"Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik"- Mikayıl Müşfiqin qohumu kömək istəyir

"Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik"- Mikayıl Müşfiqin qohumu kömək istəyir"Müşfiq həbs ediləndən sonra sovet cəlladları onun bacısı Böyükxanımın evinə gəlib, həbs etmək istəyiblər. Lakin, o təslim olmayıb. O vaxt Böyükxanımın 30 yaşı var idi və bibisi oğlu Zeynalabidin ilə evil idi. Zeynalabidin işdə olarkən qara maşın Böyükxanımı həbs etməyə gəlir. Evdə axtarış aparırlar. Şəkilləri, kitabları götürürlər. Böyükxanım paltar dəyişmək bəhanəsi ilə yan otağa keçib, 3 litr benzini üstünə tökür. Həyətə çıxıb özünü odlayır. Qonşular alovu söndürməyə çalışsalar da, artıq iş-işdən keçir. Böyükxanım son nəfəsdə "Müşfiqə canım fəda olsun" deyir. Ailədən heç kəs yanında olmayıb. Çünki, həmin müddətdə Müşfiqin bütün yaxınları həbs olunurdu."
Bunu Moderator.az-a açıqlamasında sevgi şairi Mikayıl Müşfiqin əmisi nəvəsi, şair Yunus Dağlının qızı Reyhanə İsmayılzadə deyib. O daha sonra hələ də qanuni varis ola bilmədiyini bildirib.

"Qanuni olaraq bizə hər hansı bir sənəd verilməyib. Lakin atam şair-qəzəlxan Yunus (Dağlı) İsmayılzadə Mikayıl Müşfiqin əmisioğludur. Hətta M.Müşfiqin sümüklərinin tapılması ilə bağlı məsələ ortaya çıxdıqda Müşfiqin həyatda olan ən yaşlı kişi qohumu olduğu üçün qardaşım şair Vahab İsmayılzadədən DNT testi üçün nümunələr götürdülər. Biz çox istərdik ki, bizə bununla bağlı hər hansı qanuni sənəd verilsin. Çünki, bəzi hallarda bu sənədin olması zəruri haldır. Bizim Xızıda və Bakıda ata-babalarımıza məxsus bir çox mülklərimiz və torpaqlarımız olub. Biz bununla bağlı və varisliyimizi qanuniləşdirməklə bağlı bir çox müraciətlər etmişik, lakin mənfi cavab almışıq. Hal-hazırda məhkəməyə müraciət edib, varisliyimizi qanuniləşdirmək son çıxış yolumuzdur. Çünki, biz bu prosesi etməsək Müşfiqin adından çıxış edənlərin, Müşfiq haqqında dünyaya və xalqımıza doğru məlumatlar verməyənlərin, onun əsərlərini təhrif edənlərin sayı artacaq. Bizim çətinliyimiz hal-hazırda, əsasən məişət problemləridir. Lakin, əsas çətinliyimiz ailə olaraq Mikayıl Müşfiqin Bakıda onun yaşayıb-yaratdığı evin yerində ev-muzeyinin açılması ilə bağlıdır. Bununla bağlı da bir neçə müraciət etdik, lakin nəticəsiz qaldı. Müşfiqin Bakıda ev-muzeyinin açılması onun varisləri olaraq ən böyük arzumuz və əsas məqsədimizdir. Həmçinin, çox istərdik ki, dahi şairimiz Mikayıl Müşfiqin ailə üzvləri, ən yaxın qohumları kimi ölkə başçımız, cənab Ali Baş Komandan İlham Əliyev və vitse-prezidentimiz Mehriban xanım Əliyeva ilə görüşək. Çünki, inanıram ki, möhtərəm Prezidentimiz dahi şairimizin varislərini və Azərbaycan tarixinə və ədəbiyyatına töhfələr vermiş İsmayılzadələr nəslinin nümayəndələrini diqqətdən kənar qoymayacaq" deyə bildirib.

Reyhanə İsmayılzadə bildirib ki, qanuni varis kimi tanınmamaları Müşfiqin yaradıcılığına da kölgə salıb.
"İlk növbədə Müşfiq adından istifadə edənlər olduğu üçün varisliyimizi qanuniləşdirdiyimiz halda düşünürəm ki, bu problemi həll etmiş olacağıq. Həmçinin, ən böyük problem onun əsərlərini təhrif edənlərin, onun sözlərinə yazılmış mahnıların icazəsiz oxunmasıdır. Əlavə olaraq, Müşfiqə məxsus olmayan, qələminə və janrına uyğun olmayan əsərləri onun adına çıxarırlar. Qanuni sənədimiz olduğu halda düşünürəm ki, bunların hamısının qarşısını almaq olacaq" deyə şairin qohumu bildirib.
"Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik"- Mikayıl Müşfiqin qohumu kömək istəyir"Qanuni varis ola bilmədiyimiz üçün Xızı və Bakıdakı mülklərimizi ala bilmirik"- Mikayıl Müşfiqin qohumu kömək istəyir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1546   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr