Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – DE-FAKTO

Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – DE-FAKTOSentyabrın 1-i yaxınlaşdıqca seçki kampaniyasında rəqabət daha da gərginləşir. Namizədlər arasında gedən bu gərgin mübarizə bəzi hallarda qanun pozuntularına belə gətirib çıxarır. Belə qanun pozuntularından biri də Cavanşir Feyziyevin adı ilə bağlıdır.

Feyziyevin "haqlı rəqabət" taktikası

Redaksiyamıza daxil olan məlumata görə, Şəki sakinlərinin sosial şəbəkə hesabları üzərindən Cavanşir Feyziyevə ünvanladıqları iradları, xahişləri və təklifləri məqsədli şəkildə silinir. Cavanşir Feyziyevin rəsmi "Facebook" səhifəsində ancaq pozitiv ruhda olan rəylər saxlanılır.
Redaksiyamıza daxil olan digər məlumata görə isə təşviqat kampaniyasında 115 saylı seçki dairəsində digər namizədlər diskriminasiyaya məruz qalır. Belə ki, Cavanşir Feyziyev öz baner və təşviqat materiallarını istədiyi ərazidə yerləşdirir. Digər namizədlərinsə təşviqat materiallarının yerləşdirilməsinə süni şəkildə əngəllər yaradılır. Üstəlik, digər namizədlərin təşviqat materialları Cavanşir Feyziyevin adamları tərəfindən gecə saatlarında sökülüb, atılır.
Səslənən qanun pozuntusu ilə bağlı Cavanşir Feyziyevin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmayıb. O, telefon zənglərinə cavab verməyib. Cavanşir Feyziyevin köməkçisinə ünvanladığımız sorğu da cavabsız qalıb.

Cavanşir Feyziyevin keçmişinə baxış

Xatırladaq ki, Cavanşir Feyziyev IV, V və VI çağırış Milli Məclisin deputatı olsa da, yaddaşlarda ancaq oliqarx, biznes imperiyasının sahibi kimi qalıb. Gündəmə də qanunvericilik təşəbbüsləri, seçicilərin təklifləri ilə yox, daha çox biznes qalmaqalları ilə gəlib.
Rəsmi məlumatlara görə, Cavanşir Feyziyev 1995-ci ildən ABŞ-ın "Philip Morris" şirkətinin Qafqaz nümayəndəliyində şöbə müdiri, 1998-ci ildən "Planet Ko Ltd" şirkətinin direktoru vəzifələrində çalışıb.

2003-2010-cu illərdə "Avromed" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru olub. Qanunvericiliyə əsasən, Milli Məclisin deputatlarının biznes fəaliyyəti ilə məşğul olması qadağan edilsə də, Cavanşir Feyziyevin biznesləri ilə bağlı mətbuatda çoxsaylı məqalələr dərc olunub.
Xüsusilə də, ötən 15 ildə Cavanşir Feyziyevin adı dərman və siqaret inhisarçılığında hallanıb.

Feyziyevlərin müsadirə olunan milyonları

Cavanşir Feyziyevin tərcümeyi-halında qeyd edilib ki, o, 2003-2010-cu illərdə "Avromed"in baş direktoru vəzifəsində işləyib.
İngiltərədə Cavanşir Feyziyevin ailəsinə məxsus 5.6 milyon funt-sterlinqin müsadirə olunması ilə bağlı yayımlanan materiallarda isə qeyd olunub ki, deputat 2013-cü ildə İngiltərəyə səfər etmək üçün viza müraciəti zamanı özünü "Avromed Company" QSC-nin baş direktoru kimi təqdim edib.

2024-cü ilin Böyük Britaniya məhkəməsi Azərbaycan Milli Məclisinin deputatı, iş adamı Cavanşir Feyziyevə məxsus Londonda 22 mülkə həbs qoyub. Feyziyev və həyat yoldaşı "qanunsuz əldə etdikləri gəlirdən" əmlak əldə etməkdə şübhəli biliniblər.
C.Feyziyevin dondurulmuş əmlaklarının siyahısında Londonun Chelsea Barracks kompleksində 2020-ci ildə 26 milyon funt sterlinqə (33,4 milyon dollar) alınmış iki iqamətgah, Regents Parkına baxan London mənzili, həmçinin C.Feyziyevin 2008-2018-ci illərdə ümumilikdə 10 milyon funt sterlinqə (13,7 milyon dollar) aldığı bildirilən 19 mənzil var.

Müğənninin adına alınan ev, ölümlə nəticələnən qəza...

Məlumat üçün bildirək ki, illər əvvəl Feyziyev "Quska" ləqəbli keçmiş deputat, həbsdə olan Hüseyn Abdullayevdən 10 milyonluq obyekt alması, müğənni Gülyazın adına rəsmiləşdirməsi ilə gündəmə gəlmişdi.
Cavanşir Feyziyevin daha əvvəl ölümlə nəticələnən qəzada adı keçmişdi. Belə ki, 2019-cu il fevralın 15-də 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı Cavanşir Feyziyevə məxsus olan "Porsche Cayenne GTS" markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq, həyatını itirmişdi. Həmin dövrdə avtomobili Cavanşir Feyziyevin idarə etdiyi ilə bağlı məlumatlar yayılsa da, o bu iddiaları təkzib etmişdi.

Feyziyevlərin digər biznesləri

Cavanşir Feyziyev 2002-ci ildən "Tour İnvest" şirkətinin təsisçisidir. Bu şirkətin Şəkidə yerləşən dördulduz "Şəki Saray Hotel"in direktoru Rüstəm Bəşir oğlu Cavanşirdir.

Məlumata görə, o, Cavanşir Feyziyevin əmisioğludur. Rüstəm Bakıdakı "Novo Trade" Qapalı Səhmdar Cəmiyyətinin, Şəkidəki "Asel Aqro Park" şirkətinin də direktorudur. Bu aqropark 2020-ci ildə yaradılıb. Şəki şəhərində, Olimpiya Kompleksinin arxasında ucsuz-bucaqsz qoz bağları salıb.

Yerli mətbuatın yazdığına görə, Cavanşir Feyziyevin digər əmisi oğlu Elman Cavanşir Sumqayıtda 2018-ci ildə istifadəyə verilən, sərmayəsi 78 milyon manat olan "Tabaterra" şirkətinin siqaret zavodunun direktorudur.
Elman Cavanşir 2021-ci ildə "Azərtütün" Açıq Səhmdar Cəmiyyəti özəlləşdirməyə çıxarıldığı zaman "Tabaterra Leaf" Qapalı Səhmdar Cəmiyyəti təsis edir. Nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşir, Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – "Xovlu İpək Fabriki"nin ərazisində qeydiyyatdan keçən şirkət Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən "Azərtütün" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 85 faizini alıb.

Xatırladaq ki, Elman Cavanşirin də adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalında hallandırılmışdı. "The Evening Standard" qəzeti yazmışdı ki, Feyziyev ailəsinin Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan üzvlərindən biri də Elman Cavanşirdir. Onun bank hesabında 1 milyon funt sterlinqdən çox vəsait aşkar edilmişdi.

Milyonları müsadirə edilən deputatın aqressiv reaksiyası

Qeyd edək ki, bir neçə il əvvəl Milli Məclisin deputatının ailəsinə məxsus pulların müsadirə edilməsi barədə London məhkəməsinin qərarı Azərbaycanda kəskin tənqidlərlə qarşılandı. Yerli mediada deputatın tənqidinə yönəlmiş çoxsaylı reportajlar yayıldı, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.

Bundan sonra Cavanşir Feyziyev "Facebook" səhifəsində Azərbaycanın bir sıra jurnalistlərini kəskin şəkildə tənqid etmişdi. Daha sonra isə Feyziyev etiraz əlaməti olaraq 2013-cü ildən üzvü olduğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa vermişdi.
Bir sözlə, Cavanşir Feyziyev haqqında faktlar yaxşı heç nə demir. Bəs, şəkili seçicilər Cavanşir Feyziyev barədə nə düşünür?
Bunu sentyabrın 1-də biləcəyik.(Bizim.media)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 905   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

May ayında 14 gün İŞ OLMAYACAQ

Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə bağlı qeyri-iş günlərinin vaxtı müəyyən edilib. xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə düşür. Bununla yanaşı, may 28-də ölkədə Müstəqillik Günü də qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının qərarın

31 mart
.

Onlar da müəllim işləyə biləcək - Siyahı

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb

1 aprel
.

"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal (VİDEO)

Paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, ərazidə bina inşa edən şirkət vətəndaşların hasarını uçurub və nəticədə qəzalı vəziyyət yaranıb. Şikayətçi Şahin Hüseynov qeyd edib ki, tikinti aparan şirkət qanunsuz fəaliyyə

1 aprel
.

Abşeronda bir məktəbdə TƏDRİS DAYANDIRILDI

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbua

1 aprel
.

AzTV-nin aparıcısına vəzifə verildi

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub. Qaynarinfo xəbər verir ki, sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AZTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib. Qeyd edək ki, Təran

1 aprel
.

Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ

Taksi xidmətlərindən istifadə edənlər tez-tez eyni problemlə üzləşdiklərini bildirirlər. Mobil tətbiq vasitəsilə göndərilən ünvan ya dəqiq olmur, ya da sistem istifadəçini tamamilə fərqli nöqtəyə yönləndirir. Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. "Konum" söhbət

30 mart
.

"Nişan pozulması uğursuzluq deyil, uyğunsuzluğu vaxtında fərqinə varmaqdır" - PSİXOLOQ

"Müasir dünyamızda təəssüf ki, bu mövzu hələ də sosial-psixoloji problemli məsələ kimi davam edir. Azərbaycanda nişanlılıq iki insan arasındakı münasibət deyil, sanki "ictimai müqavilə" kimi qəbul olunur. Nişan pozulduqda, oğlan tərəf heç narahat olmadığı təqdirdə belə, sanki "uğursuz

1 aprel
.

"TikTok"da bilet tələsi: konsert istəyən vətəndaşı belə aldatdılar - ŞİKAYƏT

Sosial şəbəkələrdə konsert bileti almaq istəyən vətəndaş dələduzluğun qurbanı olub. Bu barədə -a şikayət daxil olub. Belə ki, zərərçəkənin sözlərinə görə, o, Gökhan Türkmen konsertinə bilet axtararkən "TikTok" platformasında bir istifadəçi ilə əlaqə saxlayıb. Həmin şəxs işi çıxdığı üçün konsert

1 aprel
.

Cabir İmanovun məzar daşı niyə hələ də qoyulmayıb? - VİDEO

Ötən ilin sentyabr ayında vəfat edən əməkdar artist Cabir İmanovun məzar daşının hələ də qoyulmadığı müşahidə olunub. xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər bu məsələ ilə bağlı izləyicilər arasında müzakirələr yaradıb. Qeyd olunur ki, C. İmanov 1992-2001-ci illərdə "Parni iz Baku"

31 mart