Rusiyada araq bahalaşır: Azərbaycan bazarına təsiri necə olacaq?
Rusiyada arağın qiyməti artacaq.
"Rosspirtprom" Açıq Səhmdar Cəmiyyəti (ASC) cari yay mövsümündə üçüncü qiymət artımının anonsunu verərək sentyabr ayı üçün artımın 9, payıza qədər isə 25% təşkil edəcəyini açıqlayıb.
Maraqlıdır, Rusiyada arağın qiymətinin artması Azərbaycan bazarına necə təsir edəcək? Qiymətlərə təsir edə biləcəkmi?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı Xalid Kərimli Rusiyada arağın qiymətinin artmasının Azərbaycan bazarına birbaşa təsir göstərəcəyini diqqətə çatdırıb:
"Çünki bizim bazarda Rusiyadan gələn idxalın payı əhəmiyyətlidir. Yəni Rusiya, Ukrayna, Belarus araqları, həmçinin Qərbi Avropadan idxal edilən spirt və araq bazarda kifayət qədər paya malik olduğu üçün qiymətlərə də təsir edəcək gücdədir.
Bir məsələni qeyd edim ki, idxal bahalaşanda təkcə idxal məhsullarının bahalaşacağını düşünmək olmaz. Bu, yerli məhsulların qiymətinə də təsir edir. Yerli məhsullarla rəqabət olduğuna görə, baxıb görəcəklər ki, bahalı satmaq mümkündü. Təbii ki, yerli sahibkarlar da qiyməti artıracaqlar.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən, spirtə aksiz rüsumu yenidən artırıldı. Bu baxımdan da ölkədə arağın qiyməti artıb və artmağa da davam edəcək.
Rusiyada baş verən proseslər də həm idxal olunan məhsulların qiymətlərinin artımına səbəb olacaq, həm də elə bizim yerli məhsulların bahalaşmasına gətirib çıxaracaq. Çünki, Azərbaycanın hansısa brendi öz qiymətini müəyyənləşdirəndə, təkcə öz istehsal xərcini fikirləşmir, fikirləşir ki, mənim məhsulum hansısa Rusiya məhsulundan, deyək ki, üç manat ucuz olsun. Rusiya məhsulunun qiyməti artanda, o da qiyməti qaldırmaq imkanına malik olur", - deyə iqtisadçı bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 658 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim
26 sentyabrÇoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA
Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrBu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy
27 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabrHava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə
26 sentyabrMetroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri
27 sentyabrVətən müharibəsinin başlamasından altı il ötür
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu
27 sentyabrPensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə
27 sentyabr