Mənimsəmədə ittiham olunan sabiq direktor Ali Məhkəməyə üz tutdu
Şəki Rаyоn Məşğulluq Mərkəzinin sabiq direktоru Elçin Salamov Ali Məhkəməyə kassasiya şikayəti verib.
"Qaynarinfo" xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə baxılacaq.
Elçin Salamov 2020-ci ildə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb. İttiham aktına görə, Elçin Salamov 2006-2019-cu illər arasında Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyi yаnındа Dövlət Məşğulluq Xidmətinin Şəki Rаyоn Məşğulluq Mərkəzinin direktоru vəzifəsində işləyərkən quruma ayrılmış pulları mənimsəyib.
Cinayət işinin məhkəmə istintaqı Şəki Rayon Məhkəməsində aparılıb. Məhkəmə Elçin Salamovu təqsirli bilərək 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edib.
Elçin Salamov hökmdən apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
Bu iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi zərərçəkən qismində tanınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 361 Tarix: 23 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə bu gün, martın 30-da Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda növbəti dəfə həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlar
30 martTanınmış sabiq hakim vəfat etdi
Azərbaycanda tanınmış sabiq hakim vəfat edib. -ın -a istinadən məlumatına görə, uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib. Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib. Xatırladaq ki, Sərvə
1 aprelAraz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi
"Crocus Group" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. "Qafqazinfo" "Komsomolskaya Pravda"ya istinadən xəbər verir ki, 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirili
31 martAğcabədidə qanunazid toy: Komitə məsələni NƏZARƏTƏ GÖTÜRDÜ
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb. Bu barədə -a komitədən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə ictimaiyyət
31 mart