MƏNİMSƏMƏ: Biləsuvar Rayon İcra Hakimiyyəti keçirilən tenderlərdə qanunlara ƏMƏL ETMİR - İDDİA+FOTO

MƏNİMSƏMƏ: Biləsuvar Rayon İcra Hakimiyyəti keçirilən tenderlərdə qanunlara ƏMƏL ETMİR - İDDİA+FOTO2021,2022 və 2023-cü illər üzrə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tenderlərdə "Dövlət satınalmaları haqqında Qanunu"na əməl edilməyib.

Bununla bağlı Sonxeber.az-a Biləsuvar rayon sakini Sədrəddin Məmmədov müraciətində deyib. O bildirib ki,Tender komissiyası tenderlərdə iştirak edən müəssisələrin ixtisas uyğunluğunu əvvəlcədən müəyyənləşdiriməli idi. Lakin komissiya bu işə məhəl qoymayıb:

"Nəticədə keçən 3 ildə rayonun ərazisində görülən işlərdə xüsusən küçələrin asfaltlaşmasında və abadlaşdırma işlərində qalib podratçının maddi-texniki bazası olmadığı halda, yəni asfaltlaşmaya aid asfalt zavodu, asfalt basmaq üçün texnikası, əmək müqaviləsi bağlanılmış təcrübəli işçi qüvvəsi və səriştəsi olmadığı halda özəl müəssisələr əsassız qalib çıxarılmış və onlarla müqavilə bağlanılmışdır. Buna nümunə olaraq 2022-ci ildə ilin sonunda qalib çıxarılan müəssisə 2023-cü ilin yanvar fevral aylarında küçələrə asfalt qoymuş, nəticədə heç üstündən bir həftə keçməmiş qoyulan asfalt dağılıb məhv olmuşdur. Olunan şikayət əsasında görulən işlər mərkəzi orqanlar tərəfindən yoxlanılmış asfaltın yenidən qoyulmasını göstəriş versələr də bu işə məhəl qoyulmamışdır. Axı nə səbəbə Biləsuvar Rayon İcra Hakimiyyəti görüləcək işlər üçün tenderi ilin ortalarında yox, ilin axırında tələm-tələsik keçirir?"

Sədrəddin Məmmədovun sözlərinə görə, dövlət büdcəsinə ayrılan vəsaitdən mənimsənmə var. Hesablama Palatası Biləsuvar rayonu İcra hakimiyyəti ilə əlbir olaraq maddi maraqlarını güdüblər:

"Biləsuvar rayonunun Milli Qəhrəman Mübariz İbrahimov küçəsi, Səməd Vurğun küçəsində yolları bərbad vəziyyətdədir. Hesablama Palatasının şöbə rəisi Azim Abasov Heydər oğlu asfaltlaşmaya yoxlamaya aidiyyəti olmayan işçi göndərib. Onların dediyinə görə yoxlamalar keçirilib. Amma mən onu görməmişəm. Əgər gəlibsə, niyə məni çağırmadılar? Mən müraciətimdə bildirmişəm ki, yoxlama mənim iştirakımla keçirilsin. Hesablama Palatasının özlərinin dediyinə görə, mənim iştirakım olmadan gizli və qapalı şəkildə keçirdiyi yoxlamanı saxta və etibarsız sayıram. Cənab prezidentdən xahiş edirəm ki, rayonumuza nəzarətlə və mənim iştirakımla yoxlamalar həyata keçirilsin. Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tenderlərin 2021, 2022 və 2023- cü illər üzrə qanuna müvafiqliyi yoxlanılsın. Görülən işlərin, asfaltlaşmanın eni, uzunluğu və hündürlüyü, keyfiyyəti və asfaltlaşmadan qabaq asfaltın altında görülən işlər mənim iştirakımla ciddi şəkildə yoxlanılsın. Hesablama Palatasının xoşagəlməz hərəkətləri məni elə fikrə salır ki, Biləsuvar Rayon İcra Hakimiyyəti ilə əlbir olaraq hansısa maraqları güdüb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, şöbə rəisi Azim Abasov, aidiyyəti üzrə dövlət qurumlarında mənim əlaqə saxlanılsa daha açıq, ətraflı izahat verməyə hazıram".

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

MƏNİMSƏMƏ: Biləsuvar Rayon İcra Hakimiyyəti keçirilən tenderlərdə qanunlara ƏMƏL ETMİR - İDDİA+FOTOMƏNİMSƏMƏ: Biləsuvar Rayon İcra Hakimiyyəti keçirilən tenderlərdə qanunlara ƏMƏL ETMİR - İDDİA+FOTOMƏNİMSƏMƏ: Biləsuvar Rayon İcra Hakimiyyəti keçirilən tenderlərdə qanunlara ƏMƏL ETMİR - İDDİA+FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2096   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr