"Neftçi"dən Qara Qarayev ilə bağlı QƏRAR

"Neftçi"dən Qara Qarayev ilə bağlı QƏRAR"Neftçi" Azərbaycan yığmasının üzvü Qara Qarayevi əvəzedici komandaya göndərib.

"Qafqazinfo"nun məlumatına görə, buna səbəb Bakı klubunun yeni baş məşqçisi Roman Qriqorçukun 31 yaşlı oyunçunu əsas heyətdə görmək istəməməsidir.

Ukraynalı mütəxəssis "Sabah"a 0:2 hesabı ilə uduzduqları görüşdən sonra da bunu etiraf edib. Lakin təcrübəli məşqçi yarımmüdafiəçini əvəzedici heyətə göndərmək qərarının onun tərəfindən verilmədiyini üstüörtülü olsa da, açıqlayıb.

Bəs Qara Qarayevin əsas heyətdən kənarlaşdırılmasının səbəbi nədir?

Bu baş verənlərin "Neftçi"nin isveçli idman direktoru Yens Andersondan qaynaqlandığı ortadadır. Qriqorçukun gəlişindən sonra da baş məşqçinin razılığı olmadan heyətə futbolçular cəlb edən skandinaviyalı Q.Qarayevi də məhz bu səbəbdən əvəzedici komandaya göndərmək qərarını verib.

Belə ki, klub təlim-məşq toplanışında olarkən düşərgədə maraqlı hadisələr baş verir. Qriqorçukun xəbəri olmadan heyətə Edvin Kuç adlı futbolçu cəlb edilir. Ukraynalı çalışdırıcı isə bu oyunçunu bəyənmədiyini rəhbərliyə bildirir. Amma idman direktoru Yens Anderson Kuçun heyətdə qalacağını deyir. Nəticədə Roman Qriqorçuk bu keçidin onlara fayda verməyəcəyini və yarımmüdafiə xəttinə yeni oyunçu lazım olduğunu diqqətə çatdırır.

Rəhbərlik isə çarəsiz qalıb hazırda orta xəttə oyunçu axtarışlarını davam etdirir. Amma transfer üçün heyətdən hansısa futbolçu kənarlaşdırılmalıdır. Çünki büdcə daha bir oyunçunun keçidinə imkan vermir. Yens Anderson isə çarəni Qara Qarayevi klubdan göndərməkdə görüb. O, hətta təcrübəli oyunçunu çağıraraq özünə yeni klub tapmasını tapşırıb.

Maraqlıdır ki, Qara Qarayev "Qarabağ"dan ayrılarkən "Sabah" və "Zirə" onu heyətdə görməkdə israr etsələr də, futbolçu "Neftçi"ni seçir. Çünki klub rəhbərliyi Qarayevə vədlər verir. Bildirilir ki, o, əsas heyətdə oynamaqla yanaşı, karyerasını bitirdikdən sonra qalıb Bakı klubunda çalışa bilər. Lakin indi vəziyyət fərqlidir və Qarayev klubsuz qalmaq ərəfəsindədir. Çempionat başladığı üçün onun özünə yeni komanda tapması da çətindir. Futbolçu özü də rəhbərliyə bu etirazını bildirib. O deyib ki, hazırkı durumda özünə klub tapmaq çətin olacaq. Əgər bu cür durum davam edərsə, Qarayev 31 yaşında futbolçu karyerasını başa vura bilər.

Qara Qarayevin hazırkı durumu bir vaxtlar Rəşad Sadıqovun "Neftçi"dəki vəziyyətini xatırlatdır. Belə ki, almaniyalı məşqçi Hans-Yurgen Gede 2008-ci ildə Bakı klubunda çalışarkən Rəşad Sadıqovu planlarına daxil olmadığı üçün əvəzedici heyətə göndərmişdi. Futbolçu daha sonra doğma klubunu tərk etmək məcburiyyətində qalmışdı


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1949   Tarix: 20 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı

"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun

10 sentyabr
.

"Gəncə" Rizvan Səfərovla müqavilənin müddətini uzadıb

"Gəncə" basketbol komandası məşqçisi Rizvan Səfərovla müqavilənin müddətini uzadıb. xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. Mtəxəssislə sözləşmənin müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Xatırladaq ki, Rizvan Səfərov 2024-cü ildən "Gəncə"də işləyir

11 sentyabr
.

"Turan Tovuz" "Zirə"yə, "Sabah" "İmişli"yə qarşı

Misli Premyer Liqasında 6-cı tur davam edir. "Qafqazinfo" xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Turan Tovuz" öz meydanında "Zirə"ni qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla turnir cədvəlində 4-cü, "Turan Tovuz" isə 8 xall

19 sentyabr
.

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. "Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Xatırladaq ki, Ronaldo Souza daha əvvəl 2025/2026 mövsümündə b

19 sentyabr
.

Atletika çempionatında kütləvi zəhərlənmə

Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa

13 sentyabr
.

Mbappedən Messi və Ronaldu barədə möhtəşəm sözlər

Fransalı futbolçu Kilian Mbappe Lionel Messi və Kriştianu Ronaldu barədə fikirlərini bölüşüb. "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Mbappe argentinalı və portuqaliyalı ulduzların futbolda xüsusi yerə sahib olduqlarını bildirib. "Onlar fərqli dövrə aiddirlər. Öz kateqoriyalarınd

13 sentyabr
.

"Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlandı

"Sabah"ın UEFA Çempionlar Liqasında 4 ev oyununun biletlərinin vahid formada satışa çıxarılmasının səbəbi açıqlanıb. Bu barədə "Report"un sorğusuna cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlama verib. O bildirib ki, əsas məqsəd Çempionlar Liqasında "Sabah"ı

22 sentyabr
.

Azərbaycan güləşçiləri mundiala Göygöldə hazırlaşacaqlar

Sərbəst güləş üzrə Azərbaycan millisi sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Bu barədə -a Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlü

18 sentyabr