Müəllimlər niyə daha çox Bakıda İŞLƏMƏK İSTƏYİRLƏR? - AÇIQLAMA

Müəllimlər niyə daha çox Bakıda İŞLƏMƏK İSTƏYİRLƏR? - AÇIQLAMABildiyimiz kimi, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Məktəblərdə müəllim işləmək istəyənlər isə daha çox Bakı şəhərinə üstünlük verirlər. Bölgələrdə düşən müəllimlər ya nəticədən imtina edir, ya da proses adapyasiya olmağa çalışır.

Bakı şəhəri üzrə vakansiyalara müraciət edən müəllimlərin sayı çox olduğuna görə, rəqabətdə güclü olur. Belə bir fikir formalaşıb ki, yüksək bal toplayan müəllim Bakıda, aşağı nəticə göstərən müəllim isə rayonlarda işləməlidir. Bu nə dərəcədə doğrudur?

Mövzunu Sonxeber.az-a şərh edən təhsil məsələləri üzrə ekspert İlqar Orucov deyib ki, Son illərdə bu tendensiya müşahidə olunmaqdadır. O, bildirib ki, şəhərdə vakansiya çıxarılan yerlərə müraciət edənlər daha çox yüksək bal toplayan müəllimlərdir:

"Bu müəllimlər başqa bir bölgədən Bakıda işləmək üçün gəlmək istəyən müəllim deyil. Bakı şəhəri üzrə daha çox müəllim vakansiyada iştirak etdiyi üçün rəqabət güclənir. Nəzərə alaq ki, Bakı son illər daha çox yüklənib. Azərbaycan əhalisinin əksəriyyəti qeyri-rəsmi olsa da yarısı şəhərdə yaşayır. Ölkəmizdə 1500 məktəb var. Onun 400 və daha çoxu Bakı şəhərində yerləşir. Əhalinin məskunlaşması isə daha çox Bakı şəhərindədir. Bu baxımdan Bakı şəhəri üzrə yerləşən məktəblərdə keçid balı yüksək olur. Ucqarlara isə az bal toplayan müəllimlər müraciət edir. Bu bir reallıqdır. Müşahidələrim onu deməyə əsas verir ki, gənc müəllimlər bölgələrin ucqar kəndlərində işləməyə gedir. Bu zaman fərqli bir mühitə düşür və kənd infrastrukturu olduğu üçün asudə vaxt keçirməyə imkanları olmur".

Ekspertin sözlərinə görə, müəllimlər bəzən həmin kənddə məskunlaşanda insanlar ilə ünsiyyət qurmaqda çətin çəkir:

"Kənd adamının bəlli bir məşğuliyyəti var. Dövlət ucqar kənddə işləməyə gedən müəllimlər üçün yardımlar və əlavə ödənişlər edir. Onların müəyyən kommunal xərcləri qarşılanır. Amma buna baxmayaraq, həmin müəllimlər bu mühitə alışa bilmir. Elm və Təhsil Nazirliyi bu istiqamətdə müəyyən addımlar atır. Atılan addımlar həmin müəllimlərin imtina etməsinin qarşısını almağa yönəlib. Eyni zamanda müəllimlər etdikləri seçimlərin məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən müəllimlər düşünür ki, insanların şəhərdə maddi baxımdan vəziyyəti daha yaxşı olur. Müəllim öz işi ilə birlikdə repetitorluq fəaliyyətini rahat təşkil edə biləcəyini düşünür. Repetitorluq rayonlarda 20 manatdırsa, şəhərdə bu xidmət daha yüksəkdir. Ona görə də şəhərdə bu işlə məşğul olmağı daha üstün tuturlar. Belə situasiyalar mövcuddur".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1244   Tarix: 21 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr
.

Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq

Azərbaycanda orta aylıq əməkhaqqının yaxın illərdə artacağı gözlənilir. Maliyyə Nazirliyinin proqnozuna görə, 2030-cu ildə orta maaş 1 551,5 manata çatacaq. Vətəndaşlar üçün əsas sual orta maaşdan daha çox, minimum əməkhaqqının necə dəyişəcəyi ilə bağlıdır. Orta maaş 1 551 manata çatacaqsa, minimum əməkhaqq

27 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr