Poliklinikalarda "HƏRC-MƏRCLİK" - 18 yaşa qədər pulsuz verilən arayışı niyə 40 manata satırlar?
Yeni tədris ilinin başlamasına bir aydan az vaxt qalıb. Hər il olduğu kimi bu il də birinci sinfə və məktəbəhazırlıq qruplarına şagird qəbulu davam edir. Valideynlərdən tələb olunan sənədlər arasında uşağın sağlamlığı haqqında tibbi arayış da (forma 26U) yer alır.
Bunun üçün valideynlər azyaşlının qeydiyyatda olduğu poliklinikalara müraciət etməli və lazımi müayinələrdən keçərək arayış əldə etməlidirlər.
Uşaqlara tibbi arayış pulsuz verilsə də, bəzi valideynlər bizə müraciət edərək onlardan arayış üçün 40 manat tələb edildiyini yazırlar. Valideynlər iddia edirlər ki, Suraxanı rayonu 24 saylı şəhər poliklinikası hər arayışa görə valideynlərdən 40 manat alır.
Məsələ ilə bağlı sözügedən tibb müəssisəsi ilə əlaqə saxladıq. 24 saylı şəhər poliklinikasından məlumatı təkzib edib, arayışın tamamilə pulsuz verildiyini bildirdilər:
"Bizdə işə girmək üçün verilən sağlamlıq haqqında arayış 40 manatdır. Uşaqlar üçün pulsuzdur. Bu qədər valideyn gəlir, hamı da pulsuz keçir. Uşaqlar qan, sidik analizi verirlər, UZİ -dən keçirlər, nevropotoloq, cərrah qəbulunda olurlar. Əgər hansısa həkim məzuniyyətdədirsə, valideyn başqa poliklinikaya yönləndirilir".
Xatırladaq ki, qanunvericiliyə görə 18 yaşa qədər uşaqların bütün növ arayışları, həmçinin, hərbi xidmətə çağırılanların müayinəsi pulsuz, icbari tibbi sığorta təminatındadır. Sürücülük vəsiqəsi almaq və işə qəbul zamanı tələb olunan tibbi arayış isə ödənişli, yəni 40,12 AZN təşkil edir.(Bizim.media)
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 946 Tarix: 20 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrQanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini
26 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrAzərbaycanda Anım Günü qeyd olunur
Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan
27 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrAzərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil
27 sentyabr