Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu
Bu ilin əvvəlində dələduzluğa görə 3 il azadlıqdan məhrum edilmiş sabiq bələdiyyə sədri indi də külli miqdarda rüşvət ittihamı ilə cəzalandırılıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, söhbət Qusar rayonunun Caqar, Çətgün, Kuzun, Laza və Zindanmuruq kəndlərinin ərazilərini əhatə edən Kuzun bələdiyyəsinin sədri olmuş Yaşar Kiçikbəyovdan gedir.
55 yaşlı Kiçikbəyov bu ilin əvvəlində dələduzluq cinayətinə görə mühakimə edilib. Qusar Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrum edilib.
Məhkəməsi davam etdiyi müddətdə onun korrupsiya cinayətlərinin də üstü açılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, Kiçikbəyov bələdiyyə torpaqlarını fermerlərdən və digər şəxslərdən rüşvət alaraq uzunmüddətli icarəyə verib. O, bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşıb, vəzifəli şəxs kimi vahid tamah niyyəti ilə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edib.
Onun işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılıb.
Məhkəmə istintaqı ilə eks-bələdiyyə sədrinin təqsiri sübuta yetirilib. Hökmə əsasən, ona əvvəlki cəzası toplanmaqla 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, müttəhim Kiçikbəyov ilk dəfə 2022-ci ildə həbs edilib. Həmin vaxt ona 2 il 6 ay həbs cəzası verilib. Sonrakı hökmlə ümumi cəza müddəti 3 ilə qaldırılıb. Bu, onun iki il ərzində üçüncü hökmüdür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 380 Tarix: 27 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləklə bağlı - Xəbərdarlıq
Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında, Salyan, Hacıqabul, Xızı, Qobustan, Şamaxı, Şəki
30 yanvarƏlət istiqamətində vulkan püskürüb - ANBAAN VİDEO
Qobustan rayonu ərazisində palçıq vulkanı püskürüb. Bu barədə məlumat -in "qaynar xətti"nə daxil olub. Bildirilib ki, hadisə Ələt qəsəbəsinin yaxınlığında qeydə alınıb. Vulkan püskürməsinin anbaan görüntülərini təqdim edirik:
30 yanvarBakıda hava bu tarixdə KƏSKİN DƏYİŞİR: QAR YAĞACAQ
Yaxın günlərdə Bakıda hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. xəbər verir ki, 5 fevralda paytaxtda qar yağması, temperaturun isə 0 dərəcəyə qədər enməsi gözlənilir. Məlumata görə, həftənin əvvəlində hava nisbətən mülayim keçsə də, 5-6 fevral tarixlərində soyuq hava kütlələrinin təsiri ilə temperatu
1 fevralPensiya və əməkhaqqı ilə bağlı vacib AÇIQLAMA
Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib. Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu barədə müxtəlif yanaşmalar irəli sürülür. Pensiyaların hansı meyarlara əsasən hesablanmal
31 yanvar76 və 78 nömrəli marşrutlar üzrə müasir avtobuslar bu gedişhaqqı ilə İŞLƏYƏCƏK
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir. AYNA-dan -a verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasın
31 yanvarPrezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. BİG.AZ -a istinadla xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı və xalqlarımı
31 yanvarHəmin uşağın valideyni tapıldı - Video-Yenilənib
Bakıda azyaşlı uşağın valideynləri axtarılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev paylaşım edib. Bildirilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı 8 yaşl
30 yanvarGeneralların polkovnik qardaşı vəfat etdi
Silahlı Qüvvələrin Hərbi Akademiyasının müəllimi polkovnik Telman İzzət oğlu Orucov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. Bildirilib ki, 64 yaşlı polkovnik bu gün uzunsürən xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Telma
31 yanvar