Türkiyədən sonra Azərbaycanda iş saatı AZALDILA BİLƏRMİ? - AÇIQLAMA

Türkiyədən sonra Azərbaycanda iş saatı AZALDILA BİLƏRMİ? - AÇIQLAMAXəbər verdiyimiz kimi, Türkiyə Əmək Qanununda maaşlardan iş saatlarına, ümumi tətil ödənişlərindən çevik işə, həftəlik məzuniyyətdən illik məzuniyyətə qədər bir çox mövzuda yeni tənzimləmələr gündəmdədir. Tənzimləmə çərçivəsində iş saatları 40 saata qədər azaldılacaq. Əmək və Sosial Müdafiə Naziri Vedat Işıkhan da Dövlət Sektoru Əmanət və Səmərəlilik Paketinə daxil olan çevik iş modeli üzərində işlərin iyun ayında başlayacağını bildirib. Bildirilir ki, 45 saatlıq iş saatı 40 saata, bəzi peşə qruplarında 48 saatlıq iş saatı isə 40 saata endirilə bilər.

Bəs sözügedən təklif Azərbaycanda da tətbiq edilə bilər? Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, qeyd olunan məsələ ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə keçirilən İnvestisiya Mühitinin Yaxşılaşdırılması Koordinasiya Şurasında da (YOİKK) müzakirə edilib:

"Məsələnin Beynəlxalq Əmək Təşkilatının (BƏT) iclasında da gündəmə gətirilməsi gözlənilir. Təklif olunur ki, 45 və bəzi peşə qruplarında olan 48 saatlıq iş saatı 40 saata endirilə bilər. Müxalifət isə ötən il Türkiyə Böyük Millət Məclisinə iş vaxtının həftədə 37,5 saata endirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Azərbaycanda iş saatı əksər iş yerlərində 40 saatdır. Lakin bizdə də 45 və 48 saatlıq iş saatı ilə işləyən insanlar var. Əlbəttə, iş saatının edirilməsi təqdirəlayiq hal olar. Bu, insan amilinə verilən dəyər deməkdir".

Sosioloqun sözlərinə görə, işçini 45 və ya 48 saat çərçivəsində işlədən qurumlar öz işini elə qura bilər ki, işçi görəcəyi işi 40 və yaxud ondan aşağı saatda da həyata keçirə bilər:

" Bu, həm də israfçılığın qarşısını alan amildir. Məsələn, ən başlıcası elektrik enerjisinin və digər sərfiyyatların. Eyni zamanda insanların istirahət vaxtının artması deməkdir ki, insan nə qədər çox istirahət edərsə, o qədər keyfiyyətli iş görə bilər. Azərbaycanda düşünürəm ki, ilk təcrübə kimi aşağı əmək haqqı verilən idarə, müəssisə və təşkilatlarda bu məsələ tətbiq olunmalıdır. Çünki bununla aşağı əmək haqqı ilə işləyən işçilərin hüquqları da müdafiə edilmiş olar. Daha sonra isə digər qurumlara da tətbiq olunması əlbəttə ki, hər kəsin təqdir edəcəyi hal olar. Xüsusilə də qadınların. Çünki qadınların iş saatının azaldılması Milli Məclisdə də bir neçə ay əvvəl müzakirə edilib".

Qeyd edək ki, iclasda iş üslublarından irəli gələn ehtiyacların müəyyən edilməsi üçün texniki işlər müzakirə edildi. Uzaqdan, part-time və müvəqqəti iş kimi yeni nəsil çevik iş modelləri ilə bağlı qanunvericilik dəyişikliyi ehtiyaclarının iş dünyasının tələbləri, iş-özəl həyat balansı nəzərə alınmaqla müəyyən edilməsi qərara alınıb.

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr