Yeni tədris ili yaxınlaşır, Kirayə mənzil qiymətləri artacaq - Ekspert çıxış yolları göstərdi

Yeni tədris ili yaxınlaşır, Kirayə mənzil qiymətləri artacaq - Ekspert çıxış yolları göstərdi"Hər il avqust ayının sonundan başlayaraq sentyabr ayının birinci yarısına qədər xüsusən Bakı və digər böyük şəhərlərdə kirayə mənzillərə tələbat həddindən çox artır. Bu, daha çox tələbələrin bölgələrdən ali təhsil almaq üçün Bakıya və ya digər böyük şəhərlərə üz tutması ilə əlaqədardır".

Sonxeber.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Ekspert yaxın gələcəkdə paytaxt ərazisində ucuz kirayə mənzillərin əlçatan olmayacağını da qeyd edib:

"Təbii ki, tələbat artdıqca mənzil sayı azalır və qiymətlərdə artımlar müşahidə olunur. Qiymət artımı daha çox tələbatın artması ilə əlaqədar olduğu kimi, başqa bir tərəfdən də kirayə mənzillərin aylıq kirayə qiymətləri onların satış qiymətləri ilə ölçülür ki, daşınmaz əmlakların satış qiymətlərində artımalar müşahidə olunduqca, bu onların kirayə qiymətlərinin artmasına gətirib çıxarır. Bundan əlavə, paytaxt ərazisində artıq 2016-cı ildən başlayaraq pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binlarının və köhnə fərdi yaşayış evlərindən ibarət olan yaşayış massivlərinin sökülməsi səbəbindən artıq paytaxt ərazisində ucuz kirayə mənzillərin böyük bir hissəsi sökülərək, yeni tikili binalarla əvəzlənib. Bu zaman sökülən hər köhnə tikili binalarda yaşayan sakinlər onlara yeni tikili binalardan, mənzillər təhvil verilən günə qədər (ortalama 2-3 ilə) özləri uzunmüddətli kirayə çıxmalı olurlar. Sökülən hər köhnə tikili binaların yerində yeni tikili binalar inşa olunduqca, yeni tikili binalarda kirayədəki mənzillərin aylıq kirayə qiymətləri köhnə tikili binalardan demək olar ki, iki dəfə daha baha məbləğə təklif olunur. Bu da həmçinin onların satış qiyməti ilə əlaqədardır. Bu baxımdan, yaxın gələcəkdə paytaxt ərazisində ucuz kirayə mənzillər həm tələbələr, həm də digər sakinlər üçün əlçatan olmayacaq.

Təqribən 90-cı illərin əvvəlinə qədər demək olar ki, bütün ali təhsil müəssisələrinin, hətta texnikomların belə hər birinin yataqxanaları var idi. Bölgələrdən gələn tələbələr həmin yataqxanalarada qalırdılar və bu da onları kirayə mənzillərdən qurtarmış olurdu.Təbii ki, I Qarabağ müharibəsindən sonra işğal olunmuş ərazilərdən gələn məcburi köçkünlərimizin bir hissəsi həmçinin yataqxanalara sığındılar ki, artıq həmin tələbə yataqxanalarının böyük bir hissəsində məcburi köçkünlərimiz yaşayırdı. Artıq mərhələli şəkildə dövlət tərəfindən həmin məcburi köçkünlər evlərlə təmin olunub və başqa bir tərəfdən 4 ilə yaxın bir müddətdir ki, həmin ərazilərdə tikinti bərpa işləri gedir və tikinti bərpa işləri sürətlə getdikcə məcburi köçkünlər öz yurd-yuvalarına geri dönürlər. Yataqxanaların əksər hissəsi məcburi köçkünlər tərəfindən götürüldüyünə görə tələbələrə yataqxanada qalmaq əlçatan deyildi. Çünki, əksər ali təhsil müəssisələrinin yataqxanaları yox idi. Bugünkü gündə həmin yataqxanalar demək olar ki, yaşayış üçün yararsızdır.Tələbələrin həmin yataqxanalarda qalması onların həyatı üçün təhlükə mənbəyi ola bilər. Lakin bundan əlavə həmin yataqxanalar özləri yararsız olsa da, onların yerləşdiyi ərazi birbaşa ali təhsil müəssisələrinə yaxın məsafələrdə yerləşir. Düşünürəm ki, yaxın gələcəkdə həmin yataqxanalar sökülərək daha müasir, daha çoxmərtəbəli yeni tələbə yataqxanaları, tələbə şəhərciyi ilə əvəzlənərsə, bu artıq tələbələrin böyük bir hissəsinin ev problemini aradan qaldırmış olar. Bu səbəbdən də kirayə mənzil bazarlarında qiymətlərdə nisbətən yumşalma və hətta enmələr belə müşahidə oluna bilər".

