Soyuducudan ölü pişik tapdılar
Bursada market sahiblərinin bəslədiyi 'Kontes' adlı pişik servisə göndərilmək üçün qəssab dükanının önünə qoyulan soyuducuda ölü tapılıb.
Pişiyin boğularaq öldüyü təxmin edilir. Araşdırılma zamanı təhlükəsizlik kamerası görüntülərində Kontesi M.İ. adlı uşağın (5) soyuducuda kilidlədiyi müəyyən edilib. Bursa Respublika Prokurorluğu, M.İ.-nin yaşının az olması səbəbindən hadisə ilə bağlı "təqibə ehtiyac olmadığına" qərar verib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə avqustun 12-də mərkəzi Nilüfer rayonunda yerləşən Aqora bazarında baş verib.
Səhər saatlarında işlədiyi qəssab dükanına gələn İsmail Çalışkan təmizlik edərkən xidmətə göndərilmək üçün bayıra qoyduqları soyuducuda bir pişik olduğunu görüb. Ölən pişiyin təxminən 10 ildir dükan sahibləri tərəfindən saxlanılan "Kontes" olduğu ortaya çıxıb.
112 Təcili Zəng Mərkəzinə məlumat verən market satıcıları polisin araşdırmasından sonra Kontesi basdırıblar.
Dükançı Dilek Savran bildirib ki, Kontesi soyuducuda ölü tapdılar:
"10 ildir bizim pişiyimiz idi. Səssiz, sakit, çox şirin bir pişik idi. Bunu edənin tez bir zamanda tutulmasını istəyirəm. Çox təəssüf edirəm ki, bizim pişiyimiz boğularaq orada qalıb, çox əziyyət çəkib".
Hadisənin ardından Bursa Respublika Prokurorluğunun təlimatı ilə başladılan istintaq çərçivəsində İl Təhlükəsizlik Müdirliyi Asayiş Şöbə Müdirliyinə bağlı Ətraf Mühit, Təbiət və Heyvanları Qoruma Bürosu qrupları ətrafdakı təhlükəsizlik kameralarının görüntülərini araşdırıb.
Avqustun 10-u axşam saatlarında ailəsi ilə bazara gələn 5 yaşlı M.İ. -nin ailəsi bazarlıq edərkən marketdə oynadığı, bir müddət Kontes ilə oynamaq istədiyi və pişiyin qaçdığı, daha sonra uşağın pişiyi tutub soyuducuya qoyaraq qapağını bağladığı görülüb.
Bursa Respublika Prokurorluğu, M.İ.-nin yaşının az olması səbəbindən hadisə ilə bağlı "təqibə ehtiyac olmadığına" qərar verib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1182 Tarix: 15 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrİki ayrı rayonda ard-arda iki nəfərin meyiti tapıldı
İstanbulun iki ayrı rayonunda 24 və 40 yaşlarında iki şəxsin meyiti aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisələrdən biri Başakşehir rayonunun Güvercintepe məhəlləsində baş verib. Boş ərazidə hərəkətsiz vəziyyətdə yatan şəxsi görən vətəndaşlar 112 Təcili Çağrı Mərkəzinə məlumat veriblər
14 sentyabrUşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli
24 sentyabrAç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Gecə saatlarında fermaya daxil olan ac qurd sürüsü həyətdəki itə hücum edib. xarici mediaya istinadla xəbər verir ki, hadisə yaşayış məntəqəsinə yaxın ərazidə yerləşən fermalardan birində baş verib. Gecə yarısı ac qaldıqları ehtimal edilən qurdlar ferma ərazisinə daxil olaraq həyətdəki itə yaxınlaşıblar
23 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabr