Sosial Tədqiqatlar Mərkəzi deputat "istehsal edir"? -İLGİNC

Sosial Tədqiqatlar Mərkəzi deputat "istehsal edir"? -İLGİNCÖz işçilərini ətrafına yığıb seçki kampaniyası aparan Zahid Oruc qanunlarını ayaqlar altına atır

Ölkəmizdə aparılan struktur islahatlar dalğasında böyük hay-küylə yaradılan qurumlardan biri sonradan iki yerə ayrıldı, birinə də Fəzail Ağamalıdan üz döndərən Zahid Oruc rəhbər təyin edildi. Sosial Tədqiqatlar Mərkəzi (STM) adlanan həmin qurum Zahid Orucun rəhbərliyi ilə son illərdə dorğudanmı, yoxsa sadəcə imitasiyadanmı fəaliyyət göstərdiyini müşahidə edirik. Ən azından dövlət qurumu olan STM-nin əməkdaşları media orqanlarında özfəaliyyətin bütün formalarında boy göstərirlər. Ən gülməlisi də odur ki, iqtidara yaxın media orqanının studiyasında STM-nin əməkdaşından biri aparıcı, digər də qonaq olur.

Ancaq STM-də ciddi dəyişikliyin baş verəcəyini söyləmək olar. Ona görə ki, Zahid Oruc deputat olmaq üçün namizədliyini verib. Amma onun müavini, Göygölün kemiş deputatı Elşad Mirbəşiroğlu YAP-dan namizəd kimi irəli sürülməyib. Ehtimal olunur ki, Zahid Orucun Milli Məclisə qayıtması mümkün olsa, Elşad Mirbəşiroğlu STM-in İdarə Heyətinin sədri olacaq. Qayıtsa, nə olacağını ehtimal etmək çətindir...

Bizi maraqlandıran isə Sosial Tədqiqatlar Mərkəzinin "siyasi partiya" kimi seçkiyə qatılması ilə bağlı məsələdir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin digər bir əməkdaşı Əziz Əlibəyli (Əliyev) də 104 saylı Gədəbəy seçki dairəsindən namizədliyini irəli sürüb. Bu nədir belə? Sosial Tədqiqatlar Mərkəzi deputat "istehsal edir"? Sosial Tədqiqatlar Mərkəzinin əksər əməkdaşları (Sahib Məmmədovdan başqa) "bos"ları Zahid Oruc üçün səfərbər olublar, digərləri namizəd kimi ortaya çıxıblar?

Bu biabırçılığın adı nədir? Təsəvvür edin, ölkədə ən böyük sosial, siyasi və ictimai hadisə baş verdiyi bir dövrdə Sosial Tədqiqatlar Mərkəzi kimi dövlətin strateji qurumunun əməkdaşları sosial rəy sorğuları, tədqiqatlar aparmaq əvəzinə düşüblər Zahid Orucun dalına təşviqatla məşğul olurlar. Bu, bir növ ölkə qanunlarını ayaq altına atmaq deyilmi? Yəqin ki, Mərkəzi Seçki Komissiyası başda olmaqla, əlaqədar dövlət qurumları, xüsusən də Prezident Administraiyasının müvafiq şöbələri bu məsələyə reaksiya verəcək. Ən azından hüquqşünaslar bu qanun pozuntusunu qiymətləndirəcəklər.(aztoday.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1389   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr