Satılmır, amma ucuzlaşmır: Daşınmaz əmlak bazarında durğunluqdur - Nə baş verir?

Satılmır, amma ucuzlaşmır: Daşınmaz əmlak bazarında durğunluqdur - Nə baş verir?Bu ilin yanvar-iyul aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 207 669 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz azdır. Yeddi aylıq göstəricinin 33 572-si ilkin, 174 097-si isə təkrar qeydiyyatın payına düşüb. Bunlar bir il əvvələ nisbətən müvafiq olaraq 29,2 və 31 faiz azdır. Yanvar-iyul aylarında fərdi yaşayış və bağ evi üzərində 33 395, mənzil üzərində 46 933, torpaq sahəsi üzərində 120 079, qeyri-yaşayış binası üzərində 1 921, qeyri-yaşayış sahəsi üzərində 4 863, əmlak kompleksi üzərində 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Rəqəmlərdən də göründüyü kimi, ilkin mənzil qeydiyyatında azalma mövcuddur. Bununla paralel olaraq, son vaxtlar daşınmaz əmlak bazarında da durğunluq hökm sürür. Nə baş verir? Satışların azalması fonunda əmlak bazarında hər hansı dəyişiklik gözlənilirmi?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Hələ də davam edir

Daşınmaz əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, qeydiyyat prosesinin azalması bir neçə ildir müşahidə olunur: "İlin dörd ayı ilə bağlı açıqlanan nəticələrdə ötən illə müqayisədə qeydiyyat prosesində azalma daha çox idi. Altı aylıq nəticələr də göstərir ki, ötən illə müqayisədə daşınmaz əmlakın qeydiyyatı istiqamətində aparılan əməliyyatların sayında kəskin azalma var. Çünki alqı-satqı prosesi zəifləyib. Bazarda son illərdə ciddi durğunluq, passiv vəziyyət hökm sürür. Burada səbəb kimi makroiqtisadi amilləri, ölkəyə pul axınının azalmasını göstərə bilərik. Xüsusilə, 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində meydana çıxan durğunluq daşınmaz əmlak üzərində mülkiyyətin qeydiyyatının azalmasına gətirib çıxaran amillərdəndir. Bu proses ötən ilin sonlarından müşahidə olunmağa başlayıb və hələ də davam edir".

Mənzillərin qiymətləri enməlidir, amma...

R.Osmanlının fikrincə, Azərbaycanın daşınmaz əmlak bazarı sərbəst olmadığı üçün qiymətlərin enəcəyi ilə bağlı proqnoz vermək mümkün deyil: "Qeydiyyatın azalmasının əmlakların qiymətinə hələlik elə də ciddi təsiri yoxdur. Qeyri-yaşayış təyinatlı obyektlərin qiymətlərində stabillik olsa da, mənzil və torpaq qiymətlərində nisbi də olsa artımları müşahidə edirik. Daşınmaz əmlak qiymətləri daha çox ilkin mənzil bazarında formalaşır. Bu sahə investorların nəzarətində olduğu üçün tələb və təklifdən asılı deyil. Belə olduqda yaxın gələcəkdə qiymətlərin aşağı enməsi ilə bağlı proqnoz vermək də çətinləşir. Azərbaycanın daşınmaz əmlak bazarı xarici təsirlərdən asılı olduğu, qonşu ölkələrdə baş verənlər prosesə təsir etdiyi üçün gələcəklə bağlı proqnoz vermək qeyri-mümkündür. İqtisadi tərəfdən baxdıqda demək olar ki, ilin sonuna doğru mənzil qiymətləri azalmalıdır. Amma bu, bizim əmlak bazarımız üçün xarakterik deyil".

Alıcılar gözləməyi üstün tutur

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, qiymətlərin durmadan artması alıcıların gözləmə mərhələsinə keçməyinə səbəb olub: "Son üç ildir böyük şəhərlərdə, xüsusilə də Bakıda daşınmaz əmlak qiymətlərində kəskin artımlar müşahidə olunur. Son illər baş verən bu yüksəliş əmlak bazarında alıcı qıtlığına gətirib çıxarıb. Əmlak bazarında baş verən qiymət artımından sonra alıcılar gözləmə mövqeyi tutmağa üstünlük verirlər".

Birotaqlı mənzillərin qiymətləri 100-130 min manatdır

E.Fərzəliyev bildirdi ki, əvvəl insanlar ipoteka krediti ilə mənzil sahibi ola bilirdilərsə, artıq bu da mümkün deyil: "Ötənilki və ondan əvvəlki satışlara nəzər saldıqda satılan əmlakların, xüsusilə mənzillərin əksəriyyətinin ipoteka və bankdaxili kreditlərlə satıldığını görə bilərik. Alıcıların böyük hissəsi ipoteka krediti ilə mənzil almaq istəyən şəxslər olduğu üçün hazırda əmlak bazarında ipoteka predmetinə çevrilə bilən, mərkəzə yaxın ərazilərdəki köhnə binalardakı birotaqlı mənzillərin satış qiymətləri 100-130 min manat arası dəyişir. Amma əvvəlki illərdə bu qiymətə iki və ya üçotaqlı mənzillər almaq mümkün idi. Yenitikililərdə isə qiymət artımı daha çoxdur. İpoteka kreditinə müraciət etdikdə də qiymətlərlə vətəndaşın alıcılıq qabiliyyəti üst-üstə düşmür. Vətəndaşların aldığı əməkhaqqı da aylıq ipoteka kreditini ödəməyə uyğun olmadığından mənzil ala bilmirlər. Mənzil ala biləcək şəxslər də gözləmə mövqeyindədir ki, əmlak bazarında hansısa formada ucuzlaşma müşahidə olunsun".

Mənzillərin qiymətlərində enmə ola bilər

Ekspert qeyd etdi ki, qiymətlərin sürətli artım səbəbi əhalinin kütləvi şəkildə Bakıya üz tutmasıdır. Tələbat artdıqca, qiymətlər də yüksəlir. Amma digər ərazilərdə iqtisadi vəziyyət yaxşılaşdıqca, bu, mənzillərin qiymətinin enməsinə gətirib çıxara bilər: "İşğaldan azad olunmuş ərazilərimizdə dörd ilə yaxındır tikinti-bərpa işləri gedir. Məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. Həmçinin, orada insanların işlə təmin olunması digər şəxslərin də Qarabağ ərazisinə köçməsinə gətirib çıxarır. Məcburi köçkünlərin tərk etdiyi mənzillər satışa çıxarılır. Onların qiyməti daha az olduğu üçün bu da aztəminatlı insanların evlə təmin olunmasına şərait yaradır. Həmin ərazilərə köç intensivləşdikdə paytaxt ərazisindəki evlərə, iaşə obyektlərinə tələbat azaldıqca mənzillərin qiymətlərində enmə ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 689   Tarix: 01 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu şəxslər üçün avtobus və metro PULSUZDUR

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ictimai nəqliyyatdan (metropoliten, şəhəriçi və qəsəbələrarası avtobuslar) ödənişsiz istifadə etmək hüququ müəyyən olunmuş xüsusi kateqoriyalı şəxslərə həvalə edilib. Bu güzəştlər həm sosial müdafiə məqsədilə, həm də xidməti vəzifələrin icrasını təmi

26 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq

Sentyabrın 28-i axşam Azərbaycanın qərb rayonlarından başlayaraq, 30-u gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşə

26 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pensiya yaşı ilə bağlı yeni QAYDA

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Polis haqqında"

27 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Bakının bu ərazisində yaşayanlar KÖÇÜRÜLƏCƏKLƏR - 35 milyon manat ayrıldı

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

27 sentyabr