Azərbaycan-Rusiya Universitetinin yaradılması təhsilimizə necə töhfə verəcək ? - AÇIQLAMA
"Rusiya və Azərbaycan Bakıda birgə universitetin yaradılması üzərində işləyir" , - bu barədə Bakıda səfərdə olan Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib.
"Hazırda Bakıda Rusiya-Azərbaycan universitetinin yaradılması təşəbbüsü müzakirə edilir. Azərbaycan Prezidenti bu ideyanı dəstəklədi. Ümid edirəm ki, biz bunu kifayət qədər tez bir zamanda həyata keçirəcəyik", - deyə Putin qeyd edib.
Bəs görəsən Rusiya-Azərbaycan Universitetinin yaradılması təhsilimizə nə kimi töhfə verəcək ?
Mövzu barədə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil eksperti Elmin Nuri Sonxeber.az -a açıqlamasında bildirib ki, ölkədə yeni universitetlərin açılması sevindirici haldır:
"Azərbaycan ali təhsil seqmentindəki ali məktəblərin kəmiyyət göstəricisi aşağıdır. Düşünürəm ki, bizdə həm universitetlərin, həm də tələbələrin sayı digər ölkələrdən çox geridə qalır. Əhalisi bizdən az, ərazisi bizdən kiçik elə ölkələr var ki, onlardakı universitet sayı bizdən bir xeyli çoxdur. Odur ki, istər Azərbaycan-Rusiya Universiteti, istərsə də bundan sonra yaranacaq hər hansı ali təhsil müəssisələrinin varlığına sadəcə sevinmək lazımdır.Çünki bizim həqiqətən də daha çox ali təhsil müəssisələrinə ciddi ehtiyacımız var. Bu, reallıqdır".
O həmçinin bildirib ki, konkret profilli universitetlərin açılması təhsilimiz üçün faydalı bir addımdır:
"İkinci ehtiyac meyarı isə profilli universitetlərimizin azlığıdır. Bakı Mühəndislik Universiteti, UNEC, Azərbaycan Tibb Universiteti və.s.buna misal göstərsək də müəyyən profillər üzrə ixtisaslaşmış ali məktəblərimiz azdır. Nə yaxşı ki, Türkiyə-Azərbaycan Universiteti məhz bu məntiq üzərində formalaşdırıldı. Orada daha çox mühəndislik, İT və tibb istiqamətdə tədris və tədqiqat həyata keçiriləcək. Azərbaycan-Rusiya Universitetinin də ümümi deyil, konkret profilli olması ali təhsilimiz adına faydalı iş ola bilər.Bu universitetinin də əsasən, gələcəyin tələbələri olan İT və mühəndislik istiqamətində ixtisaslaşmasını çox istərdik"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?