdırlar.
Məsələn, 211 nömrəli avtobusla "Sədərək" Ticarət Mərkəzindən metronun "Koroğlu" stansiyasına qədər getmək üçün də, bir dayanacaqlıq yola görə də eyni məbləğ - 55 qəpik ödəməlisiniz.
Yaxın və uzaq məsafə arasında fərq qoyulmamasından şikayətlənən sərnişinlər əlavə ödəniş etmək istəmədiklərini qeyd edirlər.
Məsələ ilə bağlı "BakuBus"dan bildirilib ki, qiymət Tarif Şurası tərəfindən hesablandığına görə daşıyıcı şirkət buna müdaxilə edə bilməz.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir:
"Şəhərdaxili marşrutlarda məsafəyə görə diferensial ödənişlərin tətbiqi üçün xüsusi infrastruktur qurulmalı, nağdsız ödənişlərə keçid tam təmin edilməlidir. Hazırda sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülür".
Daha ətraflı Baku TV-nin materialında:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 647 Tarix: 14 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan manatının dövretmə sürəti azalıb
Bu il yanvarın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,20 bənd təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,18 bənd az, ötən il yanvarın 1-nə nisbətən isə 0,25 bənd azdır. AMB-nin statistikasına əsasən, manatı
31 yanvarQanunsuz tikililərlə bağlı kritik qərar gözlənilir - AÇIQLAMA
Azərbaycanda qanunsuz şəkildə inşa edilən yaşayış evlərinin hüquqi statusunun müəyyənləşdirilməsi hələ də gündəmdədir. Qeyri-rəsmi hesablamalara əsasən, ölkə ərazisində sənədsiz tikilmiş evlərin sayı 400-500 min civarındadır. xəbər verir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq
1 fevralFevralda neçə gün evdəyik?
Bu ilin fevral ayı 28 təqvim günündən ibarət olacaq və bu ay üçün xüsusi bayram qeyri-iş günü müəyyən edilməyib. Qaynarinfo xəbər verir ki, fevralda yalnız həftəsonları (şənbə və bazar günləri) qeyri-iş günləri sayılır. Qeyd edək ki, İslam təqviminə görə bu il Ramazan ayı Azərbaycanda 18 fevral 2026-c
2 fevral76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. AYNA-dan -a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasın
31 yanvarİşdən çıxarılan icra başçısını kim əvəz edir?
Prezident İlham Əliyevin yanvarın 30-da imzaladığı sərəncamla Süleyman Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bəs hazırda İcra Hakimiyyətinə kim rəhbərlik edir?. Məlumata görə, icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasov
31 yanvaralinin bank əmanətləri 14 %-dən çox artıb
Bu ilin yanvarın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 726,3 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,6 % az, 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə isə 3,6 % çoxdur. Bunun 50,4 %-i, yaxud 21 milyar
31 yanvar