Ekspert əlavə edib ki, tələbə və gənc ailələrin böyük hissəsinin kirayədə qalmasına əsas səbəb paytaxt Bakı və digər böyük şəhərlərdə daşınmaz əmlakların satış qiymətlərinin kəskin baha olmasıdır:

"Ümumiyyətlə, kirayə qiymətlərinə nəzər salsaq, hal-hazırda Bakının mərkəzinə yaxın ərazilərdə, xüsusilə, köhnə tikilmiş binalarda 1 otaqlı kirayə mənzillərin minimal qiyməti 350 manatdan başlayaraq təxminən 400-450 manat arasında dəyişir. Yeni tikili binalarda isə bu qiymətlər daha bahadır. Otaq sayı artdıqca, həmin kirayə qiymətlərində artımlar müşahidə olunur. Ümumən biz satış qiymətlərinə nəzər salsaq, satış qiymətləri həddindən artıq bahadır. Ölkədə minimal əməkhaqqı təqribi 345 manat hesablanır ki, bu da paytaxda yerləşən ən ucuz kirayə mənzilin kirayə qiymətindən daha bahadır. Bu baxımdan, ev almağa imkanı olmayan vətəndaşlar məcburən uzun illər yataqxanalarda yaşayırlar. Tələbələr belə, paytaxt ərazisində (mərkəz ərazilərdə) kirayə mənzillərin qiyməti yüksək olduğu üçün kənar ərazilərə üz tuturlar. Kənar ərazilərdə kirayə qiymətlər xüsusən fərdi həyət evlərindən ibarət olan yaşayış massivlərindəki kirayə qiymətlər daha münasib, daha ucuzdur.

Lakin, ucuz olan evlərə üz tutan tələbələrin bu səbəbdən ən azından gündə bir neçə saatı yollarda itir və üstəlik yol xərcləri də olur. Bundan əlavə, dövlətin bir çox layihələri var ki, evsiz insanların ev probleminin aradan qaldırılması üçün bu ipoteka kreditlərinin verilməsidir. Həmçinin, ipoteka krediti və zəmanət fondu nəzdində olan kirayə mənzillər layihəsidir ki, bu layihə vasitəsilə vətəndaşlar mənzil sahibi ola bilirlər. MİDA və bir çox özəl sektorun kredit satışlarla həyata keçirdiyi layihələr var ki, artıq əksər insanlar bu tip kreditli mənzillər əldə edərək, kirayə ödədikləri mənzillin pulunu demək olar ki öz evləri üçün ödəyirlər. Təbii ki, bu proses uzun illər çəkir. Təqribi bir ipoteka bağlanma müddəti yaşa uyğun olaraq maksimal 25 ildir. Qiymətlər paytaxt arasında kəskin baha olsa da, bölgələrdə qiymətlər daha əlçatandır. Bu baxımdan, gələcəkdə artıq bölgələrdə iqtisadi vəziyyət yaxşılaşması, insanların bölgələrə inteqrasiya eləməsi, həmçinin bölgələrdə olan ali təhsil müəssisələrinin statuslarının artırılması artıq bölgələrdən gələn tələbələrin paytaxta gəlməsinə deyil, öz bölgələrində qalıb təhsil almasına səbəb ola bilər. Bu, həm onları kirayə mənzillərdə qalmaqdan qurtarar, həmçinin artıq həmin tələbələrin valideyinləri belə onları digər ərazilərdə oxutmağa çəkdikləri xərclərdən qurtulmuş olarlar. Bu baxımdan, gələcəkdə hər hansısa bir dövrdə daşınmaz əmlakların qiymətlərində enmələr olarsa, bu, həm də onların kirayə qiymətlərinin enməsinə gətirib çıxara bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 843   Tarix: 25 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır - VİDEO

Əmircan yenilənir, abadlaşdırılır. Qəsəbədə aparılan abadlıq işləri davam etdirilir. BİG.AZ "Xəzər" TV-yə istinadla xəbər verir ki, artıq göl kənarında salınan mini parklardan birində işlər yekunlaşıb. Görülən işlər sakinlərin də ürəyincədir. Onların sözlərinə görə, bu layihənin üstün cəhətlərində

27 sentyabr
.

Azərbaycanda Anım Günü qeyd olunur

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandan

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bu şəxslərin maaşı və pensiyası ARTILIR

Hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı yeni islahat paketinin hazırlanması gözlənilir. xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev "Facebook" hesabında paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan Ordusunda əməkhaqqı sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmas

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr