Şəkər xəstələrinə ŞAD XƏBƏR

Şəkər xəstələrinə ŞAD XƏBƏRRusiya şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda tərəfdaş zavodun bazasında insulin istehsalına başlanılacaq.
Hazırda Azərbaycanda 300 mindən artıq diabet xəstəsi var. Son dörd ildə ikinci tip diabetə tutulanların sayı 224 mindən 291 min nəfərə qalxıb. Azərbaycanda insulin istehsalı üzrə zavodun tikilməsi niyyətini Böyük Britaniya da elan edib, İsrail isə bu dərmanın istehsalı üçün Azərbaycanda zavodun tikintisinə başlayıb.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Keyfiyyət parametrlərinə uyğunluğu yoxlanılır

Səhiyyə Nazirliyindən bildirildi ki, ölkəmizdə dərman istehsal edən zavodların fəaliyyətə başlaması yerli istehsalın inkişafına təkan verərək, dərmanların əhali üçün daha əlçatan olmasına xidmət edəcək.

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, hər bir dərman vasitəsi ölkə ərazisində istehsalına, idxalına, satışına və istifadəsinə icazə verilmədən öncə "Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması" Qaydalarına uyğun olaraq dövlət qeydiyyatına alınır: "Qeydiyyat zamanı həm sənəd toplusu şəklində, həm də laborator analizlər aparılmaqla dərman vasitəsinin istehsalçının təqdim etdiyi keyfiyyət parametrlərinə uyğunluğu yoxlanılır. Dərman vasitələrinin istehsalında keyfiyyət standartları ilkin olaraq istehsal müəssisəsinin lisenziyalaşdırlması zamanı və fəaliyyət göstərdiyi müddətdə qanunvericiliklə nəzərdə tutulan vaxt aralıqları ilə yoxlama əsasında müəyyən olunur. Həmin yoxlamalar zamanı dərman vasitələrinin istehsal müəssisəsinin Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən Etibarlı İstehsalat Təcrübəsinə (ETİ-GMP) dair Tələblərə uyğunluğu müəyyənləşdirilir. Hər bir dərman vasitəsinin istehsalı zamanı onun keyfiyyətli, effektiv və təhlükəsiz olması əsas götürülür".

İnsulinlər sadəcə qablaşdırılacaq

Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova isə bildirdi ki, Azərbaycandakı zavodda Rusiyadan gətirilən insulinlər sadəcə qablaşdırılacaq: "Mən həmin şirkətin zavodunda və elmi mərkəzində olmuşam. Orada hər şey standartlara tam uyğundur. Onların insulinləri daha müasir insulinlərdir, əks təsirləri daha azdır, istifadəsi də asandır. Onlar burada yaradacaqları zavodda insulini sıfırdan hazırlamayacaqlar. Orada yalnız qablaşdırılması həyata keçiriləcək. Bu, yerli istehsalın ilkin mərhələsidir. Bu zavod ölkəmizdə bir neçə ildir fəaliyyətdədir. Orada müxtəlif dərman preparatları qablaşdırılır. İnsulin də o cür olacaq. Dərman haqqında olan bütün məlumatlar, onun tərkibi və sair öz dilimizdə yazılacaq. Bir neçə il keçdikdən sonra insulinin orada tam istehsalı da həyata keçirilə bilər".

Gündəlik dozanın 40 faizi verilir

N.İsmayılova qeyd etdi ki, bu sahədəki ən böyük problem odur ki, hazırda şəkər xəstələrini dərmanla tam təmin edə bilmirlər: "Azərbaycanda insulin şəkər xəstələrinin bir qisminə dövlət hesabına verilir. Yalnız 18 yaşına qədər uşaqlar insulinlə tam təmin edilirlər. Daha yaxşı olar ki, təminat tam olsun. Bununla bağlı müraciət də ünvanlamışıq. Qeyd etmişik ki, ikinci tip xəstələr 60, birinci tip xəstələr 80 faiz dərmanla təmin edilməlidirlər. Düşünürük ki, gələn ilin əvvəlinə bu məsələ həll olunacaq. Ölkədə qablaşdırılacaq insulinlərin qiyməti daha ucuz olduğundan buna maliyyə imkanı da olacaq".

Xammalı etibarlı olmalıdır

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynlinin fikrincə, ölkəmizdə insulin qıtlığı olduğu üçün istehsala ehtiyac var: "Şəkər xəstələri üçün insulinin və digər diabetik preparatların istehsalına sərmayə, investisiya yatırılmasını ölkəmiz üçün çox müsbət bir hal kimi dəyərləndirmək lazımdır. Hansı ölkələrdə ki dərman preparatları istehsal olunmur, orada tələbatda qıtlıq yaranır. Eyni zamanda, qiymət də baha olur. İstehsal etmək idxaldan daha uğurludur. Dərman qıtlığının aradan qaldırılmasında istehsalın xüsusi rolu var".

İ.Hüseynli istehsal olunacaq insulinin keyfiyyətindən də danışdı: "Keyfiyyətdə istehsal prosesi, texnologiyaların yeniliyi əsas götürülməlidir. İnsulinin əldə edildiyi xammal da kifayət qədər etibarlı olmalıdır ki, keyfiyyət baxımından bütün standartlara cavab versin".
Ekspertin sözlərinə görə, yeni zavodda digər dərman preparatlarının da istehsal edilməsi səhiyyəmiz üçün uğurlu olar: "Bu sahədəki ən uğurlu addım istehsal şirkətlərinin, zavodların sayını artırmaqdır. Sürətlə istehsal prosesinə başlanılmalıdır. Elə texnologiya qurulmalıdır ki, orada yalnız insulin deyil, digər həyati əhəmiyyətli dərman preparatları da istehsal olunsun. Bununla şəkər əleyhinə olan dərman preparatları ilə bağlı problemləri aradan qaldıra bilərik".

İnsulin istehsalını həyata keçirəcək şirkətindən sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycanda istehsal olunan məhsulların keyfiyyət beynəlxalq standartlara tam uyğun olacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 962   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya? - AÇIQLANDI

Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq. Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur. Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev "Bakupost"a bildiri

27 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr
.

Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT

Azərbaycanda mal ətinin qiyməti yenidən bahalaşıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hazırda satış məntəqələrində sümüklü ət alıcılara 19 manatdan təklif edilir. Sümüksüz mal əti isə 21-22 manata satılır. Bu isə son bir ayda 1-2 manat artım deməkdir. Satıcılar qiymət artımına səbəb kim

26 sentyabr
.

Gələn ildən maaşlardan tutulmalar ARTACAQ - AÇIQLAMA

Gələn il yanvarın 1-dən etibarən muzdlu işdən əldə edilən gəlirlər üzrə gəlir vergisinin dərəcələri dəyişdiriləcək. Yeni qaydalara əsasən, çalışanların əməkhaqqından tutulacaq gəlir vergisi pilləli sistem üzrə hesablanacaq. Belə ki, aylıq gəlirin 2500 manatadək olan hissəsinə 5 faiz dərəcə tətbiq ediləcək

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr