Namizədin yarım milyonluq rüşvət QALMAQALI: Məşhur vəkil Hicran Hüseynova ilə bağlı nələri açıqlayıb?

Namizədin yarım milyonluq rüşvət QALMAQALI: Məşhur vəkil Hicran Hüseynova ilə bağlı nələri açıqlayıb?Milli Məclisə seçkilər ərəfəsində haqqında bəhs etdiyimiz bir çox şəxslərlə bağlı silsilə tənqidedici materiallar hazırlayıb nəticəni oxucuların ixtiyarına buraxmışıq.

Parlamentə düşmək uğrunda qızğın mübarizənin getdiyi bu zamanda təbliğat-təşviqat kampaniyası çərçivəsində yenə də seçicilərin "ətəyindən yapışan" namizədlərdən fərqli olaraq, bəziləri heç seçicinin ayağına belə getmək istəmir. Lakin gedəndə belə sanki özünü şah oğlu Şah Abbas zənn edərək, onların qarşısında təzim etməsini və bu anın "qürurla" kameraların obyektivində əks olunmasını istəyirlər.

Bir çox namizədlə bağlı sərt yazılar yazıb onların kimliyini oxucularımıza tanış etmişik.

Yenicag.az-ın qalmaqallı deputatlarla bağlı apardığı araşdırmanın bugünkü "qonağı" 14 il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş, Milli Məclisin VI çağırış deputatı Hicran Hüseynovadır. O Hicran xanım ki 2016-cı ildə adı 170 min dollar və yarım milyonluq rüşvət qalmaqalında səslənirdi.

Namizədliyini 42 saylı Sumqayıt birinci seçki dairəsindən verən Hicran Hüseynova ilə bağlı axtarış alətlərində apardığımız araşdırmalar nəticəsində onunla bağlı xoşagəlməyən nüansların ortaya çıxdığının şahidi olduq.

Belə ki, 2016-cı ildə vəkil Adəm Məmmədov adını açıqlamaq istəmədiyi müvəkkilinin Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olmuş Hicran Hüseynovaya işə düzəlmək məqsədilə 170 min dollar verdiyini iddia etmişdi.

Sözügedən Komitənin şöbə müdiri Elgün Səfərov isə pul verilməsi məsələsini təkzib edib bildirmişdi ki, məsələ hazırda araşdırılır və nəticədən sonra hər şey bəlli olacaq.

Qeyd edək ki, həmin vaxt vəkil Adəm Məmmədov yerli saytlardan birinə açıqlamasında bildirmişdi ki, müvəkkili Hicran Hüseynovanın yerlisidir, yəni hər ikisi Qubadlı rayonundandır.

Onun mediada gedən açıqlamasını olduğu kimi təqdim edirik:

"O adının hələ ki ictimaiyyətə açıqlanmasını istəmir. Rayonlarında tanınan şəxsdir. Əlimizdə Hicran Hüseynovaya, o cümlədən aparat rəhbəri Səfər İmanova qarşı ittiham irəli sürmək üçün ciddi sübutlar var. Məlumatları açıqlasaq, bu, istintaqın gedişinə maneçilik törədər. İş hazırda prokurorluqda araşdırılır".

Vəkil bildirib ki, sözügedən problem 2012-ci ildən bəri davam edir:

"Müvəkkilim dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb.

Axırıncı dəfə yanvarın 31-nə pulu qaytaracaqlarına söz veriblər. O tarixdən etibarən də Səfər İmanov ölkədən qaçıb. Əslində, müvəkkilim adi bir iş üçün Hicran Hüseynovaya müraciət edib. Amma Hicran Hüseynova özü ona icra başçsının müavini təyin etməklə bağlı təklif irəli sürüb. Baxıblar ki, adamın imkanı var, ona görə bu işi təklif ediblər. Bu məsələdən sonra isə müvəkkilim müflis vəziyyətə düşüb".

Yazıdan da göründüyü kimi, Hicran xanım komitəyə rəhbərlik etdiyi dövrlərdə adı külli miqdarda rüşvət qalmaqalında hallanmış və bu məsələdən yaxasını çəkə bilmişdi.

Bundan başqa, 2019-cu ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlamışdı ki, onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var idi.

Belə ki, Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, 2019-cu ilin sentyabrın 2-də Hicran Hüseynovanın rəhbərlik etdiyi komitə dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb.

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə "MADERIN-AA" MMC-ə (VÖEN: 7100345951) verilib. Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).
Xatırladaq ki, həmin ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629.697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair "MADERIN-AA" MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb. Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası "MADERIN-AA" MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.
"MADERIN-AA" şirkəti 2017-ci ilin noyabrın 20-də Siyəzən şəhərində təsis edilib. Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir. O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə ("Aypeks-TT" MMC, "Dalğa-LM" MMC, "Anako-Ltd" MMC, "ANTIK İNŞAAT" MMC) rəhbərlik edir.

Əlavə edək ki, qanunla xaricə çıxarılan vəsaitə nəzərdə tutulan müddətdə hər hansı mal alınaraq, ölkəyə idxal olunmadıqda, bununla bağlı sanksiya tətbiq olunur. Bununla da ölkədən külli miqdarda vəsaitin qanunsuz yolla çıxarılmasının qarşısının alınması məqsədi güdülür.

Uzun sözün qısası, Hicran xanımla bağlı aparılan araşdırmalardan da bəlli olur ki, o, deputatlıq fəaliyyətindəki səssizliyinin əksi olaraq, komitə sədrliyi dövründə milyonluq qalmaqallarla yadda qalıb.

Mövzunu davam etdirəcəyik…


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1674   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr