Metropolitenin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissəsi satılıb? (AÇIQLAMA)

Metropolitenin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissəsi satılıb? (AÇIQLAMA)"Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzinin ərazisinin bir hissənin satıldığı deyilir.

Qaynarinfo-ya daxil olan məlumata görə, artıq ərazidə QSC-nin işçilərinin sağlamlığı üçün nəzərdə tutulan müalicəvi mərkəzlər sökülüb. Satılan ərazidə ümumilikdə iki 4 mərtəbəli bina və digər tikililərin söküldüyü deyilir.

Halbuki sözügedən binalarda 40 ilə yaxın işçilərin müalicəsi üçün işıq, maqnit terapiyaları, impulslu və stimullaşdırıcı elektrik cərəyanı, Naftalan və parafin müalicəsi, inhalayasiyanın bütün növləri, impulsiv masaj, müalicəvi idman, ultra səs müayinəsi və su ilə müalicə məqsədi ilə istifadə olunub.

Hazırda "Bakı Metropoliteni" QSC-nin Bilgəh Sağlamlıq Mərkəzində işçilərin müalicəsi üçün deyil, yalnız yaşayışları nəzərdə tutulur.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-dən Qaynarinfo-nun sorğusuna belə cavab verilib:
"İki 4 mərtəbəli binanın sökülməsi ilə bağlı Qaynarinfo-ya daxil olan məlumata cavab olaraq bildiririk ki, adıkeçən istirahət ərazisində iki deyil, bir dördmərtəbəli "Sanatoriya-profilaktoriya" korpusu sökülüb. 1980-ci ildən istismar olunan bina müasir tələblərə cavab vermədiyi üçün "Bakı Metropoliteni" QSC rəhbərliyi tərəfindən həmin binanın müayinəsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutuna müraciət edilib.

QSC-nin Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya" binasının instrumental-texniki müayinəsinə dair tərtib edilib, texniki hesabata əsasən adıkeçən tikili istismara tam yararsız olaraq qiymətləndirilib və binanın söküntüsü həyata keçirilib.

Ərazinin satılması məsələsinə gəlincə "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, Bilgəh Sağlamlıq Mərkəzinin yerləşdiyi ərazi də daxil olmaqla, Bakı metropoliteni obyektlərinin yerləşdiyi bütün torpaq sahələri dövlətin mülkiyyətidir və ölkə Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan Respublikası adından dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərin təsisçisi və iştirakçısı (səhmdarı, payçısı) kimi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti çıxış edir.

Bu məsələ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün rəsmiləşdirmə prosedurları həyata keçirildikdən sonra "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq, Nazirlər Kabineti "Bakı Metropoliteni" QSC-nin balansında olan daşınmaz əmlakın bir qisminin balansdan silinməsinə razılıq verilməsi barədə" 12.06.2023-cü tarixli Sərəncamı ilə cəmiyyətin balansında olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi, 2 ünvanında yerləşən dördmərtəbəli "Sanatoriya-profilaktoriya" binasının müəssisənin balansından silinməsinə razılıq verilib".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1488   Tarix: 14 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr