Vatsapda müdirinin şəklinin üstünə təhqir yazıb paylaşdı - Cəzalandırıldı

Vatsapda müdirinin şəklinin üstünə təhqir yazıb paylaşdı - CəzalandırıldıDövlət qurumlarından birinin Lənkəran rayonunda yerləşən regional mərkəzinin rəhbəri öz işçisindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.

"Qafqazinfo" xəbər verir ki, məmur şikayətində rəhbərlik etdiyi qurumun əməkdaşı Asif Ramazanovun (ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələrinə əsasən cəzalandırılmasını tələb edib.

Vəzifəli şəxs öz işçisinin onun barəsində vatsapda təhqiramiz ifadələr işlətdiyini, fotosunu ədəbsiz formada montaj edərək "… müəllim anqırır", "kiss my … … müəllim" kimi ifadələr yazdığını bildirib.

Şikayətçi bildirib ki, Asiflə münasibətləri 2023-cü ilin dekabr ayınadək normal olub: "Asif əvvəllər baş mühəndis işləyib, sonradan hansısa problemi olduğu üçün aşağı vəzifəyə keçirilib. Daha sonra gecə saat 23:30-da qurumun Bakıdakı rəhbər şəxsinin telefonuna vatsapla səs atdığı üçün ona iradımı bildirdim. Belə ki, xidmət rəisi mənimlə əlaqə saxlayaraq həmin hadisəyə görə mənə iradını bildirdi, mən də öz növbəmdə Asifi çağıraraq ona irad tutdum. Bundan sonra Asifi vatsapda blokladım. Bu səbəbdən mənim barəmdə etdiyi əvvəlki paylaşımları görməmişəm. Amma əvvəllər də telefonu vasitəsilə bu tip paylaşımlar edib. Sonra G.Kərimova adlı işçi mənə dedi ki, "utanırıq, Asifin qarşısını alın, o, barənizdə pis şeylər, görüntülər paylaşır". Cavabımda bunlardan məlumatsız olduğumu bildirdim".

Mərkəz rəhbəri qeyd edib ki, məsələ ciddiləşəndən sonra Asifin atası idarəyə gələrək üzrxahlıq etmək istəyib: "Lakin mən onu qəbul etmədim, düşündüm ki, oğulun etdiyi hərəkətə görə atası üzr istəməməlidir. Bundan sonra bir neçə dəfə xəbər göndərdi ki, onu bağışlayım".

Araşdırmalar zamanı məlum olub ki, həmin paylaşımlardan sonra Asif Ramazanov işdən çıxarılıb. O, ifadəsində müdirinin fotolarını paylaşdığını etiraf edib, lakin şəkillərin üstündəki yazıların özü tərəfindən yazılmadığını, onu cəzalandırmaq üçün təşkil edildiyini deyib.

Lənkəran Rayon Məhkəməsi Asif Ramazanovun təhqir maddəsi üzrə cəzalandırılmasına hökm edib və ona 1000 manat cərimə kəsilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 659   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr