"Nurlu Karqo"nun Nursuz Oyunları -ETİRAZÇI MÜŞTƏRİYƏ GÖRÜN NƏ ETDİ?/VİDEO

"Nurlu Karqo"nun Nursuz Oyunları -ETİRAZÇI MÜŞTƏRİYƏ GÖRÜN NƏ ETDİ?/VİDEOBu dəfəki müştəri şikayəti, sözün həqiqi mənasında, şokedici oldu. Belə ki, "Nurlu Karqo" bütün "qırmızı xətləri" keçərək, vətəndaşı, belə desək, axmaq yerinə qoyub! Vətəndaş etiraz etdikdə isə onu inanılmaz bir şeylə hədələyib.

Bu iddialar "Nurlu Karqo" ilə bağlı redaksiyamıza [email protected] elektron ünvandan daxil olmuş müraciətdə yer alır. Biz Yenixeber.org olaraq bu və digər iddialarla bağlı qarşı tərəfi də dinləmək istədik. Əvvəl mövqe bildirəcəklərini desələr də, olmadı...

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:

Adəti üzrə karqodan edilən şikayətlər belədir ki, 1 müştərinin yalnız 1 şikayəti olur, lakin necə olubsa, sözügedən karqo, 1 müştərinin başına 3 dəfə oyun gətirib! Özü də, cəmi 4 ay kimi qısa müddətdə!

Beləliklə...

1-Cİ ÖZBAŞINALIQ: Müştəriyə, "Nurlu Karqo"nun yaşatdığı ilk şok, bu ilin may ayında baş verib. Belə ki, müştəri, bağlamasının anbara gəldiyini görəndə, qiymətinin, vəd olunandan fərqli cür hesablandığını görüb.

Belə ki, may ayında rəsmi saytda elan edilən tarifdə, (şəkildə gördüyünüz kimi) 1-5kq arası üçün xidmət haqqı, 6 azn olduğu halda, karqo, 9 azn-dən hesablayıb.

Edilən etiraza isə şirkət belə bir gülünc və absurd cavab verib ki, saytdakı tarif yox, instaqramdakı tarif əsasdır! (skrinləri qeyd edirik)

Xatırladaq ki, eyni qanun pozuntusu üzrə, 2023-cü ilin oktyabrında "Antiinhisar" məhkəməyə müraciət edərək, "Bahar Karqo"nu cəzalandırmışdı.

Müştəri, qanuna riayət olunmasını və "Antinhisar"a şikayət ünvanlayacağını bildirdikdə isə, veclərinə almayıblar.

Bu, birinci və çox aşkar qanun pozuntusu.

Keçək "Nurlu Karqo"nun eyni müştəriyə yaşatdığı ikinci özbaşınalığa.

2-Cİ ÖZBAŞINALIQ: Sözügedən şirkətlə bağlı yaşanılan ikinci pozuntu isə, təqdim etdikləri bağlamanın, sınmış və istifadəyə yararsız hala salınması ilə bağlı olub. Belə ki, french press adlanan (bitki dəmliyi) məhsul, ikiqat qutu ilə əhatə olunduğu halda, necəsə sınmış vəziyyətdə olub!

Şirkət rəsmisi, təbii ki yenə də məsuliyyəti boynundan atmağa çalışıb, bağlamaya görə heç bir halda məsuliyyət daşımadıqlarını bildirib. (Burada, çox mühüm bir məqamı qeyd etməliyik: müştəri bildirir ki, şirkətin "Neftçilər" filialının əməkdaşlarının, bağlamaları, top kimi bir-birilərinə tullamalarını sayıq tərpənərək, həftələr öncə kameraya çəkib. Həmin görüntüləri, "Antiinhisar"ın cavabından sonra ictimailəşdirməyi düşünür)

Onu da əlavə edək ki, "Nurlu Karqo"nun müştəriyə qırıq şəkildə təhvil verdiyi məhsulun qutusunun üzərində, "Trendyol"un "DİKKAT KIRILIR!" yazısı mövcud olub, yəni xüsusi xəbərdarlığa baxmayaraq, yenə də baglama ilə ehtiyatsız davranılıb!

3-CÜ ÖZBAŞINALIQ: Sözügedən karqo şirkəti, görünür ki, müştəriyə yaşatdığı "həyəcan"ı az hesab edib deyə, bu dəfə bağlamaları müştəridən gizlədib və deyib ki, "tap, görüm, hardadır"! Yəni, bu dəfəki problem, bağlamaların təhvil verilməsi, daha doğrusu, verilməməsi ilə bağlı olub!

Belə ki, iyul ayının ortalarında smart customs-da qeydiyyat olunan 3 bağlama, 1 aya yaxındır ki, hələ də müştəriyə təslim edilməyib və şirkət, min cür bəhanələrlə məsuliyyəti üzərindən ataraq, "bu gün gətiriləcək, sabah gətiriləcək" deyə-deyə "yola verir".

Yekun: "Nurlu Karqo" adlanan daşınma şirkəti, görünür ki, nəyəsə və kiməsə çox arxayındır ki, özbaşınalıq rekordu qırmaqla məşğuldur. Karqo, bu açıq sübutlardan sonra, çıxıb heç bir izah verə, bəhanə gətirə bilməz. Bəlkə də, yoxa çıxartdığı 3 bağlamanı, məsələn küləyin apardığını yaxud da cinlərin ələ keçirdiyini söyləyə bilər, lakin vəd olunan tarifdən başqa cür hesablanmanın izahını heç cür verə bilməz!

P.S. "ANTİNHİSAR" əgər keçən ilin oktyabrda edilən eyni qanunsuzluğa görə "Bahar Karqo"ya sanksiya tətbiq edibsə, məntiqlə, "Nurlu Karqo"ya da eyni sanksiyanı icra etməlidir. Əgər bu, baş verməsə, artıq "Nurlu Karqo"nun arxayınçılığının heç də səbəbsiz olmaması bəlli olacaq...

Ümid edək ki, hörmətli Məmməd Abbasbəyli, son zamanlarda cəmiyyətdə ciddi tənqid olunan "Antiinhisar"ın imicinin düzəlməsi istiqamətində, ədalətli qərar verəcək.

Hər halda məsələnin təqibçisi olacağıq!/Yenixeber.org:

HAZIRLADIĞIMIZ SUJETİ TƏQDİM EDİRİK:


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1117   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr