"Greenville Residence" alıcılarına "DİVAN" tutur -ŞİKAYƏT

"Greenville Residence" alıcılarına "DİVAN" tutur -ŞİKAYƏTARAL GROUP layihəsi olan "Greenville Residence" yaşayış kompleksi təmir adı ilə müştərilərini aldadır.

"Greenville Residence"in Binəqədi rayonu Həmdəm Ağayev küçəsində yerləşən kompleksdə çəkilən görüntülərdən mənzillərin necə keyfiyyətsiz tikildiyi, bir müddətdən sonra yararsız hala düşdüyü məlum olur. Mənzil sahiblərindən biri olan Elvin Rzayev sosial şəbəkələrdə ARAL GROUP-un bərbad təmirindən gileylənib. O, "Greenville Residence" yaşayış kompleksində ev sahibi olmaq istəyənlərə səslənərək, aldadılmamaları üçün ayıq-sayıq olmağı məsləhət görüb.

"Keyfiyyətsiz təmirə 45 min manat ödəyib"

Şikayətçinin iddiasına görə şirkət keyfiyyətsiz tikinti materiallarından istifadə etməklə daşınmaz əmlakını istismara yararsız hala gətirib. Özünə isə külli miqdarda ziyan vurub. Belə ki, sözügedən mənzilin tikintisi zamanı kafel-metlaxın ara məsafəsi boş saxlanılıb, izolizasiyası olunmayıb. Bu da mənzildə su sızmasına, rütubətə səbəb olub. Nəticədə divarda nəmişlik yaranıb, divar kağızları sıradan çıxıb. Bundan əlavə döşəmənin təmiri zamanı ucuz parket və kafellərdən, eləcə də keyfiyyətsiz divar üzlüklərindən istifadə olunub ki, bu da otaqlarda nəmişlik və rütibət yaradıb. Otaqların divarlarının əyriliyindən isə danışmağa dəyməz. Elvin Rzayev təmir qarşılığında şirkətə 45 min manat ödəyini, keyfiyyətsiz təmirə görə pulunu geri ala bilmədiyini qeyd edib. Şikayətçiniin sosial şəbəkələrdəki etirazını əks etdirən görüntülərdən sonra isə şirkət ona mənzilinin yenidən təmir olunacağı vədini versə də, 2 aya yaxındır ki, məsələ həll olunmamış qalır.

Məlumatlara görə binadakı mənzillərin hamısında eyni mənzərə canlanır.

Narazı sakinlərə söz verildi

Məsələ ilə bağlı ARAL GROUP-la əlaqə yaratdıq. Şirkətdən bildirildi ki, təmirdən narazı sakinlərlə görüşülüb və problemlərinin yoluna qoyulacağı bildirilib:

"Sakinlər çağırıldı və müdiriyyətlə görüşdülər. O məsələ şirkət daxilində həll olundu. Orada olan problemlər düzəlməyəcək şeylər deyil. Təmirdə olan əyir-əskiklər şirkət hesabına yenidən bərpa olunacaq", -deyə şirkətdən qeyd olunub.

Qeyri-rəsmi yığılan 800 manat...

Məlumat üçün bildirək ki, ARAL GROUP layihəsi olan "Greenville Residence" yaşayış kompleksinin müştəriləri aldatması ilə bağlı mətbuatda tənqidi materiallar dərc olunub. İddialardan biri odur ki, "Greenville Residence"də mənzil alan şəxslərin evinin təmiri üçün tədarük etdiyi materialların nə daxili liftlə, nə də pilləkənlərlə daşınmasına icazə verilir. Məzilini təmir etdirmək istəyən şəxslər mütləq "Greenville Residence" ofisinə 800 AZN ödədikdən sonra mənzil sahibinə binanın çöl hissəsindəki quraşdırılmış qaldırıcılar vasitəsi ilə mterialların qaldırılmasına, eləcə də evin təmirinə başlamasına icazə verilir. Tək binada bir blok üzrə 50 mənzil hesabı ilə götürsək, hər mənzilə görə 800 manat ödəniş etdikdə bu, bir mənzilin nəğd alışı deməkdir (Söhbət 40.000 manat məbləğdən gedir). Bu yığılan vəsaitin isə hara xərclənməsi şübhəsiz ki rəsmi sənədlərdə qeyd edilmir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1129   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr