Tikinti oliqarxı Ağalar Vəliyevin "internet" monopoliyası... -""Aznet"dən uzaq durun!"

Tikinti oliqarxı Ağalar Vəliyevin "internet" monopoliyası... -""Aznet"dən uzaq durun!"Azərbaycanın tikinti sektorunu zəbt edən və hakim ailəyə yaxın olduğunu deyən Milli Məclisin deputatı Ağalar Vəliyevin əsas binzes şəbəkəsi olan "Kristal Abşeron" illərdir ki, sakinlərin hüquqlarını pozur.

Vətəndaşlara satdığı mənzilləri belə özünün şəxsi mülkü sayan, Azərbaycan Konstitusiyasında əksini tapan mülkiyyət hüququnu heçə sayan Vəliyev və ətrafındakı şəbəkə "kolxoz təfəkkürü" ilə idarəetmə qurub.
Özbaşınalıq və qanunsuzluğun hökm sürdüyü, vətəndaşların heç bir hüquq və istəklərinə hörmətin qoylmadığı ölkədə Vəliyev də özbaşına, heç bir dəyər və əxlaqa sığmayan idarəetmə formalaşdırıb. Onun nəzarətində olan şəbəkələrdə digər xidmətlər kimi internet provayderlər də monopoliyaya alınıb.

Kommunal ödənişləri vahid bir sistemdə əlində cəmləşdirən Vəliyev elə bir sistem qurub ki, burada ölkə başçısı İlham Əliyevin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti, yəni MMMC ilə bağlı verdiyi Fərman da suya düşüb.
Yəni burada vətəndaşlardan toplanan kommunal xərcləri də öz şəbəkəsinə yönəldən oliqarx deputat MMMC-ni də özü yaradır, hələ bir qədər irəli gedərək vətəndaşların pulları ilə onlara ehkam da kəsir...

Problem təkcə bununla bitmir, məsələn, heç bir provayder onların icazəsi olmadan "Kristal Abşeron"un binalarına internet çəkə bilməz, hətta sakinlər də istəsələr, seçdikləri provayderləri yaşadıqları binalara dəvət edə bilmirlər, çünki bura dövlətin yox, "Ağalar Vəliyevin qanunları" ilə işləyir.

Hazırda "Kristal Abşeron"un törəmə şirkəti olan "Xəzər İnşaat"ın Nizami rayonu Məhsəti Gəncəvi küçəsində inşa etdiyi binalarda eyni vəziyyət hökm sürür, sakinlərin isə tələb və şikayətlərinə isə məhəl qoyulmur.

Sakinlər deyirlər ki, "Kristal Abşeron"un anlaşdığı keyfiyyətsiz "Aznet" - İnternet Provayderi hazırda onları boğaza yığıb.
Bundan əvvəl də "Rahat Telecom" İnternet provayderi sakinlərə eyni problemi yaşadıb. Çoxlu etirazlardan sonra "Rahat Telecom" "Aznet"lə əvəzlənib, amma problem irin salan yaraya çevrilib, getdikcə dərinləşir...
Məsələnin maraqlı tərəfi isə odur ki, sakinlər digər provayderlərə müraciət etsələr də, şirkət onların mənzillərə internet çəkməsinə imkan verməyib.

Bildiriblər ki, yalnız bizimlə "razılaşan" provayderlər mənzillərə internet çəkə bilərlər. Dəfələrlə saxta mandatla Milli Məclisə düşən və ölkənin əsas tikinti monopolistlərindən olan Ağalar Vəliyev 21-ci əsrdə insanların ifadə azadlığını, internetə çıxışının qarşısını alır.
Görəsən, tez-tez xarici tədbirlərdə Azərbaycanda internetin azad olduğunu deyən ölkə başçısının təsdiqlədiyi parlamentin üzvü Ağalar Vəliyevin nağıllarda suyun qabağını kəsən əjdaha kimi əhalinin internet azadlığını əlindən almasından xəbəri yoxdurmu?
İndi də gələk keyfiyyətsiz və məsuliyyətsiz "Aznet" İnternet Provayderin fəaliyyətinə və əhalinin çağırışlarını heçə saymasına.
Sakinlər bildirilər ki, "Aznet" İnternet Provayderi bu gün ərzində normal fəaliyyət göstərməyib.

"Qaynar xəttə" edilən müraciətlərə isə demək olar ki, baxılmayıb. Amma sakinlərdən yeni tarifə görə 100 mbit/s sürətə görə 25 manat ödəniş alınıb.

"Bu gün yeni tariflə 25 manat ödəniş elədik ki, guya 100 mbit/s sürət verirlər. Amma internet heç 40 mbit/s sürətdə də deyil. İndi də deyirlər ki, sürət çoxdur, "Modem"i dəyişin, 5G Modem alın. Faktiki 100 manatdan başlayır həmin modemlər. Bunlar insanları həm özləri soyur, həm də əlavə xərcə salırlar. Burada rabitə nazirinin də payı az deyil. Hər kəs xalqı soymaqla məşğuldur. Monopoliya bir tərəfdən, soyğunçuluq da bir tərəfdən vətəndaşları bezdirib", - sakinlərdən biri belə deyib.(Arqument)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1474   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr