Sosial şəbəkələrdə satılan, qanunla qadağan olunan avtomobil səs siqnalları ölkəyə necə gətirilir?
Avtomobilə bəzi əlavə avadanlıqların quraşdırılması qanunla qadağandır.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı müxtəlif səs siqnallarını, sayrışan işıqları, nömrə gizlədən qabları və səsboğucuları misal çəkmək olar.
Sosial şəbəkələrdə avtomobilə quraşdırılması qadağan olan avadanlıqlar açıq şəkildə satılır.
Sayrışan işıqların qiyməti 25-250 manat, siqnalların qiyməti isə 700-2500 manat arasında dəyişir.
Qeyd edək ki, sosial şəbəkələrdə satışı həyata keçirilən bu avadanlıqları yalnız onlayn sifariş etmək olur. Bəzi avadanlıqların gətirilməsi üçün beh də tələb edilir.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) mövzu ilə bağlı bildirilib ki, bu avadanlıqların istifadəsi qanunla qadağandır. İdarə tərəfindən bu ləvazimatlardan istifadənin qarşısını almaq üçün mütəmadi olaraq tədbirlər görülür. İstifadə edən şəxslərə müəyyən məbləğdə cərimə tətbiq olunur.
Avtomobilə quraşdırılması qadağan olan bu avadanlıqların ölkəyə necə gətirildiyi ilə bağlı Dövlət Gömrük Komitəsindən bildirib ki, qanunvericilik aktlarında qırmızı və ya göy sayrışan işıq və ya xüsusi səs siqnalının, eləcə də gizli nömrə qablarının dövriyyəsi qadağan olunan və ya məhdudlaşdırılan mallar siyahısına aid deyil. Bu səbəbdən də onların gömrük sərhədindən keçirilməsində hər hansı məhdudiyyət yoxdur.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 489 Tarix: 01 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31 martBu məhsullar UCUZLAŞACAQ - Yağışdan sonra...
İki gün yağan intensiv leysan yağışları gündəlik həyata müxtəlif təsirlərini göstərib. Yolların su altında qalması, nəqliyyatın hərəkətinin çətinləşməsi və bəzi infrastruktur problemləri narahatlıq yaratsa da, kənd təsərrüfatı üçün faydalı tərəfləri var. Çünki uzun müddətdir quraqlıq olub və əkin sahələrinə
29 martArıqlamaq üçün qəhvəni bu vaxtlarda için
Qəhvə arıqlama prosesinə təsir göstərir. Lakin bu, yalnız onu düzgün vaxtda içdikdə mümkün olur. Qəhvə arıqlamaya necə təsir edir?. xəbər verir ki, qəhvə və onun tərkibindəki maddələr aşağıdakı yollarla çəkinin azalmasına və ya qorunmasına kömək edə bilər:. Həftədə orta miqdarda (1-7 fincan) qəhvə içmə
30 martŞirvanda evdə partlayış - Ağır yaralı var+Video
Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanı
30 martBirinci sinfə şagird qəbulu bu tarixlərdə başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb. xəbər verir ki, bununla bağlı BŞTİ məlumat yayıb. Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ
31 mart