"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında QALMAQAL

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında QALMAQAL51 saylı Şirvan seçki dairəsində qalmaqal davam edir.

Pravda.az xəbər verir ki, Ümid Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürən bitərəf təmsilçi Peyman Sadıqov hakim partiyadan olan rəqibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu onun plakatlarını yararsız hala salmaqda ittiham edir.

P.Sadıqov Pravda.az-a açıqlamasında H.Əsədov barədə bunları deyib: "Artıq bununla 4-cü faktdır ki, plakatlarım cırılır. Hazırda Şirvandayam, məntəqələri gəzirəm. Yapışdırılan plakatlarım eyni yerdən cırılır. Şəklim qalır, amma aşağıda hansı partiyanın təşəbbüsü ilə namizədliyimin irəli sürülməsi barədə məlumatlar yazılan hissə məqsədli şəkildə cırılır. Heydər Əsədovun adamlarından şübhələnirəm. Son vaxtlar mənə qarşı təxribat aparırlar. Gözügötürməzlik var. Sadəcə, mübarizəni belə formada edirlər. Bu, mübarizə üsulu deyil. Heydər Əsədovu debata dəvət edirəm. Mübarizə aparmaq istəyirsə, gəlsin, debata çıxaq, təkliflərimizi verək, Şirvanımızın gələcəyi üçün lazımi addımlar atılsın. Əsas budur ki, qazanan şirvanlılar olsun. Təxribatlar dairədə yalnız mənə qarşıdır, digər namizədlərə olunmur. Bir neçə gün öncə mənə qarşı aparılan çirkin kampaniya ilə bağlı ölkə rəhbərliyinə çoxsaylı müraciətlərimdən sonra dünən məntəqələrdən birinin qarşısında, hətta digər namizədlərin də şəkillərini cırıb atıblar. Sanki izi azdırmaq üçün məqsədli şəkildə edirlər ki, fikirlərim yayınsın. Yəni "Bax, problem tək səninlə bağlı deyil, başqa namizədlərin də şəkillərini qoparırlar..."

P.Sadıqov bildirib ki, şikayətləri cavabsız qalmayıb: "Şirvan polis idarəsinin rəisi Fizuli Əhmədov çox yüksək səviyyədə məni qəbul etdi, dinlədi. Artıq postların olduğunu bildirdi ki, hamısı nəzarətə götürülüb. Bu istiqamətdə işlər davam edir. Şəkillərin yararsız vəziyyətə salınmasında əli olan şəxslər kimliyindən asılı olmayaraq layiqli cəzalarını alacaqlar".

O, Şirvanı təmsil edən VI çağırış Milli Məclisin deputatı İltizam Yusifovun da fəaliyyətindən danışıb: "O, şirvanlıdır. Bir çox problemləri parlamentdə qaldırıb. Amma bəzi məsələlər deputatdan asılı deyil. Məsələn, milyonlarla manat ayrılmasına baxmayaraq Şirvan şəhər stadionu bu gün çox bərbad, illərdir, baxımsız vəziyyətdədir, tikintisi yarım qalıb. Küçələrdə sahibsiz itlər çoxdur. Yollar pis vəziyyətdədir, kanalizasiya sistemi məhv olub. İşsizlik problemi həddən çoxdur. Müsbət hallar da var. Məsələn, polis rəisi yeni təyin olunmasına baxmayaraq, xeyli iş görüb. Narkotikin qarşısı maksimum alınır. Gənclərin asudə vaxtlarının təşkili istiqamətində isə mərkəzlər yoxdur. İnsanlar işsizlikdən çayxanalarda otururlar, pis vərdişlərə meyil göstərirlər. Seçkiyə inamsızlıq yaradıblar. Adamlar seçkiyə gəlmək istəmirlər. Deyirlər ki, ay Peyman müəllim, onsuz da Heydər Əsədov seçilib də. Deyirəm ki, səsinizi müdafiə edin, hüququnuzu tanıyın. Heydər Əsədov illərlə Şirvanın qapısını tanımayıb. Bu gün isə gəlib ki, Şirvandan namizədəm. Şirvanda onu çoxları istəmir. Adi zalı doldura bilmir. Əsədov ancaq Yeni Azərbaycan Partiyasının qərargahında görüşlər keçirir. Nə vaxt gəlir, nə vaxt gedir, heç rayon camaatının xəbəri olmur. Partiyada təmsil olunan şəxslərlə görüşlər keçirir. İllərlə nazir, Hesablama Palatasının sədri işləyəsən, nüfuzun çatmaya ki, 100 nəfərlə zalı doldurasan, insanları başına yığasan. Deməli, səni istəmirlər. 5-6 nəfəri yığıb şəkil çəkdirməklə deyil. İş görmək lazımdır. Saytlarda verirlər ki, guya bütün şirvanlılar Heydər Əsədovu dəstəkləyir. Xahiş edirəm, gəlin 5 nəfər Şirvan sakinini danışdırın, görün hansı onu istəyir? Heydər Əsədovun komandası ilə heç bir danışıqdan söhbət gedə bilməz. Görünən kəndə nə bələdçi? Şirvan camaatına səslənirəm. Öz içimizdən olan, Şirvanın qayğısına qalan birinə səs versinlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1865   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr