Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır
Avqustun 9-u gecə saatlarında 44 günlük Vətən müharibəsi iştirakçısı Abusət Əliyevin Samur-Abşeron kanalında batdığı bildirilib.
İddialara görə, o suda batarkən yanında iki şəxs olub və həmin şəxslər sudan çıxıblar. Abusət Əliyevin qardaşı bildirib ki, altı gündür qardaşından xəbər yoxdur:
"Maşın həqiqətən də, kanala düşmüşdü. Qardaşımla birlikdə üç nəfər idi, iki nəfər çıxarılıb. Onların necə çıxarıldığı müvafiq qurumlar tərəfindən araşdırılır. Qardaşım ortalıqda yoxdur, altı gündür səbir edirik. Fövqəladə Hallar Nazirliyinə, yerli icra hakimiyyətinə, "Azərsu"ya yaxınlaşıram, hamısı deyirlər ki, bizim nəzdimizdən çıxıb. Getmədiyimiz qurum, bölmə qalmayıb".
Babək sudan çıxan digər iki şəxsi tanımadığını qeyd edib: "O şəxsləri mən heç vaxt görməmişəm, amma iddia edirlər ki, orada yaşayırlar, Vətən müharibəsi iştirakçılarıdırlar".
"Həyat yoldaşımın bir ayağı yoxdur, qapı-qapı düşüb oğlumuzu axtarır. Deyirlər ki, bu işə baxacağıq, amma heç nə etmirlər. Bir ana kimi ürəyim ağrıyır, mənim uşağımı tapıb mənə verin" , - Abusət Əliyevin anası bildirib.
Samur-Abşeron Kanalının İstismarı İdarəsindən bildirilib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib, texnika vasitəsilə avtomobil sudan çıxarılıb. Bir sutka ərzində suyun səviyyəsi minimum həddə endirilib. Avqustun 14-də isə Abusət Əliyevin ailəsi ilə görüş keçirilib və bununla bağlı müvafiq orqanlara məlumat verilib.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR