Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə "məşhur" edən FAKT/VİDEO

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə "məşhur" edən FAKT/VİDEOMilli Məclisə seçkilərin keçirilməsinə 14 gün qalır.

Adları qalmaqallardan əsirgənməyən, milyonluq villaları və biznes fəaliyyətləri ilə yerli medianın manşetlərini dağıdan bəzi deputatlar, nə hikmətdirsə, kreslo sevdasından indi də əl çəkmirlər. Belə şəxslər üçün ömrünün axır çağlarında 5 il öz kreslosuna yayxanıb Milli Məclisə gəlib getmək, əlbəttə ki, xalqının dərdini-sərini parlamentdə səsləndirməkdən daha üstündür.
Yenicag.az xəbər verir ki, bu şəxslərdən biri də adı biznes imperiyalarının zənginliyi ilə sadalanan Məşhur Məmmədovdur. 74 saylı Masallı seçki dairəsindən VII çağırış Milli Məclisə düşmək istəyən Məşhur bəyi ölkədə "məşhur" edən əsas fakt isə sözsüz ki, "Embawood"un sahibi olmasıdır

Vaxtaşırı medianın gündəmə gətirdiyi "Embawood Məşhur" öz şirkətini 1996-cı ildə qurub. Bu gün şirkət öz sərhədlərini bir xeyli genişləndirib. Şirkətin kağız üzərində rəhbəri isə hazırda Elşad Abbasovdur. Çünki Məşhur müəllim deputatlıq macəralarına görə de-yure öz qurduğu şirkətin rəhbərliyindən "istefa verib".

Xülasə, keçək cənab Məmmədovun biznesinin onurğa sütunu sayılan "Embawood"a. Şirkət 1996-cı ildə Masallıda mebel istehsalını qurub, 2000-ci ildə Xırdalanda ikinci fabrikini açıb, 2005-ci ildə regionlarda böyük anbarlarını yaradıb, 2014-ci ildə isə Qazaxıstanda mebel fabriki açıb.

Bu gün "Embawood" şirkəti Gürcüstan, Qazaxıstan, Ukrayna kimi ölkələr də daxil olmaqla, 6 fabrik, tərkibində 200-dən çox mağazası olan qlobal pərakəndə satış şəbəkəsi yaradıb. Qazaxıstanda 26, Gürcüstanda 21 mağaza və Ukraynada 20-dən çox mağaza, dünyanın digər ölkələrində isə satış nöqtələri var. Şirkətin Azərbaycanda toplam sahəsi 85 000 kv. metrdən çox olan 141 mağazası fəaliyyət göstərir.

Belə olan halda, bu boyda şəbəkənin həqiqi sahibinin Elşad Abbasov olmasına inanmaq mümkün deyil. Heç kimə sirr deyil ki, bu miqyasda şirkətlərin arxasından, adətən, nazir, komitə sədri, deputat çıxır. Bu şirkətin ərsəyə gəlməsində sabiq nazir Fərhad Əliyevin də "xeyir-duası" olub. Ancaq şirkətin əsl "patron"u deputat Məşhur Məmmədovdur. Təkcə bir faktı qeyd edək ki, cənab deputat özünə Nyu-Yorkda neçə milyonluq villa alması xəbəri mediada rezonans doğurmuşdu. Deputatın ilk kapitalı isə çirkli yolla İrandan gəlib.

Hazırda "Embawood" şirkətinə Almaniya və İtaliyadan avadanlıqların, Türkiyə, Rusiya, Avstriya, İtaliya, İspaniya, Çin, Belarus kimi ölkələrdən idxal olunan xammalın dəyəri 100 milyonu keçib. Görəsən, cənab Məmmədov bu milyonları haradan tapıb?

Xatırladaq ki, biznesmen deputatın adı bir zamanlar biznesinə şərik olan qohumları ilə arasında ədavətin yaşanması xəbərləri ilə eyni sırada çəkilmişdi.

Bununla bağlı mediada gedən informasiyanı oxucularımıza təqdim edirik:

"İş adamı, deputat Məşhur Məmmədov şəriki ilə Bank olmayan kredit kredit təşkilatı – "BOKT Embafinans"dakı payının bir hissəsini satıb. Belə ki, "Embafinans" QSC-in səhmdarları Elşad Abbasov (60% idi) və Milli Məclisin VII çağırış deputatı Məşhur Məmmədov (40%) paylarının bir hissəsini yeni investora satıblar. Məlumata görə, Tamara Polyakova BOKT-un səhmlərinin 14%-nə yiyələnib. Bu əməliyyatdan sonra Elşad Abbasovun payı 51%-ə, Məşhur Məmmədovunku isə 35%-ə düşüb".

Medianın diqqətindən yayınmayan daha bir mühüm nüans isə Məşhur Məmmədovun oğlu ilə qızının ölkə xaricinə üz tutmasıdır. Bildirilir ki, biznesmen-deputatın Məmməd və qızı Mədinə Şahbazova artıq bir müddətdir ki, ABŞ-yə köçüb. Babalarının adını soyad götürən deputatın övladlarının Nyu-Yorkda məskunlaşdıqları deyilir. Qeyd olunur ki, deputatın oğlu ABŞ-də təsis etdiyi "Masalli Enterprise LLC" şirkəti Nyu-Cersi ştatının Gəlirlər İdarəsi tərəfindən qeydə alınaraq rəsmi fəaliyyətə başlayıb.

Uzun sözün qısası, bu gün seçicilərin ətəyindən yapışan Məşhur müəllimi Masallı camaatı da, elə biz də yaxşı tanıyırıq. Görünən kəndə nə bələdçi?
Görək, Məşhur müəllimin builki seçkilərdə verdiyi inanılmaz vədlər nə olacaq? Ümumiyyətlə, mandatını "kupçalayan" cənab Məmmədov qarşıdakı 5 ildə hansı "sürprizlər"ə bizi qonaq edəcək?
Yaşayıb görərik…

Mövzunu davam etdirəcəyik…yenicag.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1310   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr