İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb

İnternet provayderləri arasında sui-istifadə hallarına qarşı araşdırmalara başlanılıb"Son dövrlərdə kütləvi informasiya vasitələrində, bəzi internet provayderlərinin rəsmi internet səhifələrində, habelə sosial şəbəkələrdə genişzolaqlı internet xidmətləri bazarında fəaliyyət göstərən təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən internet xidmətlərinin minimum tariflərinin yüksəldilməsinə dair xəbərlər yer alır".

Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı dövlət xidmətinə çoxsaylı vətəndaş müraciəti daxil olur.

Vurğulanıb ki, internet provayderləri tərəfindən nəzərdə tutulan dəyişikliklərdən sonra sürəti 40 Mbit/san və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifli fiber-optik internet xidmətlərinin 100 Mbit/san-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənəcəyi məlum olub.

Bildirilib ki, nəticə etibarilə, müştərilər (o cümlədən istehlakçı) üçün formalaşan minimum fiber-optik internet xidməti tarifinin dəyəri kəskin yüksəlmiş olacaq:

"Bundan əlavə, daha aşağı internet sürəti (100 Mbit/san-dən aşağı) seçmək istəyən müştərilərin seçim imkanlarının məhdudlaşdırılacağı və onların alıcılıq qabiliyyəti nəzərə alınmadan yüksəksürətli internet paketlərinin yüksək qiymətə təqdim ediləcəyi müəyyən olunub.

Kütləvi informasiya vasitələrində yer alan məlumatların və Dövlət Xidmətinə daxil olan çoxsaylı vətəndaş müraciətinin ilkin təhlili nəticəsində internet xidmətlərinin yeni tariflərinin müvafiq bazarın əsas iştirakçıları olan təbii inhisar subyektləri və bir sıra özəl provayderlər tərəfindən kollektiv əsaslarla müəyyən edildiyi, eyni xidmətlərə (eyni sürət və paketlərə) görə eyni qiymətlərin təyin edildiyi və bu prosesin ölkədə fəaliyyət göstərən internet provayderləri tərəfindən əlaqəli bir şəkildə, uyğunlaşdırılmış hərəkətlər və ya kartel tipli münasibətlərlə həyata keçiriləcəyinin ilkin əlamətləri müşahidə olunur.

Məlumat üçün bildiririk ki, hazırda təsərrüfat subyektlərinin fəaliyyətinin əsasları cari ilin 1 iyul tarixindən qüvvəyə minən Rəqabət Məcəlləsi ilə tənzimlənir. Məcəllənin tələblərinə əsasən, rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olan və ya ola bilən üfüqi (kartel sövdələşmələri) və şaquli sazişlər, o cümlədən uyğunlaşdırılmış hərəkətlər qadağandır və bağlanıldığı andan əhəmiyyətsizdir. Bundan əlavə, rəqabəti məhdudlaşdırmaq məqsədilə təsərrüfat subyektlərinin təkbaşına və ya birgə hökmran mövqedən sui-istifadə hərəkətləri də məcəllə ilə qadağan olunur".

Məlumatda qeyd olunub ki, genişzolaqlı internet xidmətləri bazarının sosial, iqtisadi və strateji əhəmiyyətini nəzərə alaraq, Dövlət Xidməti tərəfindən müvafiq bazarda uyğunlaşdırılmış hərəkətlərin, üfüqi və şaquli sazişlərin, kartel tipli bazar münasibətlərinin təsbit edilməsi, aşağı və yüksək inhisar qiymətlərinin tətbiqinin müəyyənləşdirilməsi və müştərilərin seçim imkanlarını məhdudlaşdırmaqla hökmran mövqe vəziyyətindən sui-istifadə hərəkətlərinin qarşısının alınması məqsədilə müvafiq bazarda Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb:

"Məsələ ilə əlaqədar olaraq Dövlət Xidməti tərəfindən bazar iştirakçılarına sorğu məktubları ünvanlanıb, bir sıra görüşlər keçirilib və onlardan müvafiq məlumatlar istənilib. Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 633   Tarix: 15 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Vətən müharibəsinin başlamasından altı il ötür

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. xəbər verir ki, altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə ordumu

27 sentyabr
.

Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR

Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə

27 sentyabr