Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
AZƏRTAC xəbər verir ki, dövlət başçılarına Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı barədə məlumat verən Bakı və Azərbaycan yepiskopu Aleksiy dedi:
- Hörmətli Vladimir Vladimiroviç, hörmətli İlham Heydər oğlu, sizi Bakı şəhərinin Kafedral kilsəsində salamlamağa şadam, bu, mənim üçün böyük şərəfdir. Üstəlik, bu gün İsa Peyğəmbərin mücəssəməsi günüdür.
Bu məbəd 2003-cü ildə azərbaycanlı mesenatların səyləri və Heydər Əlirza oğlu Əliyevin bilavasitə qayğısı ilə bərpa olunub və rəsmi olaraq açılıb. Bakı şəhərində məbədlərin bir çoxu Azərbaycan hökumətinin vəsaiti ilə bərpa edilib. Ona görə də Azərbaycanın bütün pravoslavları adından İlham Heydər oğluna təşəkkür etmək istəyirəm.
Prezident Vladimir Putin: Gözəldir. Sağ olun ki, dəstəkləyirsiniz.
Prezident İlham Əliyev: Bizim pravoslav vətəndaşlarımızın özlərini evlərindəki kimi hiss etmələrinə şadıq. Bu, hamının vahid dost ailə kimi yaşaması, dövlətimiz üçün böyük dəyərdir. Həm xristian, həm müsəlman, həm də yəhudi bayramlarını birlikdə keçiririk. Odur ki, burada belə bir vəhdət var.
Bildirildi ki, Bakı yeparxiyasının mərkəzi - Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı və ya "Jen Mironosits" pravoslav kafedral kilsəsi 1909-cu ildə memar M.Verjbitskinin layihəsi əsasında rus üslubunda, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri iştirak ediblər.
Kommunist rejimi dövründə məbəddən anbar kimi istifadə olunub, bir müddət sonra isə idmançıların ixtiyarına verilib.
Məbədin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilib və burada təmir-bərpa işləri aparılıb.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy Azərbaycana səfəri zamanı 2001-ci il mayın 27-də bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.
Azərbaycan və Rusiya prezidentləri kilsəyə xatirə hədiyyələri təqdim etdilər.
19 avqust, 17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.
Bu barədə AZƏRTAC xəbər verir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?